Xalq-iqtidar birliyi milli inkişafımızın əsas formuludur
02.05.2012 [00:14]
Bu, bir həqiqətdir ki, Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Əlbəttə ki, ölkəmiz bu cür inkişaf mərhələsinə asanlıqla daxil olmayıb. Tərəddüdsüz qeyd etmək olar ki, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan rasional daxili və xarici siyasət kursu dayanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü ümummilli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Belə ki, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, rasional iqtisadi inkişaf strategiyasının tətbiq edilməsi və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Rasional sosial-iqtisadi islahatlar və milli inkişafın Azərbaycan modeli
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun fonunda reallaşdırılan kompleks islahatlar milli inkişafı sürətləndirən fundamental faktor qismində çıxış edir. Bu, bir faktdır ki, milli inkişaf strategiyasının uğurla tətbiq edilməsi üçün iqtisadi baza mütəmadi surətdə gücləndirilməli, eləcə də, sosial-iqtisadi islahatlar davamlı xarakter almalıdır. Elə buna görə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı rasional iqtisadi islahatlar həyata keçirilir və bu həm milli dövlətimizin güclənməsinə, həm də sosial siyasətin uğurluluğunun təmin olunmasına mühüm töhfələr bəxş edir. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir.
Eyni zamanda, iqtisadi resurslardan rasional istifadə olunması intellektual kadr potensialının formalaşdırılması işinə əhəmiyyətli töhfələr verir ki, bu da resursların insan kapitalına yönəldilməsinə maksimum şərait yaradır. Koreya Respublikasının nüfuzlu “Diplomacy” jurnalına müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirib: “Azərbaycan əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan bir ölkədir. Azərbaycan XXI əsrə sürətli iqtisadi inkişaf templəri ilə qədəm qoymuşdur. Azərbaycan əməkdaşlıq üçün açıq olan bir ölkədir. ölkəmizin güclü iqtisadiyyatı və neft-qaz sənayesinin inkişafı resurslarımızı insan kapitalına yönəltmək üçün bizə əlverişli imkan yaradır. Bütün sahələri əhatə edən uğurlu sosial infrastruktur layihələri həyata keçiririk və bu gələcəkdə də davam etdiriləcəkdir”.
Xalq-iqtidar birliyi milli inkişafa təkan verir
Qeyd edilməsi zəruri olan başlıca məsələlərdən biri isə budur ki, ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır. Bu sırada praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir.
Bunlarla yanaşı, xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyinin təmin olunmasını şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bir sözlə, gələcəklə bağlı planlarımız çoxdur və əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata keçirdiyimiz məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəkdir”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:10
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29

