Ümumdünya Okeanlar Günü
08.06.2026 [14:34]
Hər il iyunun 8-də Ümumdünya Okeanlar Günü qeyd olunur. Bu əlamətdar tarixin ideyası 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində irəli sürülüb.
AZƏRTAC BMT-nin veb-saytına istinadla xəbər verir ki, okeanlar planetin səthinin 70 faizindən çoxunu əhatə edir. Onlar həyat mənbəyidir, bəşəriyyəti və Yer kürəsindəki bütün digər orqanizmləri dəstəkləyir. Okeanlar planetin oksigeninin ən azı 50 faizini istehsal edir, Yer kürəsinin biomüxtəlifliyinin böyük bir hissəsinə malikdir və dünyada bir milyarddan çox insan üçün əsas zülal mənbəyidir. Bundan əlavə, okeanlar iqtisadiyyatımızda əsas rol oynayır: 2030-cu ilə qədər okeanla əlaqəli sənaye sahələrində 40 milyon insanın işlə təmin olunacağı təxmin edilir.
2026-cı il Ümumdünya Okeanlar Gününün mövzusu olan “Yenidən düşün” bizi okeana baxışımızı və qayğımızı dəyişdirməyə çağırır. Çox uzun müddətdir ki, biz onları uzaq bir məkan kimi görürük, halbuki, əslində, okeanlar gündəlik həyatımızın bir hissəsidir: nəfəs aldığımız hava, yediyimiz yemək və mövcudluğumuzu mümkün edən iqlim tarazlığı deməkdir. BMT bəşəriyyəti okeanların sərvətlərinin benefisiarı olmaqla yanaşı, həm də və onun gələcəyinin əsl sahibi olmağa çağırır.
Bəşəriyyət dəniz ekosistemlərini kökündən dəyişdirir. 2024-cü ildə dünya əhalisi 8,2 milyarda çatıb və onların 37 faizi sahildən 100 kilometrlik məsafədə yaşayır. Bu, labüd olaraq insan və iqtisadi fəaliyyətin sahil zonalarında cəmləşməsinə gətirib çıxarır.
Bundan əlavə, xəstəliklərin yayılması, çirklənmə və iqlim stresi balıqçılıq və akvamədəniyyətin uzunmüddətli dayanıqlığını təhdid edir. “Mavi iqtisadiyyat”ın illik 1,5 trilyon dollar dəyərində olduğu və 2030-cu ilə qədər 3 trilyon dolları keçəcəyi proqnozlaşdırılır. Sahil və dəniz turizmi 174 milyon insan üçün iş yeri təmin edir.
Hazırda dənizdə neft və qaz hasilatının, eləcə də gəmiçiliyin təsirlərini qiymətləndirmək və minimuma endirmək üçün səylər göstərilir. Gəmiçilik qlobal ticarətin 80 faizindən çoxunu təşkil edir və qlobal istixana qazı tullantılarına əhəmiyyətli töhfə verir.
2017-ci il dekabrın 5-də BMT Baş Assambleyası 2021–2030-cu illəri Dayanıqlı İnkişaf naminə Okean Elmləri Onilliyi elan edib. Bu onillik elmi ictimaiyyəti, siyasətçiləri, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini okeanla bağlı elmi tədqiqatlar və texnoloji innovasiyalarda bir araya gətirmək məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

