50 ildən sonra...
03.10.2023 [10:20]
Kosmonavtların görüş yeri yenə Bakıdır
Mübariz ABDULLAYEV
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq gözəl bir ənənəyə çevrilib. Dünən Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə daha bir belə tədbirin - Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi baş tutub. Konqresin beş gün davam edəcəyi gözlənilir. Sentyabrın 30-da isə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.
Bakı Konqresində 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakı beynəlxalq səviyyədə tədbirə verilən önəmin göstəricisidir. Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işləri görülüb. Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il 7 fevral tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Təşkilat Komitəsi Astronavtika Konqresinin keçirilməsinə dair Tədbirlər Planı hazırlaşaraq həyata keçirib.
Bakıya olan böyük inam
Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamları arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib.
Bəs Vaşinqtonda keçirilən seçkilərdə nə üçün Azərbaycana üstünlük verilib? Sualın cavabı olaraq bildirək ki, bu heç də təsadüfi deyil. Dünya kosmos ictimaiyyətinin belə bir qərar verməsi, ilk növbədə, Azərbaycanın son illərdə innovativ əsaslı sənaye quruculuğuna, o cümlədən də kosmik sənayenin inkişafına verdiyi önəmlə bağlıdır. Artıq bir neçə ildir ki, respublikamıza məxsus “Azerspace-1, “Azersky” və “Azerspace-2” peyklərinin istismarı uğurla həyata keçirilir. Bu peyklər vasitəsilə xarici ölkələrə və transmilli şirkətlərə satılan kosmos xidmətləri ölkəmizə valyuta qazandırır. Qürurverici haldır ki, hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar. Dünya kosmik ailəsinin tərkibində belə uğurlu fəaliyyət öz nəticəsini verib. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
50 ildə ikinci dəfə
Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfədir ki, ev sahibliyi edir. Bu, birinci dəfə ulu öndər Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə - 1973-cü ildə baş vermişdi. O vaxt Ulu Öndər Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdi ki, keçmiş Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin. Bu baxımdan, 2023-cü ildə - təxminən, yarım əsrdən sonra müstəqil Azərbaycanda bu konqresin yenidən keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan keçmiş ittifaqın tərkibində idi, müstəqil dövlət deyildi. İndi isə Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlətin paytaxtı kimi edir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Azərbaycan ilk beşlikdə
Bakı Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı rekord həcmdədir - 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr - ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.
Tədbirdə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

