Hökumət təbii fəlakətin qarşısının alınması üçün fasiləsiz iş rejimində çalışır
13.05.2010 [10:45]
Məlum olduğu kimi, dünyada baş verən kəskin iqlim dəyişiklikləri və bir çox ölkələrdə intensiv yağışların yağması infrastruktur obyektlərinə ciddi zərər vurub, sel və daşqınlar nəticəsində evlər su altında qalıb. Azərbaycanda da, təbii fəlakətlər nəticəsində bir sıra rayonlarda subasma halları baş verib, infrastruktur, yaşayış və inzibati binalara ziyan dəyib, kənd təsərrüfatı sahələrində müəyyən fəsadlar müşahidə olunub.
Hökumət strukturları təbii fəlakətin qarşısını almaq, dəyən zərərlərin nəticələrini aradan qaldırmaq üçün səfərbər olunaraq fasiləsiz iş rejimində çalışırlar. Vəziyyəti nəzarət altında saxlayan dövlət orqanları əhalinin təhlükəsizliyinin təmin olunması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər görməkdədir.
Həyata keçirilən tədbirlərə ciddi nəzarət edən dövlət başçısı sel və daşqınlar nəticəsində zərər çəkən insanların sosial-məişət qayğılarının həll edilməsi üçün müvafiq orqanlara tapşırıq və göstərişlər verib. Prezident İlham Əliyev vəziyyətlə bağlı operativ tədbirlər görmək üçün ötən həftə aidiyyəti hökumət strukturlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Həmin müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün müvafiq orqanlara bir daha tapşırıqlar verilib. Eyni zamanda, Prezident İlham Əliyev Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşərək onların vəziyyəti ilə yerindəcə tanış olub. Dövlətimizin başçısı bu insanlara lazım olan hər bir köməkliklərin göstərilməsi, onların sosial şəraitinin ən yüksək səviyyədə təmin edilməsi üçün bütün imkanlardan istifadə olunduğunu xatırladıb, bundan sonra da diqqət və qayğının gücləndiriləcəyini bəyan edib: “Bu təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar çox səmərəli işləyirlər. Biz görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Deyə bilərəm ki, bu təbii fəlakət son illər, bəlkə də onilliklər ərzində misli görünməmiş dərəcəyə çatmışdır. Əlbəttə ki, biz bu gün, ilk növbədə, bu fəlakətin fəsadlarını aradan qaldırmalıyıq. Eyni zamanda, bununla bərabər əziyyət çəkən bütün insanların yaşayış səviyyəsini normallaşdırmaq üçün onlara əlavə qayğı da göstərilməlidir”.
Şirvan şəhərində təbii fəlakətlə bağlı keçirilən səyyar müşavirədə isə Prezident İlham Əliyev fəlakətin qarşısını almaq üçün bütün icra strukturlarının və vətəndaşların fəaliyyətinin səfərbər olunmasının daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Dövlət başçısı zərər çəkmiş bütün insanlara hökumətin imkanları hesabına lazımi şəraitin yaradılacağını, onlara bütün müvafiq köməkliklərin göstəriləcəyini bildirib: “Əlavə hansı tədbirlər görülməlidir, biz bunu müzakirə etməliyik. Yəqin ki, insanların müvəqqəti məskunlaşması üçün lazım olan əlavə tədbirlərin görülməsi barədə də təkliflər veriləcəkdir. Bizim fəaliyyətimiz indiki şəraitdə bu iki istiqamətdə aparılmalıdır. Nə mümkünsə onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. çünki bu, bizim ümummilli işimizdir”.
Bütün dünyada iqlim dəyişikliklərinin qeydə alınması və qlobal istiləşmənin güclü soyuqlaşma ilə əvəz olunması hələ bir müddət təbii fəlakətlərin baş verəcəyini proqnozlaşdırmağa əsas verir. Yəni, bütün ölkələrdə, ümumiyyətlə, qitə dövlətlərində bu cür proseslərin davam edəcəyi, qlobal soyuqlaşmanın ciddi fəsadları sayılan sel, daşqın, normadan artıq yağıntılar, güclü külək və sürüşmə halları, ümumiyyətlə, kontinental iqlim dəyişmələri gözləniləndir və bu tendensiya dünyanın bir hissəsi olan Azərbaycanda da qeydə alına bilər. Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmadığından onun törədə biləcəyi fəsadlara qarşı müvafiq tədbirlərin görülməsi olduqca vacibdir.
Prezident İlham Əliyev bu məsələyə toxunarkən bildirib ki, təbiət hadisələrinin vura biləcəyi zərərlərin qarşısını almaq üçün kompleks şəkildə tədbirlər planı hazırlanmalıdır: “Bundan sonrakı dövrdə - bu barədə də biz keçən dəfə müşavirədə danışmışıq - kompleks tədbirlər planı tərtib edilməlidir, hazırlanmalıdır və icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır, çünki biz təkcə uçan evlərin bərpası ilə öz işimizi bitmiş hesab edə bilmərik. Elə etməliyik ki, maksimum dərəcədə bütün gücümüzü daha da səfərbər edib bu çətin vəziyyətdən çıxaq. Əminəm ki, buna nail olacağıq. çünki biz bu işlərə bu qədər diqqət göstəririk və indi burada bu qədər insan çalışır, əlbəttə, əminəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması işində uğur qazanacağıq”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

