Azərbaycan Türk dünyasının ilham mənbəyinə çevrilib...
09.10.2025 [11:35]
Bakı -TDT-nin siyasi dayağı, mənəvi mərkəzi, güclü iradəsinin təcəssümü
Azərbaycan regionda yaratdığı yeni siyasi, iqtisadi və hərbi reallıqlarla təkcə Cənubi Qafqazın deyil, bütövlükdə türk dünyasının inkişaf trayektoriyasına yeni rənagarəngilk qatıb. Sirr deyil ki, 2020-ci ildə qazanılan tarixi Zəfər həm ölkəmiz, həm də geostrateji məkanımız üçün yeni mərhələ başlatdı - ölkəmizin beynəlxalq statusu, diplomatik çəkisi və strateji rolu fərqli müstəviyə daşındı, eləcə də Azərbaycanın təşəbbüsü, qətiyyəti və dövlətçilik fəlsəfəsi Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində mühüm istiqamətverici faktora çevrildi. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə 2022-ci ilin noyabrında Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd edirdi: “Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”.
Son 5 ildə Azərbaycanın bütün sahələr üzrə - enerji, nəqliyyat, logistika, müdafiə, elm, mədəniyyət və humanitar əməkdaşlıq müstəvisində irəli sürdüyü təşəbbüslər praktiki nəticələr verir. Azərbaycan bütövlükdə türk birliyinin strateji gələcəyini düşünən, onu qlobal sistemdə dayanıqlı güc mərkəzinə çevirməyə çalışan dövlət statusunda çıxış edir.
Milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir...
Bu fakt Qəbələdə keçirilən TDT liderlərinin Zirvə toplantısında da vurğulandı. Zirvədə səslənən fikirlər, qəbul edilən qərarlar, imzalanan sənədlər və müəyyənləşdirilən istiqamətlər Azərbaycan liderliyinin türk dünyasının gələcəyində oynadığı rolu bir daha təsdiqlədi. Prezident İlham Əliyev tədbirdəki çıxışında vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur: “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Qəbələ Zirvəsi göstərdi ki, TDT artıq sadəcə regional qurum deyil, qlobal siyasətdə öz mövqeyini və nüfuzunu müəyyənləşdirən, alternativ əməkdaşlıq modelinə malik platformadır. Azərbaycan bu modelin həm siyasi dayağı, həm də ideoloji ilham mənbəyidir.
Azərbaycanın növbəti töhfəsi...
Azərbaycan təşkilatın fəaliyyətinin hər bir mərhələsində real dəstəyini nümayiş etdirib. Bunun bariz nümunəsi kimi, ölkəmizin TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsini göstərmək olar. Bu, Bakının təşkilata sadəcə siyasi yox, həm də maddi-mənəvi məsuliyyətlə yanaşdığının sübutudur. Azərbaycan TDT-nin inkişafına həm iqtisadi, həm diplomatik, həm də informasiya dəstəyi verir. Xüsusən də Avropa istiqamətində qurumun tanıdılması, onun beynəlxalq arenada legitim imicinin formalaşması baxımından Bakının fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu gün türk birliyinin simvolu kimi qəbul edilən Azərbaycanın gücü və iradəsi, qətiyyəti və nailiyyətləri həm də bütün türk dünyasının birgə iradəsinin təcəssümünə çevrilib.
Sərmayə və infrastruktur xəritəsində Azərbaycanın uğurlu mövqeyi...
Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə çoxsaylı strateji sərmayə layihələri də icra edir. Qardaş dövlətlərdə həyata keçirilən enerji, sənaye, kənd təsərrüfatı və logistika layihələri regionun inteqrasiyasına güclü təkan verir. Transxəzər nəqliyyat dəhlizi, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli layihələr türk dünyasının birləşdirici arteriyası rolunu oynayır. Azərbaycan bu layihələrin həm təşəbbüskarı, həm də əsas icraçısı kimi çıxış edir. Bu infrastruktur xətti iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, siyasi və təhlükəsizlik baxımından da türk dövlətlərini vahid platformada birləşdirir. Çıxışında bu məqama da toxunan dövlət başçısı deyib ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib: “Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir”.
Vurğulanmalıdır ki, Azərbaycanın sərmayə fəlsəfəsi sadəcə iqtisadi qazanc məqsədi daşımır - bu, türk həmrəyliyinin iqtisadi dayaqlarını qurmaq strategiyasıdır. Ölkəmiz qardaş dövlətlərin sosial rifahının, iqtisadi sabitliyinin və regional dayanıqlığının təmin olunmasına xidmət edən siyasət yürüdür.
Ortaq dəyərlərin mərkəzi...
Türk dünyasını birləşdirən ən mühüm amillərdən biri heç şübhəsiz ortaq dil, mədəniyyət və dəyərlərimizdir. Bu istiqamətdə Azərbaycan hər zaman aparıcı rol oynayıb. Əsrlərlə yaşatdığımız bu dəyərlər isə həm də bizim sabahımızın təminatçısıdır. Azərbaycan hər zaman birgə keçmişimizə, tariximizə, dəyərlərimizə hər zaman hörmətlə yanaşır - bu, Qəbələdə bir daha sübut olundu. Belə ki, çıxışında Prezident İlham Əliyev bildirib ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir”.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin təməlini qoyub. Həmin qurultayın 100 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi təklif, əslində, türk dünyasının ortaq kimliyinin yenidən bərpasına çağırışdır. Azərbaycan bu çağırışı XXI əsrin reallıqları fonunda gerçəkləşdirmək üçün həm ideoloji, həm elmi, həm də mədəni əsaslar yaradır. Türk dünyasının humanitar paytaxtı kimi Bakı bu gün dilin, ədəbiyyatın, incəsənətin və təhsil inteqrasiyasının yeni mərkəzinə çevrilib. Məhz bu mənəvi dayaqlar siyasi və iqtisadi əməkdaşlığa dərin mənalar qazandırır.
Birinci Türkoloji Qurultay - tarixə qısa ekskurs...
