Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib
20.10.2024 [16:10]
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöl rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, respublika və beynəlxalq miqyaslı atletika yarışları uğurla təşkil olunur, idmançılarımızın mötəbər yarışlara hazırlığı üçün yüksək şərait yaradılır, yeni istedadların kəşf olunması, atletikanın coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bölgələrdə mötəbər yarışların keçirilməsinin idmanın kütləviliyinə xidmət göstərdiyinə diqqət çəkib. Gənc nəslin bu sahəyə marağının daha da artırılması üçün görülən işlərin təqdirə layiq olduğunu bildirib.
Çıxış edən digər natiqlər də atletlərə uğurlar arzulayıblar.
İdmançılara milli musiqilərin sədası altında yarışa hazırlaşmaq imkanı yaradılıb.
Respublikanın müxtəlif regionlarından 14 komandanın tərkibində 200-ə yaxın atletin qatıldığı kros qaçışı üzrə payız ölkə çempionatı Göygöl Olimpiya İdman Kompleksinin ətrafında reallaşıb. İdmançılar ən qısası 1 kilometr, ən uzunu 10 kilometr olan 8 məsafə üzrə yarışıblar. Təyin edilən məsafəni rəvan olmayan ərazidə ən qısa müddətə qət edib, ilk 3 yerin sahibi olanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

