33 ilin Yeni Azərbaycan Partiyası: uğurlar və qələbələr
21.11.2025 [15:23]
33 il bundan əvvəl – 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilərək dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin və Azərbaycanın hərtərəfli yüksəlişinin təminatçısı olmuşdur. Partiyanın Azərbaycanın müstəqillik tarixində ən böyük missiyası ölkəmizin ağır, faciəli günlərində, onun taleyinin həll olunduğu bir vaxtda “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev” birliyinin təzahürünə çevrilməsindədir.
Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çatması, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən bu inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimizin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha da modernləşdirərək yeni dövrün çağırışlarına uyğun addımlar atır. Partiya dövlət idarəçiliyində yenilikçi yanaşmaların tətbiqinə, sosial rifahın yüksəldilməsinə və ölkənin dayanıqlı inkişaf konsepsiyasının həyata keçirilməsinə mühüm töhfələr verir. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edərək milli həmrəylik Platforması rolunu çıxış edən YAP dövlətçilik ənənələrinin qorunmasına və gücləndirilməsinə xidmət edir.Bu gün Yeni Azərbaycan Partiyası keçdiyi inkişaf yolu ilə sübut edir ki, Ulu Öndərin “Dünənin, bugünün və gələcəyin partiyası” adlandırdığı bu qurum ölkənin siyasi həyatında mühüm missiya daşıyır. Onun fəaliyyəti həm tarixi məsuliyyətin, həm də gələcəyə hesablanan strateji məqsədlərin daşıyıcısıdır.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

