Azərbaycan Serbiyanın enerji təhlükəsizliyini təmin edəcək
15.05.2010 [08:39]
Serbiya hökuməti Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsini nəzərə alaraq ölkəmizlə təmasları intensivləşdirmək niyyətindədir. Rəsmi Belqrad regionda baş verən son prosesləri nəzərə alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında ölkəmizi ən etibarlı tərəfdaş hesab edir. Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyi əsas elementlər də ölkələr arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə və Avropa İttifaqına sıx inteqrasiyanın daha da möhkəmlənməsinə impuls verməkdən ibarət olub.
Azərbaycanla ikitərəfli münasibətlərin ən yüksək səviyyədə inkişafına çalışan Serbiya ölkələr arasında siyasi-iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bəyan edib. Serbiya Prezidenti Boris Tadiç bildirib ki, Azərbaycanla əlaqələrin ikitərəfli formatda inkişaf etdirilməsi ilə yanaşı, regional və beynəlxalq sahələrdə də intensivləşdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev isə Serbiya ilə münasibətlərin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini və tərəflər arasında güclü ikitərəfli əlaqələrin Balkan və Qafqaz bölgəsində regional əməkdaşlıq üçün geniş imkanlar açacağına əmin olduğunu xatırladıb. Tərəflər bütün prinsipial məsələlərdə həmişə bir-birilərini dəstəkləyəcəyini və geniş formatda əməkdaşlıq üçün bundan sonra da səyləri gücləndirəcəyini vurğulayıb. Qeyd edək ki, Serbiya Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edib və bu faktor qarşıdakı mərhələdə dövlətlərarası münasibətlərin dinamizminə öz mühüm töhfəsini verəcək.
Azərbaycanla Serbiya arasında imzalanan Birgə Bəyannamə ikitərəfli əlaqələrin möhkəmlənməsində, güclü siyasi dialoqun qurulmasında böyük imkanlar yaradacaq, strateji tərəfdaşlıq üçün əsaslı təməl olacaq. İki ölkə arasında viza rejiminin ləğv edilməsi isə bütün sahələrdə əlaqələrə impuls vermiş olacaq. Ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması isə tərəflərin güclü iqtisadi potensialının üzə çıxmasında həlledici rol oynayacaq. Eyni zamanda, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanan sənəd hər iki ölkənin biznes nümayəndələri arasında birgə əməkdaşlığın sürətlənməsinə əlavə imkanlar açacaq.
Azərbaycan-Serbiya biznes-forumunun keçirilməsi hər iki ölkənin biznes nümayəndələri arasında sıx inteqrasiya və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli dərəcədə fayda verəcək. Azərbaycan və Serbiyanın diqqət yönəltdiyi əsas məsələlər sırasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. Serbiya ölkəmizlə enerji sahəsində uzunmüddətli və geniş əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Boris Tadiç bildirib ki, qlobal enerji siyasətində Azərbaycan əsas iştirakçılardan biridir. Dünyanın enerji təhlükəsizliyində böyük rola malik olan Azərbaycanla əməkdaşlıq bu ölkə üçün mühüm fayda verə bilər. Rəsmi Belqrad Xəzər-Qara dəniz-Balkan enerji dəhlizində strateji tranzit mövqeyinə malik dövlətlərdən biri hesab olunur və bu marşruta qoşulmaq üçün səylərini artırıb. Eyni zamanda, Serbiya Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə sıxılmış qaz nəqlinə dair layihəyə böyük maraq göstərir. Azərbaycan isə bu təşəbbüsləri dəstəkləyərək enerji ehtiyatlarının dünya bazarlarına nəqlində yürütdüyü şaxələndirmə siyasətində Serbiyanın da təmsil olunmasını məqsədəuyğun sayır. Serbiya şaxələndirmə siyasətində mühüm yer tutaraq regionda yaradılan qarşılıqlı əməkdaşlıq, sülh və təhlükəsizlik dəhlizindən faydalana bilər.
Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tam dəstəkləyir və sərhədlərin zorla dəyişdirilməsini tam yolverilməz hesab edirlər. Serbiya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və ölkəmizin müstəqilliyinə, suverenliyinə qarşı yönələn addımların yolverilməzliyini bəyan edir. Qeyd edək ki, BMT-nin işğal olunmuş Azərbaycan ərazilərinə dair qəbul etdiyi qətnamədə ölkəmizin lehinə səs verən dövlətlər sırasında Serbiya mühüm yer tutur. Rəsmi Belqrad Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinin vacibliyini diqqətə çatdırır. ümumiyyətlə, Serbiya bütün prinsipial məsələlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyini bəyan edir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58