Xatırladaq ki, birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi toplantı kimi tarixə yazılıb. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanmışdı. Qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə yazıldı - Qurultayın işində Sovet İttifaqı məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə isə Səməd ağa Ağamalıoğlu ilə yanaşı Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.
Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı:
- Əlifba məsələsi;
- İmla-orfoqrafiya problemi;
- Termin məsələsi;
- Tədris-metodika məsələsi;
- Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;
- Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;
- Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
Qurultay nümayəndələri tanınmış klassik, özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, reallaşmadı. Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə, mühüm yer tuturdu. Yeri gəlmişkən, bu istiqamətdə TDT-nin də mühüm çağırışları və layihələri mövcuddur...
Qəbələ Bəyannaməsi qəbul olunub: “TDT+” yormatı yaradılır
Qeyd edək ki, Zirvə görüşünün sonunda Qəbələ Bəyannaməsi imzalanıb. Bəyannamədə Türk Dövlətləri Təşkilatının üzv ölkələri “Türk Həftəsi”nin keçirilməsi üçün koordinasiyanın təmin edilməsi ilə bağlı çağırışlar əks olunub. Belə ki, sənəddə 2026-cı ilin yanvar ayında Vyanada keçirilməsi planlaşdırılan və Türk dünyasının beynəlxalq səviyyədə tanınması üçün daha çox töhfə verəcək “Türk Həftəsi”nin təşkilində TDT üzv dövlətləri və müşahidəçiləri ilə türk əməkdaşlıq təşkilatları arasında səmərəli koordinasiyanın təmin olunması çağırışı edilib.
Bəyannamədə TDT üzvü ölkələrin Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmanı dəstəklənib. Sənəddə qeyd olunub ki, təşkilat Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini təmin edəcək, regionun tranzit potensialını ortaya çıxaracaq və sülhə, sabitliyə və rifaha töhfə verəcək kommunikasiya kanallarının açılmasına dair razılaşmanı məmnunluqla qarşılayır.
Bundan başqa sənəddə TDT üzvü ölkələr TDT-nin BMT Baş Assambleyası və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu qazanması üçün birgə səylərin artırılmasını təşviq etdiklərini bəyan ediblər. Bildirilib ki, üçüncü ölkələrin və beynəlxalq təşkilatların TDT ilə əməkdaşlığı genişləndirməyə artan marağını məmnuniyyətlə qarşılayırlar.
Türk dövlətləri arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq Müqaviləsi də imzalanacaq. Qəbələ Bəyannaməsində TDT-nin üzv ölkələri sözügedən müqavilə layihəsinin müzakirəsinin sürətləndirilməsinə çağırış ediblər. Bu müqavilə əməkdaşlıq çərçivəsini genişləndirəcək, birliyi nümayiş etdirəcək və birgə təşəbbüslərin həyata keçirilməsini sürətləndirəcək.
Sənəddə Təşkilatın Elm, Texnologiya, Sənaye və İnnovasiyadan məsul 2-ci Nazirlər Toplantısının oktyabrın 23-24-də Bakıda keçirilməsi də bildirilib. Üzv dövlətlər və müşahidəçi ölkələr bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün fəal iştirakı təşviq etdiklərini bəyan ediblər.
Eləcə də qurum üzvü dövlətlərin müvafiq orqanları arasında Şəhərsalma və məkan planlaması və davamlı şəhər inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Bəyannamədə vurğuanır ki, sənədin məqsədi Azərbaycanın bilik mübadiləsi, davamlı yenidənqurma, ağıllı şəhər həlləri və regional və qlobal platformalarda koordinasiyalı iştirakı təşviq etməkdir.
Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək. Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub. Bildirilib ki, TDT bayrağı altında, üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib. Paralel olaraq bəyannamədə üzv dövlətlərin şəhərlərin dayanıqlılığı və innovasiya sahələrində əməkdaşlığı gücləndirəcəyi də vurğulanıb. Bu məqsədlə ölkələr 13-cü Dünya Şəhər Forumu (WUF13) çərçivəsində TDT Davamlı Şəhərlər Forumunun yaradılmasına dair Bəyanatın imzalanmasını təşviq etdiklərini bildiriblər.
Qeyd edək ki TDT 12-ci sammiti çərçivəsində “TDT+” formatının təsis edilməsi haqqında qərar imzalanıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Azərbaycanın sədrliyi dövründə türk ölkələri arasındakı əməkdaşlığın daha da güclənəcəyinə inanırıq. Zirvə görüşü çərçivəsində Qəbələ Bəyannaməsi qəbul olunub. Sənəddə 8 avqustda Vaşinqtonda imzalanmış Ermənistanla sülh razılaşması vurğulanıb”, - o qeyd edib.
TDT-nin 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək.
Bakı Türk dünyasının birliyini və gücünü daha da artırır
Beləliklə, Azərbaycanın TDT çərçivəsində gördüyü işlər, irəli sürdüyü təşəbbüslər və nümayiş etdirdiyi siyasi iradə türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirir. Göründüyü kimi Bakı bütün istiqamətlərdə - müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, iqlim siyasəti və rəqəmsal iqtisadiyyat kimi sahələrdə koordinasiyanın dərinləşməsini zəruri sayır, humanitar və milli birliyin inkişafını əsas hədəf kimi müəyyənləşdirir.
Bu baxımdan Azərbaycan modeli yalnız regional deyil, qlobal miqyasda birləşdirici nümunədir. Bakı bu gün Türk Dövlətləri Təşkilatını həm siyasi, həm də mənəvi baxımdan gücləndirən əsas lokomotivdir.
Bütün bunlar göstərir ki, Azərbaycan qurumun strateji inkişaf xəttini müəyyən edən ideya mərkəzidir. Qəbələ Zirvəsində səslənən təşəbbüslər, təqdim olunan ideyalar və verilən qərarlar bir daha sübut etdi ki, Bakı türk dünyasının birliyini, həmrəyliyini və gücünü daha da artırmaqda qərarlıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42

