Yeni geostrateji üstünlük
15.03.2022 [10:11]
Şərqi Zəngəzur ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaradacaq layihə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir
Nurlan QƏLƏNDƏRLİ
Bu gün Avrasiyada tarixi anlar yaşanır. Öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın strateji təşəbbüsləri ilə Asiyadan Avropaya doğru geniş bir coğrafiyada yeni əməkdaşlıq imkanları formalaşır. Bu səpkidə Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasını da xüsusi vurğulamaq lazımdır. Bu, geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə, şübhəsiz ki, tarixi hadisədir.
Bölgənin nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklər
Sirr deyil ki, bu günə qədər Azərbaycanın təşəbbüsü və liderliyi ilə bölgədə bir çox nəhəng layihələr reallaşdırılıb. Nəticədə Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən dizayn olunub. Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması da bu prosesin davamı və regional təhlükəsizliyə, əməkdaşlığa yeni töhfədir. Məqsəd Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bunun üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Deməli, regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklər olacaq. Bu, eyni zamanda, Azərbaycana yeni üstünlüklər qazandırır. Xüsusi qeyd etmək lazımdır ki, Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən hissəsinin məhdudlaşdığı dövrdə yeni kommuikasiya bağlantısı böyük perspektivə malikdir.
Bunlarla yanaşı, bu Memorandumdan irəli gələn işlərin həyata keçirilməsi Naxçıvan MR-in blokadadan çıxmasında - muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Bütün bunlar isə iqtisadi inkişafa mühüm töhfə olacaq.
Geosiyasi dalan: regional əməkdaşlıq mühitindən və tarixdən kənarda...
Postmüharibə dövrünün reallıqları region dövlətlərinin yeni, ağıllı yanaşma, sağlam mövqe ortaya qoymasını zəruri və diktə edir. Amma biz hazırda Ermənistanın timsalında bunu müşahidə etmirik. Azərbaycan Prezidenti dəfələrlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın regionda kommunikasiyaların bərpasına nail olacağını da qətiyyətlə vurğulayıb. Ermənistan isə ilyarım ərzində kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa çalışıb, müxtəlif bəhanələr irəli sürüb, süni gündəm formalaşdırmağa cəhd göstərib. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlanıb, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.
Ermənistan rəhbərliyi zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun icazəsi ilə, bu ölkənin ərazisindən yararlanmaqla yaradıla bilər. Amma İrəvan yanıldı, niyyəti puç oldu - planları suya düşdü. Azərbaycan diplomatik məharəti və aydın strateji yanaşması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Məğlub ölkə mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı.
Azərbaycan Prezidenti qeyd etmişdi ki, Ermənistan artıq geosiyasi dalandır. Bu gün İrəvanın davranışları və seçimləri təcrid vəziyyətini dərinləşdirir - dalan statusunu gücləndirir. Ermənistan özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss edir, ağıllı qərar verə və konkret addım ata bilmir. Bu isə təkcə regional əməkdaşlıq mühitindən - yeni geosiyasi konfiqurasiyadan deyil, həm də eks-prezident Armen Sarkisyanın qeyd etdiyi kimi, tarixdən kənarda qalmaq deməkdir. Bəli, Ermənistan yanlış seçimləri ilə sözün bütün mənalarında kənarda, küncdə-bucaqda qalıb...
Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Təhlükəsizlik və əməkdaşlıq şəraitində kommunikasiya xətlərinin bərpası, digər işbirliyi layihələrinin reallaşdırılması bölgənin geostrateji gələcəyinin inşasıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın razılığı olmadan bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Rifah və inkişafdan kənarda qalmaq istəməyən dövlət isə yeni regional platformaya qoşula, konstruktiv mövqedən çıxış edərək əməkdaşlıq imkanlarından faydalana bilər. Eləcə də Ermənistan... Təbii ki, regional təcrid vəziyyətində - tarixdən kənarda qalmaq, siyasi xaos və iqtisadi tənəzzül şəraitində olmaq istəmirsə!
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

