Bakıdan dünyaya 3 mühüm nümunə...
17.03.2026 [11:16]
Azərbaycan təcrübəsi: məsuliyyət, təmkin və qətiyyət...
XXI əsr olduqca vacib bir sınaqla qarşı-qarşıyadır - əsrin əvvəlindən etibarən yeni iqtisadi-ticari nizamın proyeksiya edildiyi xətt hazırda mühüm çağırışlar ərəfəsindədir. 2020-ci ildə Avrasiyanın mərkəzində yaranan yeni konfiqurasiya möhkəmlənməyə ehtiyac duyur. Ümumiyyətlə, bu gün dünyada sülh və təhlükəsizlik amilinin oturuşması üçün bir sıra addımlar atılmalı, institusional şəkilləndirmə həyata keçirilməli, qlobal barışıq konsepsiyası ortaya qoyulmalıdır. Və bunun üçün də vacib olaraq oratya müsbət nəticəyə köklənən nümunə, təcrübə əsas götürülməlidir. Bu təcrübə isə birmənalı şəkildə Azərbaycan təcrübəsidir.
Siyasi istiqamətlərə keçməzdən öncə, bu konfiqurasiyanın əsas iqtisadi konturlarını göz önünə gətirmək lazımdır: Günümüzün dinamikası göstərir ki, Avrasiyanın gələcək iqtisadi arxitekturası müxtəlif qütblər arasında rəqabət deyil, əlaqələndirmə üzərində qurulmalıdır. Və:
- Bu mənada, Azərbaycan həm Şərq istehsal sistemləri, həm də Qərb texnoloji və maliyyə mərkəzləri arasında optimal sintez yaradan unikal mövqeyə malikdir:
- Tərəflər arasında siyasi dialoqun formalaşmasına yardım edəcək unikal aktordur;
- Bölgənin lideri olaraq sabitləşdirici faktordur;
- Nəhayət, yəni ticari düzənin strateji müəlliflərindən biridir.
Beləliklə, Azərbaycan təcrübəsi qlobal təhdidlər üçün ən real çıxış yoludur...
Milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi
Martın 12-dən 14-nə kimi Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu olduqca mühüm mesajlarla yadda qaldı. Müstəqilliyinin 35-ci ilini yaşayan Azərbaycan Respublikası ötən dövr ərzində mühüm sınaq və çağırışlarla üzləşib. Prezident İlham Əliyev Qlobal Forumdakı çıxışında bildirdi ki, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi: “Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur”.
Bəli, Bakı bu mənfi təcrübəni uğurla keçdi. Ümumiyyətlə, bu mənfi tendensiyanın bu qədər uzanması da subyektiv amillərdən asılı idi - beynəlxalq qərarlar Ermənistan tərəfindən yerinə yetirilmirdi, tələblərə qulaq asılmırdı. Azərbaycan isə təmkinli halda problemin sülh və danışıqlar yolu ilə həllində israr edirdi - yeganə şərt ərazi bütövlüyünün təmini, süverenliyin bərpası idi. biz beynəlxalq hüquq çərçivəsində həll prosesini dəstəkləyirdik. İşğala məruz qalan ölkə olduğumuz halda qlobal təhlükəsizliyin təmini uğrunda dinc yolla mübarizə aparırdıq. Bu olduqca vacib bir amil, vacib bir təcrübə idi - Bakı qlobal beynəlfxalq hüququn təmini üçün müstəvi formalaşdırmışdı. Amma təəssüf ki, kənar faktorlar (məsələn, ATƏT-in Minsk Qrupu) bu real mənzərədən beynəlxalq hüququn təməllərinin möhkəmlənməsi üçün istifadə etmədi. Və beləliklə....
Ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq
Azərbaycan sülh çağırışları ilə paralel olaraq ərazi itkisi ilə barışmayacağını da elan edirdi. İşğalın davam etdiyi təxminən 30 il ərzində biz bu alternativ yolu özümüz üçün açıq saxlayırdıq - bu hüququ bizə yenə də beynəlxalq hüquq verirdi: BMT Nizamnaməsi. 30 ilə yaxın davam etmiş danışıqlar prosesinin nəticəsizliyi sonunda rəsmi Bakını öz torpaqlarını güc yolu ilə azad etimək hüququndan istifadəyə yönləndirdi. Prezident İlham Əliyev forumdakı çıxışında bildirdi: “2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.
