Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

27.10.2011 [16:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik edib. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirib.
Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olunub, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31