Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lənkəranda “Böyük bazar” ərazisində ət satışı məntəqələrində monitorinq keçirilib

Lənkəranda “Böyük bazar” ərazisində ət satışı məntəqələrində monitorinq keçirilib

21.11.2025 [21:18]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərinin “Böyük bazar” ərazisində yerləşən ət satışı məntəqələrində monitorinq keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı fiziki şəxs Anar İbrahim oğlu Ağayevə və İlqar Əlişirvan oğlu Axundova məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. İstehlaka yararlılığının araşdırılması məqsədilə ətlər satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31