Azərbaycanın apardığı müharibə bütün parametrləri üzrə haqq - ədalət savaşı idi:
- Beynəlxalq hüquq:
- Qarşı tərəfin 30 ilə yaxın dövrdə qeyri-adekvat davranışı;
- Ermənistanın yeni işğal arzusu;
- Vasitəçi strukturun prosesə ədalətli yanaşma sərgiləməməsi bu müharibəyə imkan verirdi. Beləliklə, Bakı torpaqlarını işğaldan azad etməklə dünyaya mühüm bir mesaj verdi - regional sülhün və təhlükəsizliyin əldə olunması üçün güc tətbiqi qaçılmaz idi. Qeyd edildiyi kimi, 2020-ci ildə cəmisi 44 günə, 2023-cü ildə isə cəmisi 23 saata işğal altında olan torpaqlarımız tamamilə işğaldan azad edildi. Bakı ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu addım da dünya üçün əsaslı bir təcrübədir...
Sülhdən daha yaxşı heç nə yoxdur...
Müharibədə qalib gəlmiş, Ermənistanın silahlı qüvvələrini darmadağın etmiş Azərbaycan məhz bu anda bölgənin gələcəyinə, perspektivinə təsir göstərəcək, yeni strateji imkanlarını ortaya qoymaq üçün fürsət yaradacaq yeni bir təşəbbüslə çıxış etdi - sülh təşəbbüsü. Qeyd edək ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqillik qazanan Azərbaycan və Ermənistan yeni dövrdə ilk dəfə sülh şəraitində yaşamaq imkanı qazanacaqdı. Paralel olaraq son 50 ilə yaxın bir dövrdə Cənubi Qafqaz yeni iqtisadi nizamda müstəqil və konfrantasiyasız iştirak hüququ əldə edirdi. Bu təşəbbüsün və təcrübənin də müəllifi Azərbaycan idi. Bakı yeni sülh təşəbbüsü ilə bölgənin imicini, simasını dəyişir, imkanlarını ortaya qoyur, nəhayət, regiona yeni bir gələcək qurmaq imkanı tanıyırdı. Prezident İlham Əliyev bildirib ki, üçüncü təcrübə isə sülh təcrübəsidir - sülhə necə nail olmaq olar: “Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.
Beləliklə, sülh təcrübəsi gələcək üçün ən real şansdır. Bu gün Azərbaycan Cənubi Qafqazı Avrasiyanın mərkəzinə çevirən əsas güc kimi çıxış edir. Bakı sülhü abstrakt şüar yox, konkret siyasi və iqtisadi mexanizmə çevirərək regionun gələcəyini yenidən dizayn edir. Formalaşan yeni reallıqda qarşıdurma yox, əməkdaşlıq qalib gəlir. Cənubi Qafqazın taleyi artıq keçmiş münaqişələrin girovu deyil. Azərbaycanın təşəbbüsləri sayəsində region qlobal sabitliyə töhfə verən, yeni imkanlar yaradan strateji məkana çevrilir. Bu yol sülh yoludur və bu yol açıqdır.
İqtisadi davamlılıq siyasi dialoqu da gücləndirir: Bakının qlobal statusu...
Sülhün iqtisadi mənfəəti isə siyasi mənffəəti tam sürətlə davam etdirir. Orta Dəhlizin genişlənməsi (TRIPP), Rəqəmsal İpək Yolunun formalaşması, yeni liman-logistika zəncirinin sürətlə inkişafı Azərbaycana yalnız tranzit deyil, tənzimləyici rol qazandırır. Bu rol həm də Bakının təhlükəsizlik konsepsiyası ilə uzlaşır: regionda siyasi sabitliyin bərpası, sərhəd kommunikasiya risklərinin aradan qaldırılması və inteqrasiya yönümlü diplomatiyanın gücləndirilməsi Avrasiyanın bütöv inkişaf modelinə xidmət edir.
Beləliklə, Azərbaycan siyasi sabitliyin təminatçısı, qlobal logistik şəbəkələrin ayrılmaz həlqəsi, enerji təhlükəsizliyinin əsas dayağı və müxtəlif sivilizasiyaları birləşdirən dialoq platforması rolunu uğurla icra edir. Azərbaycan məhz bu çoxşaxəli funksiyaları yerinə yetirdiyi üçün Avrasiyanın yeni mərkəzi kimi çıxış edir.
Bakı bu gün:
- Şərq ilə Qərbi iqtisadi və siyasi xətt üzrə birləşdirir;
- Mərkəzi Asiyanı Avropa ilə bağlayır;
- Regionda qlobal təhlükəsizlik konturlarını formalaşdırır;
- Yeni dialoq və tərəfdaşlıq arxitekturası yaradır;
- sabitlik və davamlı inkişafın əsas təminatçısına çevrilir.
Bakı bu gün sadəcə Azərbaycanın paytaxtı kimi deyil, bütövlükdə Avrasiyanın ritmini müəyyən edən, qitələrin inkişaf tempini tənzimləyən, iqtisadi və siyasi güc mərkəzlərini birləşdirən qlobal aktorlardan biri kimi tanınır və qiymətləndirilir. Bizim təcrübəmiz isə bütün dünya üçün bir nümunədir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