Gündəm
09 Oktyabr 11:59

Gündəm
09 Oktyabr 11:52

YAP xəbərləri
09 Oktyabr 11:51

Gündəm
09 Oktyabr 11:35

Siyasət
09 Oktyabr 11:16

Gündəm
09 Oktyabr 11:05

Sosial
09 Oktyabr 11:02

Siyasət
09 Oktyabr 10:57

İqtisadiyyat
09 Oktyabr 10:31

İqtisadiyyat
09 Oktyabr 10:14

MEDİA
09 Oktyabr 09:56

Analitik
09 Oktyabr 09:42

Analitik
09 Oktyabr 09:23

Yeni texnologiyalar
09 Oktyabr 08:45

Sosial
09 Oktyabr 08:20

Siyasət
09 Oktyabr 08:10
YAP xəbərləri
09 Oktyabr 00:10

Dünya
08 Oktyabr 23:39

YAP xəbərləri
08 Oktyabr 23:17

İqtisadiyyat
08 Oktyabr 22:58

İdman
08 Oktyabr 22:41

YAP xəbərləri
08 Oktyabr 22:25

Siyasət
08 Oktyabr 22:19

YAP xəbərləri
08 Oktyabr 22:12

Dünya
08 Oktyabr 21:54

Gündəm
08 Oktyabr 21:46

YAP xəbərləri
08 Oktyabr 21:45

YAP xəbərləri
08 Oktyabr 21:34
08 Oktyabr 21:25

Dünya
08 Oktyabr 21:13

İdman
08 Oktyabr 20:58

YAP xəbərləri
08 Oktyabr 20:33

İqtisadiyyat
08 Oktyabr 20:26

Xəbər lenti
08 Oktyabr 20:21

YAP xəbərləri
08 Oktyabr 20:10

YAP xəbərləri
08 Oktyabr 20:02

Xəbər lenti
08 Oktyabr 19:54

YAP xəbərləri
08 Oktyabr 19:40

Sosial
08 Oktyabr 19:34

YAP xəbərləri
08 Oktyabr 19:12

YAP xəbərləri
08 Oktyabr 19:08

YAP xəbərləri
08 Oktyabr 18:29

YAP xəbərləri
08 Oktyabr 18:19

Sosial
08 Oktyabr 18:09

YAP xəbərləri
08 Oktyabr 18:08

YAP xəbərləri
08 Oktyabr 18:06

YAP xəbərləri
08 Oktyabr 17:50

YAP xəbərləri
08 Oktyabr 17:23

Siyasət
08 Oktyabr 17:16

Sosial
08 Oktyabr 17:03

YAP xəbərləri
08 Oktyabr 17:01

YAP xəbərləri
08 Oktyabr 17:00

YAP xəbərləri
08 Oktyabr 16:59

YAP xəbərləri
08 Oktyabr 16:23

YAP xəbərləri
08 Oktyabr 16:14

YAP xəbərləri
08 Oktyabr 16:01

YAP xəbərləri
08 Oktyabr 15:57

YAP xəbərləri
08 Oktyabr 15:56

YAP xəbərləri
08 Oktyabr 15:29

YAP xəbərləri
08 Oktyabr 15:21
