Azərbaycan-Türkiyə-Pakistan birliyi - milli və regional təhlükəsizlik amili
21.01.2022 [23:33]
Dost-qardaş ölkələrin siyasi və hərbi-strateji əməkdaşlığı xalqlarımızın inam və güvən yeridir
Nurlan
Ötən il ərzində, eləcə də 2022-ci ilin ilk günlərində Avrasiyada cərəyan edən proseslər, hərbi-siyasi gərginlik faktları, o cümlədən Qazaxıstan hadisələri milli və regional təhlükəsizlik, həmçinin dövlətlərarası siyasi və strateji əməkdaşlıq məsələlərini dünyanın diqqət mərkəzində olmasını şərtləndirib. Analitiklər qeyd edirlər ki, güc mərkəzlərinin kəskin rəqabəti, həmçinin güclənən geosiyasi mübarizə dövlətlər qarşısında daha səmərəli və etibarlı işbirliyi formalaşdırmaq zərurəti yaradır. Ekspertlər bu səpkidə müxtəlif nümunələrə diqqət yetirirlər. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın milli və regional təhlükəsizlik, əməkdaşlıq məsələləri ilə əlaqədar strateji kursu isə müsbət təcrübə kimi dəyərləndirilir. Bu baxımdan, bir çox amilə nəzər salınır. Diqqət yetirilən əsas məqamlardan biri isə Azərbaycan-Türkiyə-Pakistan geosiyasi üçbucağında əməkdaşlığın siyasi və hərbi-strateji aspektləridir.
Fəal siyasi dialoq və strateji işbirliyi
Ötən ilin mənzərəsi bu baxımdan kifayət qədər məhsuldardır - dinamika və xronika zəngindir. Qarşılıqlı səfərlər və təmaslar isə həm çoxtərəfli əlaqələrin inkişafına, həm də səmərəli fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.
Bu nöqteyi-nəzərdən xüsusi müzakirə predmetinə çevrilən məsələlərdən biri 2021-ci il iyul ayının 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanmasıdır. Şübhəsiz ki, bu, tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan amildir. Tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təkcə qanunverici hakimiyyətlər arasında münasibətlərin inkişafı baxımından müstəsna önəm daşımır, eyni zamanda, siyasi məzmuna malik olmaqla strateji işbirliyinin güclənməsinə töhfədir.
Üç qardaş - ümumi təhdidlərə qarşı birgə mübarizə
Yeri gəlmişkən, ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafı, bu baxımdan əlaqələrin əsas istiqamətlərinin müzakirə edilməsi də tərəflərin siyasi gündəminin mühüm hissəsidir. Hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Azərbaycan Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlıqlarının inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunur, strateji fəaliyyət həyata keçirilir, müvafiq addımlar atılır.
Paralel olaraq Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təlimin keçirilməsi də ümumi təhdidlərə qarşı birgə mübarizənin təşkilinə hazırlıq baxımından vacibdir. Bu beynəlxalq təlim, eyni zamanda, ordular arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsi, terrorla, digər təhdidlərlə mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.
Geosiyasi üçbucaq, yaxud Avrasiyada yeni güc mərkəzi
Digər mühüm məsələ odur ki, regional və beynəlxalq əhəmiyyətə malik olan geostrateji reallıqların yarandığı yeni dönəmdə - postkonflikt mərhələsində hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir.
Bütövlükdə isə, Azərbaycan-Türkiyə-Pakistan birliyi milli və regional təhlükəsizlik amili kimi böyük önəm daşıyır. Eyni zamanda, dost-qardaş ölkələrin siyasi və hərbi-strateji əməkdaşlığı xalqlarımızın inam və güvən yeridir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

