Ermənistan Azərbaycanın tələblərini yerinə yetirir...
14.03.2026 [11:13]
Sülhün imzalanması üçün maneələr aradan qaldırılır
Azərbaycanın 2020-ci ildə Cənubi Qafqazda yaratdığı yeni situasiya öz nəticəsini verməkdədir. 2022-ci ilin yazından başlanan sülh təşəbbüsləri artıq praktik olaraq reallaşır. 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan Sammitdə paraflanan sülh sazişi nəticə etibarı ilə institusional şəkil almaqdadır. Bu, Ermənistanın siyasi rəhbərliyi tərəfindən də etiraf edilir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları buna dəlalət edir. Nikol Paşinyan martın 11-də parlamentdəki çıxışı zamanı Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair heç bir şübhəsinin olmadığını, hazırda bu istiqamətdə sakit və ardıcıl diplomatik iş aparıldığını bildirib. Paşinyan sənədin imzalanacağı tarixi bildirməsə də, prosesin geri dönməz olduğunu vurğulayıb. Qeyd edək ki, Paşinyan bu məsələyə Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı da toxunub. Bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, amma bu, gündəlik qorunma tələb edir. Paşinyan, həmçinin bəzi daxili qrupların sülhün mükəmməl olmaması ilə bağlı tənqidlərinə də toxunub. “Bizi Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün mükəmməl olmamasına görə tənqid edirlər. Xahiş edirəm mənə deyin, mükəmməl sülh haradadır, mükəmməl sülh harada olub və nə vaxt mövcud olub?” Əksinə, məhz sülh arzusu onu mümkün qədər kamilliyə yaxınlaşdıra bilər”, - deyə Nikol Paşinyan qeyd edib.
Konstitusiyada dəyişiklik...
Qalib dövlət olan Azərbaycan həm regionun, həm də ümumilikdə Avrasiyanın geostrateji imkanlarını genişləndirir. Bakı revanşist ritorikadan çıxış etməyərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret strateji yol xəritəsi təqdim etdi və bu da nəticə etibarı ilə, bölgədə davamlı sabitlik üçün ilkin meyara çevrildi. Bölgənin inkişafının sülhdən asılı olduğu qədər, sülhün də bir çox təsirlərdən qorunmasına ehtiyac var. İlk növbədə bölgədə davamlı sabit vəziyyət yaratmaq üçün Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarına əsassız iddiadan imtina etməlidir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Başqa sözlə, daimi sülh üçün həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olmalıdır.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.
Nikol Paşinyan son çıxışlarında bu məsələyə də toxunub. Hökumət başçısı bildirib ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. İrəvanda keçirilən brifinqdə o, deyib ki, Müstəqillik Bəyannaməsi “münaqişə məntiqi üzərində qurulub” və bu məntiq əsasında müstəqil dövlət qurula bilməz. Paşinyan jurnalistlərə bu ay dərc olunması planlaşdırılan Ermənistan Konstitusiyasının yeni mətnindən Müstəqillik Bəyannaməsinin çıxarılması ilə bağlı mövqeyinin dəyişməyəcəyini vurğulayıb: “Bəli, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsindən bəhs edilməməlidir. Və niyə belə olduğunu izah edim: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə tabe ola və müstəqil dövlət qurmaq istəyə bilmərik”.
Onlara Ermənistan vətəndaşlığı veriləcək...
Erməni baş nazir uzun müddətdir ki, Ermənəistanda müzakirə olunan Qarabağı könüllü şəkildə tərk etmiş erməniəsilli insanlarla bağlı məsələyə də toxunub. O, Avropa Parlamentində çıxışı zamanı deyib ki, bu məsələ ilə bağlı strategiyamız çox aydındır: “Həmin insanlar Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi məskunlaşmalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə kimi 4886 ailə bundan bəhrələnib. Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstək xahiş edirik”.
Göründüyü kimi, bəzi xarici dairələrin xüsusilə “marağında” olan bu məsələ də artıq öz həllini tapır - Ermənistan hökumətinin bu yanaşması sülhün davamlılığına da müsbət təsir göstərəcək amillər sırasındadır.
Bakının təşəbbüsü ilə meydana gələn layihə...
O ki qaldı, ötən ilin avqustunda Vaşinqtonda razılaşdırılan Zəngəzur dəhlizi (TRIPP) layihəsinə, bu istiqamətdə də işlər davam etdiriləcək. Paşinyan bildirib ki, TRIPP kommunikasiya proqramının hazırlanması hazırda yekunlaşmaq üzrədir, tezliklə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və bundan sonra layihənin praktiki icrasına başlanacaq.
Bəlli olduğu kimi, adıçəkilən layihə məhz Azərbaycanın iradəsi və qətiyyəti sayəsində reallaşır - məhz Bakının prinsipial mövqeyi nəticəsində bu gün Cənubi Qafqaz qlobal güc mərkəzlərinin diqqətindədir. Eyni zamanda, Azərbaycanın Ermənistana yük daşınmasına icazə verməsi, neft məhsullarının ixracına başlanılması mühüm siyasi mesaj daşıyır. Bu addım göstərir ki, Azərbaycan regionda iqtisadi blokadalarla deyil, qarşılıqlı əməkdaşlıq prinsipi ilə hərəkət etməyə hazırdır.
Beləliklə, Şərqlə Qərb arasında yeni uzlaşma coğrafiyası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi regionun geosiyasi əhəmiyyəti sürətlə artır. Bu kontekstdə sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib amil olduğu aydın görünür.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

