19 yanvar 1990: Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxdı
19.01.2022 [09:49]
Nurlan
XX əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyi azadlıq və istiqlaliyyət məfkurəsi uğrunda mübarizə aparan Azərbaycan xalqını hədəf seçmişdi və müxtəlif ssenarilər tətbiq etməyə çalışırdı. Xüsusilə də, erməni təcavüzünə zəmin və şərait yaradılması, bu istiqamətdə hadisə və proseslərin məqsədli şəkildə idarə olunması xalqımızın ciddi təhdidlərlə üzləşməsinə səbəb olmuşdu. 1990-cı ildə Bakıda 20 Yanvar faciəsini törətməyə hazırlaşan Sovet imperiyası repressiv siyasətini digər bölgələrdə, o cümlədən Naxçıvanda da davam etdirmək niyyətində idi. Çünki SSRİ rəhbərliyinin dəstəyi əsasında separatizm hərəkatını genişləndirən erməni silahlı birləşmələri Naxçıvanın da ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlara keçmişdi. Yanvarın 18-də İttifaqın Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavının işğal olunması bu siyasətin tərkib hissəsi idi. Məqsəd bəlli idi - Naxçıvan əhalisini bölgədən tamamilə çıxarmaq və işğal üçün real zəmin formalaşdırmaq. Sədərək istiqamətində sistemli hücumların təşkili bunu təsdiq edirdi. Açıq hücumların baş verdiyi və toqquşmaların müşahidə edildiyi belə bir mürəkkəb vəziyyətdə - 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və tarixi qərar qəbul edildi.
Bu, SSRİ-nin tərkibindən ayrılmaq haqqında idi. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika oldu. Bəs qərar hansı sənədə istinadla və hansı səbəblər göstərilərək verilmişdi? Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən ayrılması haqqında qərar muxtariyyətin Konstitusiyasının 81-ci maddəsi əsasında verilmişdi. Səbəblər isə belə göstərilmişdi: SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünü müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması. Bu qərar təkcə SSRİ miqyasında deyil, beynəlxalq səviyyədə ciddi rezonansa səbəb oldu. Həmin dövrdə bu barədə dünya mətbuatında yayılan materiallar SSRİ-nin imperiya siyasətini ifşa etməklə yanaşı, beynəlxalq ictimaiyyətin erməni separatizmi haqqında məlumatlarla daha geniş tanış olmasına imkan verdi.
1990-cı ilin sonunda isə Naxçıvanda dövlətçilik tariximizdə müstəsna yerə və əhəmiyyətə malik olan çox önəmli qərarlar qəbul edildi. Söhbət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında qəbul olunmuş qərarlardan gedir. “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılaraq “Naxçıvan Muxtar Respublikası”, muxtar respublikanın Ali Sovetinin “Ali Məclis” adlandırılması, ilk dəfə üçrəngli bayrağımızın Azərbaycanın Dövlət Bayrağı kimi təsdiq edilməsi milli dövlətçilik ənənələrinin bərpası baxımından xüsusi önəm daşıyırdı və tarixi addımlar idi. Zaman (müstəqillik dövrü) bu tarixi addımların önəmini daha dəqiq, daha dolğun əks etdirdi...
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15

