Cənubi Qafqazın ən güclü ordusu
29.10.2024 [09:07]
Azərbaycan Silahlı Qüvvələri daim inkişafdadır...
Müasir inkişaf tendensiyası Silahlı Qüvvələrimizin gücünü artırır
Müasir dünyada güc və özünümüdafiə faktorları önə çıxır. Bəzi dünya güclərinin və strukturlarının beynəlxalq hüquqa skeptik yanaşması, təhlükəsizlik arxitekturasının möhkəmlənməyə ehtiyac duyması ordu quruculuğu prosesini davamlı hala çevirir. Azərbaycan dövlətinin ordu quruculuğu siyasəti də davamlı inkişafa əsaslanır. Xüsusilə, post-müharibə dövründə ordumuzun müasir standartlara əsasən formalaşdırılması, yeni birliklərin yaradılması, yeni silahlarla təchiz olunması, PUA və hava hücumundan müdafiə sistemləri ilə gücləndirilməsi bunu deməyə əsas verir. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında komplektləşdirilir - Müharibə dövründə özünün gücünü, qətiyyətini, iradəsini və döyüş ruhunu ortaya qoyan ordumuz post-müharibə dövründə yeni döyüş taktikaları və strategiyaları ilə daha da təkmilləşdirilir. Bunun nəticəsidir ki, dünya ölkələrinin ordu sıralamalarının reytinq cədvəlində illərdir ki, Azərbaycan mühüm yerləri tutur.
Ordumuz dünya reytinqlərində...
Yeri gəlmişkən, Azərbaycanın Silahlı Qüvvələri yenidən dünyanın ən güclü ordularının reytinqində önə çıxıb. Bu, ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlarda əks olunub. İlk sıralarında Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna ordularının yer aldığı siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and World Report”un ölkəmiz haqqında verdiyi məlumatda isə bildirilib ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub. Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur. Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur. Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.
Müasir, innovativ inkişaf perspektivi...
Qeyd edildiyi kimi, hazırki siyasi-hərbi proseslər ordunun daimi inkişafını zəruri edir - beləliklə, Azərbaycan Ordusunun yeni inkişaf mərhələsinə qədəm qoyması da mütləq şərtə çevrilir. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırır. Xüsusi diqqət yetiriləsi məqam ondan ibarətdir ki, ölkəmiz ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib ki, reytinqlərdə önə çıxmanın ən mühüm səbəblərindən biri və bəlkə də birincisi məhz bu amildir. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Ölkəmizin xaricdən aldığı ən yeni silahlar, müasir aparatlar bizə bütün maneələrin öhdəsindən gəlməyə imkan verir. Müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Ordusunun arsenalını zəngi?ləşdirib - eyni zamanda, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsi hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir. Beləliklə, yeni silahların əldə olunması, təchizatı Azərbaycan Ordusunun gücünə güc qatır.
Milli təhlükəsizliyimizin qarantı...
Azərbaycanda Ordunun gücləndirilməsi prosesi çoxşaxəli şəkildə aparılır. Silah-sursat, texnika, hərbi aviasiya parkının yenilənməsi ilə paralel olaraq şəxsi heyətin peşəkarlığının artırılması, fərqli coğrafi və iqlim şəraitlərində döyüş qabiliyyətinin gücləndirilməsi, yeni hərbi biliklərə yiyələnmiş kadr potensialının inkişaf etdirilməsi qarşıya qoyulan və qısa zamanda reallaşdırılan hədəflərdəndir. Ötən illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə həyata keçirilib. Peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlər ordunun aparıcı qüvvəsi kimi çıxış edir. Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Dövlət büdcəsinin müdafiə və milli təhlükəsizliyə ayrılan hissəsi isə 7 milyard manatı ötüb. Bu, ordunun yeni, müasir standartlarda formalaşdırılmasına imkan verən amil kimi önə çıxır.
Eləcə də, Ordunun keçirdiyi hərbi təlimlər, quruda, suda və havada döyüş tapşırığının yerinə yetirilməsi ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətini daha da artırır.
