Paytaxtın orta ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir
15.09.2011 [11:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə paytaxtın Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olub. Burada həyata keçirilən əsaslı təmir və bərpa işləri barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, 170 nömrəli məktəbin binasının birinci korpusu 1928-ci ildə inşa edilib və hospital kimi fəaliyyət göstərib. 1932-ci ildə isə fəaliyyətini 120 şagird yerlik orta məktəb kimi davam etdirib. İkinci korpusun inşasından sonra isə məktəbdə 420 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda 170 nömrəli məktəbdə 900 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ən müasir tələblərə uyğun şəkildə həyata keçirilib.
Məktəbdə aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Lökbatanda qəsəbədaxili yollarda həyata keçirilən işlərlə də tanış olub. Yenidənqurma işləri barədə Prezidentə məlumat verilib. Bildirilib ki, 173 min 600 kvadratmetr qəsəbədaxili yol sahəsinə ikiqat asfalt örtüyü döşənib, 24 min kvadratmetr yol sahəsinə isə asfalt döşəmək üçün hazırlıq işləri başa çatıb. Bundan əlavə, Lökbatan qəsəbəsində 252 min kvadratmetr qəsəbədaxili yol sahəsinin asfaltlaşdırılması da nəzərdə tutulur. Qəsəbədaxili küçələrdə yol xətləri təzələnib, işıq dirəkləri yeniləri ilə əvəz edilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Piyadaların gediş-gəlişi üçün səkilər abadlaşdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30

