Sosial dövlətin təminatı
22.11.2025 [11:19]
2026-cı ilin dövlət büdcəsinin xərclərinin 41 faizi sosialyönümlüdür
Azərbaycan hökumətinin əvvəlki illərdə təmin etdiyi büdcə strategiyasına uyğun olaraq növbəti ilin büdcə sənədinin əsas prioriteti yenə də sosialyönümlülüyün qorunub saxlanmasından ibarətdir. 2026-cı ildə dövlət büdcəsinin xərcləri 41,7 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və ya 10,6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək. Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60,3 faiz və ya 25 milyard 161,2 milyon manat, əsaslı xərclər isə 33,8 faiz və ya 14 milyard 084,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya 2 milyard 457,6 milyon manat təşkil edəcək. Cari xərclərinin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd çoxdur.
Büdcənin 41,7 milyard manat xərc portfelinin 17 milyard 145,5 milyon manatı və ya 41,1 faizi birbaşa sosialyönümlü xərclərdir ki, bu da 2025-ci illə müqayisədə 213,4 milyon manat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur. 2022-ci illə müqayisədə isə sosialyönümlü xərclərin çəkisi 2026-cı ilə nəzərən 5,5 milyard manat və ya 48,1 faiz artıb. Sosialyönümlü xərclərin strukturuna əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri aiddir.
Əməyin ödənişinə 10,2 milyard, sosial müdafiəyə 4,9 milyard manat xərclənəcək
İqtisadi təsnifata uyğun olaraq 2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10 milyard 247,6 milyon manat vəsait ayrılacq ki, bu da 2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çoxdur. Sösialyönümlü xərclərin tərkibində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən təminat xərcləri isə, 9 milyard manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2 milyar 750,9 milyon manat vəsait nəzərdə tutulub. Yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 milyard 144,7 milyon manat (2025-ci ilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon manat vəsait proqnozlaşdırılıb.
Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 285 milyon manat, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.
Təhsil və elm xərclərinin payı büdcədə 12 faiz təşkil edəcək
Sosialyönümlü xərclərin strukturunda mühüm yer tutan sahələrdən biri kimi təhsil və elm xərclərinə ayrılan vəsait 5,2 milyard manat nəzərdə tutulub. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artmış olur. Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2025-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.
Təhsil xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2 milyard 414,8 milyon manatı və ya 48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faizi məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb.
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15 milyon manat vəsait nəzərdə tutulmuşdur. Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə, Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141 milyon manat təşkil edəcək.
Səhiyyə sahəsinə ayrılan vəsait 227 milyon manat çoxaldılır
Gələn ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqki, bu da 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur.
Səhiyyə xərcləri ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir. Bütövlükdə gələn il icmal büdcə də daxil olmaqla, səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 900 milyon manatı və ya 44,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcək.
Sosial Müdafiə Fondunun xərcləri 8 milyard manatı ötəcək
Sosial xərclərin mühüm bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xəttilə maliyyələşdirilir. Gələn il üçün Fondun büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 10,5 faiz və ya 806,6 milyon manat çoxdur. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsində 1 milyard 700 milyon manat vəsait transfert nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 100 milyon manat və ya 6,3 faiz çoxdur. Beləliklə, gələn il Sosial Müdafiə Fondunun büdcə xərcləri artmaqla dayanıqlı büdcə xərc təminatı formalaşacaq. Fondun xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatı əhaliyə ödənişlər təşkil edəcək ki, bu, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.
Əmək pensiyalarının orta aylıq məbləğinin 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi fərz edilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxCOP29
22 Noyabr 12:16
Siyasət
22 Noyabr 11:32
İqtisadiyyat
22 Noyabr 11:19
Siyasət
22 Noyabr 10:52
Siyasət
22 Noyabr 10:38
İqtisadiyyat
22 Noyabr 10:15
Sosial
22 Noyabr 09:57
MEDİA
22 Noyabr 09:31
Analitik
22 Noyabr 09:16
Sosial
22 Noyabr 08:53
Hadisə
22 Noyabr 08:41
Sosial
22 Noyabr 08:40
Ədəbiyyat
22 Noyabr 08:36
Dünya
21 Noyabr 23:49
Dünya
21 Noyabr 23:37
İdman
21 Noyabr 23:11
Dünya
21 Noyabr 22:49
YAP xəbərləri
21 Noyabr 22:23
Dünya
21 Noyabr 22:15
Hadisə
21 Noyabr 22:13
Xəbər lenti
21 Noyabr 21:52
YAP xəbərləri
21 Noyabr 21:33
Sosial
21 Noyabr 21:18
İqtisadiyyat
21 Noyabr 20:53
Din
21 Noyabr 20:17
YAP xəbərləri
21 Noyabr 19:52
Dünya
21 Noyabr 19:36
Dünya
21 Noyabr 19:15
Siyasət
21 Noyabr 18:45
YAP xəbərləri
21 Noyabr 18:19
Siyasət
21 Noyabr 18:03
Siyasət
21 Noyabr 17:58
YAP xəbərləri
21 Noyabr 17:42
Dünya
21 Noyabr 17:23
Dünya
21 Noyabr 17:07
Siyasət
21 Noyabr 17:04
YAP xəbərləri
21 Noyabr 17:00
YAP xəbərləri
21 Noyabr 16:50
Sosial
21 Noyabr 16:47
Hadisə
21 Noyabr 16:45
YAP xəbərləri
21 Noyabr 16:41
YAP xəbərləri
21 Noyabr 16:32
YAP xəbərləri
21 Noyabr 16:31
YAP xəbərləri
21 Noyabr 15:23
Siyasət
21 Noyabr 14:46
Sosial
21 Noyabr 14:43
Sosial
21 Noyabr 13:46
YAP xəbərləri
21 Noyabr 12:31
Siyasət
21 Noyabr 12:21
Din
21 Noyabr 12:16
YAP xəbərləri
21 Noyabr 12:14
Gündəm
21 Noyabr 12:11
İqtisadiyyat
21 Noyabr 12:10
İqtisadiyyat
21 Noyabr 12:05
Hadisə
21 Noyabr 12:04
Dünya
21 Noyabr 11:59
YAP xəbərləri
21 Noyabr 11:47
YAP xəbərləri
21 Noyabr 11:39
Siyasət
21 Noyabr 11:30
Elm
21 Noyabr 11:27
Siyasət
21 Noyabr 11:13
Xəbər lenti
21 Noyabr 11:05
MEDİA
21 Noyabr 10:59
Gündəm
21 Noyabr 10:53
İqtisadiyyat
21 Noyabr 10:35
İqtisadiyyat
21 Noyabr 10:17
Ədəbiyyat
21 Noyabr 09:53
YAP xəbərləri
21 Noyabr 09:42
Analitik
21 Noyabr 09:34
Analitik
21 Noyabr 09:16