Xüsusilə indiki halda, torpaqlarımızın 30 ilə yaxın müddətdən sonra işğaldan azad edilməsinin ardından Azərbaycanın təhlükəsizliyinin təminatı güclü milli ordunun mövcudluğunu zəruri faktora çevirir. Bu baxımdan, ordu quruculuğunun daha da gücləndirilməsinin vacibliyinin dövlət başçısı səviyyəsində prioritet elan olunması ölkənin milli maraqları müstəvisindən kifayət qədər önəmli əhəmiyyət daşıyır. Güclü orduya, peşəkar silahlı qüvvələrə malik olmamız, eyni zamanda, güclü hərbi-sənaye kompleksi Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır.
Göründüyü kimi, beynəlxalq mərkəzlərin rəyinə görə də ordumuz bu gün regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli orduları sırasına daxildir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
23 Noyabr 18:33
Dünya
23 Noyabr 17:15
Dünya
23 Noyabr 16:21
Dünya
23 Noyabr 15:39
Dünya
23 Noyabr 14:42
Dünya
23 Noyabr 13:25
Dünya
23 Noyabr 12:18
Dünya
23 Noyabr 11:36
Dünya
23 Noyabr 10:20
Dünya
23 Noyabr 09:54
İdman
23 Noyabr 08:52
Dünya
22 Noyabr 23:26
Hadisə
22 Noyabr 22:14
Dünya
22 Noyabr 21:30
Dünya
22 Noyabr 20:43
Sosial
22 Noyabr 19:17
Dünya
22 Noyabr 18:22
Dünya
22 Noyabr 17:45
Dünya
22 Noyabr 16:30
Dünya
22 Noyabr 15:26
Dünya
22 Noyabr 14:38
Ədəbiyyat
22 Noyabr 14:04
İdman
22 Noyabr 13:45
Hadisə
22 Noyabr 13:20
Gündəm
22 Noyabr 12:41
Gündəm
22 Noyabr 12:19
COP29
22 Noyabr 12:16
Siyasət
22 Noyabr 11:32
İqtisadiyyat
22 Noyabr 11:19
Siyasət
22 Noyabr 10:52
Siyasət
22 Noyabr 10:38
İqtisadiyyat
22 Noyabr 10:15
Sosial
22 Noyabr 09:57
MEDİA
22 Noyabr 09:31
Analitik
22 Noyabr 09:16
Sosial
22 Noyabr 08:53
Hadisə
22 Noyabr 08:41
Sosial
22 Noyabr 08:40
Ədəbiyyat
22 Noyabr 08:36
Dünya
21 Noyabr 23:49
Dünya
21 Noyabr 23:37
İdman
21 Noyabr 23:11
Dünya
21 Noyabr 22:49
YAP xəbərləri
21 Noyabr 22:23
Dünya
21 Noyabr 22:15
Hadisə
21 Noyabr 22:13
Xəbər lenti
21 Noyabr 21:52
YAP xəbərləri
21 Noyabr 21:33
Sosial
21 Noyabr 21:18
İqtisadiyyat
21 Noyabr 20:53
Din
21 Noyabr 20:17
YAP xəbərləri
21 Noyabr 19:52
Dünya
21 Noyabr 19:36
Dünya
21 Noyabr 19:15
Siyasət
21 Noyabr 18:45
YAP xəbərləri
21 Noyabr 18:19
Siyasət
21 Noyabr 18:03
Siyasət
21 Noyabr 17:58
YAP xəbərləri
21 Noyabr 17:42
Dünya
21 Noyabr 17:23
Dünya
21 Noyabr 17:07
Siyasət
21 Noyabr 17:04
YAP xəbərləri
21 Noyabr 17:00
YAP xəbərləri
21 Noyabr 16:50
Sosial
21 Noyabr 16:47
Hadisə
21 Noyabr 16:45
YAP xəbərləri
21 Noyabr 16:41
YAP xəbərləri
21 Noyabr 16:32
YAP xəbərləri
21 Noyabr 16:31
YAP xəbərləri
21 Noyabr 15:23

