Hər mədəniyyətin öz salamı var
22.11.2025 [08:53]
Dil çıxaranlar, üzə tüpürənlər, burun sürtənlər...
Dünyanın hər bir guşəsində insanlar salamlaşarkən bir-birinə yalnız “salam” demirlər. Bu sadə hərəkət, əslində, həm mədəniyyəti, həm də münasibətlərin dərinliyini ifadə edən gizli bir dildir. Salam verməklə insan qarşı tərəfə öz diqqətini, hörmət və sayğısını göstərir.
Hər bir ölkənin özünəməxsus salamlaşma qaydaları var. Qeyd edək ki, 1973-cü ildən başlayaraq hər il 22 noyabr Beynəlxalq Salamlaşma Günü kimi qeyd olunur. Bu bayram iki amerikalı qardaş Maykl və Braun Makkomakın adı ilə bağlıdır. Soyuq müharibə zamanında onlar çox maraqlı fikirləri ilə gündəmi zəbt etdilər. Qardaşlar insanların bir-biri ilə salamlaşmağını təklif etdilər. Dünyanın 180 ölkəsində bu fikir dəstəkləndi və həmin vaxtdan bəri dünyada yaşayan bütün peşə sahibləri, böyük siyasi xadimlər, iş adamları, tanınmış şəxslər bu günü qeyd edirlər.
Elə ölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aid olan salamlaşma qaydaları da var. Onlardan bəzilərini təqdim edirik:
“Salam”sözü özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəb ölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Lakin tarixdə elə zamanlar olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması qadağan olub. Yalnız Məhəmməd Peyğəmbərin (s.ə.s) dönəmində əllə görüşmək bir çox əlamətə çevrilib. Ərəblər əllərini sinələrinin üstünə qoyub salam verirlər. Hal-əhval və ya iş haqqında sorğu-sual sonra yenidən təkrarlana bilər. Həmçinin kənar şəxslərin qadınlara müraciət etməsi və ya görüş üçün əl uzatması ədəbsizlik sayılır.
Almanlar “soyuq” bir millət kimi tanınırlar. Onlar da qaydaya görə saat 12-yə qədər “Sabahın xeyir” 12-17 qədər “Günortan xeyir”, sonra isə “Axşamın xeyir”deyirlər, ancaq bəzən adi salamla kifayətlənirlər. Almanlar həddindən artıq mehriban və sevgi hissi ilə dolu insanlara pis baxırlar.
Afrikanın bəzi tayfalarında insanlar üzbəüz gəldikləri zaman tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.
Tibetlilərdə görüşmək çox qəribə vəziyyətdə baş verir. Onlar salamlaşan zaman sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Bu salamlaşma növünün qədim tarixə gedən çox maraqlı bir kökləri var. Qədim miflərə görə, insanlara qarşı çox zalım və qəddar kral Lanq Darmanın dili etdiyi pisliklərdən artıq qaralmışdı və insanlar bir-birilərinə dil göstərərkən nə dərəcədə xoşniyyətli və təmiz fikirli olduqlarını sübut edirlər.
Maraqlı bir salamlaşma növündən birini də Konqoda müşahidə etmək mümkündür. Bu ölkədə yaşayan insanlar salamlaşarkən əllərini bir- birinə doğru uzadıb, sonra onlara üfürməyə başlayırlar.
Digər qəribə bir salamlaşma növü ilə Keniyada rastlaşmaq olar. Onlar bir-biri ilə qarşılaşıb salamlaşarkən mütləq tüpürməlidilər. Belə salamlaşmanın mənası odur ki, insanlar bir-birinə qarşı olan hörməti göstərmiş olurlar.
Filippinlilərdə də, qəribə bir ənənə var. Onlar salamlaşarkən yaşca balaca insan daha yaşlı, təcrübəli və müdrik olan birinin əlini qaldırıb alnına qoyur. Bu hərəkəti ilə ona qarşı olan hörmətini göstərmiş olur.
Malayziyalılar “Hara gedirsən”, yəhudilər “Sizə sülh olsun”, farslar “Şən ol”, qrenlandiyalılar isə “Yaxşı havadır” sözlərini söyləyərək salamlaşırlar. Afrikada yaşayan zuluslar isə “Mən səni görürəm” sözlərini qışqıraraq bir-birlərini salamlayırlar. Cənubi Afrikada yaşayan tayfalar isə görüşəndə əl çalırlar.
Avropa ölkələrinin əksəriyyətində, həmçinin Amerikada salamlaşarkən “işləriniz necədir” və yaxud “necəsən”-deyə soruşurlar. Bu sualların cavabı “yaxşı” və ya “normal” olmalıdır, “pis” demək onlarda ədəbsizlik sayılır.
Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və ya sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər sayaraq öpüş göndərirlər. İtaliya, İspaniya, Belçikada iki yanaqdan öpmək artıq adət şəklini alıb. Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, yüksək əhval-ruhiyyə arzu edirlər. Ruslar da avropalılar və amerikalılar kimi salamlaşarkən dost jesti olaraq əl verirlər. Əl sıxmanın da bir mənası var. Sağ əli uzatmaq yəni “silahım yoxdur, niyyətim safdır” deməkdir.
Çində və Yaponiyada insanlar görüşəndə bir-birilərinin qarşısında baş əyməlidirlər, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Baş əymək bir hörmət göstəricisi kimi sayılır, bu hərəkət daha çox cavan nəslin yaşlılara qarşı olan gözəl bir jestidir.
Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əllərini bərabərləşdirib sinəyə tuturlar. Bu da “sənə qarşı böyük bir hörmətim var” anlamına gəlir, ərəblərdə də buna oxşar bir salamlaşma növü var. Sadəcə hindistanlılardan fərqli olaraq əllərini sinələrinin üstünə qoyurlar.
Latın-amerikalılar salamlaşarkən mütləq qucaqlaşmalıdırlar, soyuqdan donan l?plandiyalılar bir-birinə burunlarını sürtürlər və beləliklə qəlblərini isidir və həyatlarına müsbət enerji qatmış olurlar. Yeni Zellandiyadada oxşar bir salamlaşma müşahidə etmək mümkündür. Zellandiyalılar hesab edirlər ki, burunlarını sürtərkən nəfəslərini belə birləşdirirlər və bu hərəkətləri Allaha belə xoş gedir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

