/ / Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim edib
14.09.2013 [15:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni təqdim edib.
Prezident İlham Əliyev deyib: “Hörmətli Arif müəllim, mən sizi ad gününüz, yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycan musiqi mədəniyyətinə böyük töhfə vermisiniz. Siz böyük bəstəkar, gözəl müəllim, gözəl vətəndaşsınız. Sizin əsərləriniz Azərbaycan xalqının qəlbində yaşayır. Əminəm ki, həmişə yaşayacaqdır. Siz bir çox simfoniyaların müəllifisiniz, gözəl mahnıların müəllifisiniz. Əlbəttə, artıq 50 ildən çoxdur müxtəlif ölkələrdə nümayiş etdirilən “Məhəbbət əfsanəsi” baleti hesab edirəm ki, sizin yaradıcılığınızın zirvəsidir.
Siz, eyni zamanda, pedaqoq, müəllim kimi öz işinizi davam etdirirsiniz. Gənc bəstəkarların hazırlanmasında sizin böyük rolunuz vardır. Siz Azərbaycan xalqının fəxrisiniz. Böyük bəstəkar və Azərbaycan musiqisinin klassikisiniz. Bu, həqiqətdir.
Bir məsələni də vurğulamaq istəyirəm ki, sizin həmişə çox açıq-aydın və birmənalı vətəndaşlıq mövqeyiniz olmuşdur. Siz bütün dövrlərdə həqiqəti, ədaləti müdafiə etmisiniz. Bütün dövrlərdə öz mövqeyinizi bildirmisiniz. Yəni, bu, hər bir ziyalı, hər bir vətəndaş üçün örnək olmalıdır. Hər bir insanın, xüsusilə cəmiyyətdə böyük nüfuza malik olan insanların vətəndaşlıq mövqeyi olmalıdır. Xalqımız, millətimiz üçün ən ağır günlərdə - 20 Yanvar faciəsi baş verdikdə siz Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, bizim informasiya çatdırmaq imkanlarımız çox məhdud idi, Sovet İttifaqında azad mətbuat yox idi. Bax, sizin kimi tanınmış insanlar vasitəsilə Azərbaycan xalqının haqq səsi dünyaya çatdırılırdı. Bunu mən xüsusi vurğulamaq istəyirəm ki, əsl ziyalını fərqləndirən cəhətlərdən biri də onun vətəndaşlıq mövqeyidir, öz xalqına bağlılığıdır, öz dövlətinə sədaqətidir.
Sovet dövründə və müstəqillik dövründə sizin fəaliyyətiniz yüksək qiymətləndirilmişdir. 1998-ci ildə siz Azərbaycan dövlətinin o vaxtkı ən böyük ordeni olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən bu orden sizə verilmişdir.
Ulu öndər Heydər Əliyev ilə sizi şəxsi əlaqələr bağlayırdı. Mən bilirəm ki, hər iki tərəfdən böyük hörmət göstərilirdi. Sizin dostluq münasibətləriniz, hesab edirəm ki, cəmiyyət üçün də çox əhəmiyyətli idi.
Bu gün siz 80 illik yubileyinizi hər zaman olduğu kimi, böyük ruh yüksəkliyi ilə, çox yaxşı fiziki formada qarşılayırsınız. Mən buna çox sevinirəm. Bu gün müstəqil dövlətimizin ən ali ordeni olan “Heydər Əliyev” ordenini sizə təqdim etmək istəyirəm. Bu gün mənim Sərəncamımla siz “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu ali mükafatı sizə təqdim edim”.
* * *
Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Xalq artisti Arif Məlikova təqdim edib.
* * *
Arif Məlikov deyib: “Bilirsiniz, deyir, “Ot kökü üstə bitir”. Mən şübhə etmirdim ki, Sizinlə belə söhbət olanda bu qədər dəqiq və dünya düşüncəsindən ortaya gələn məsələlər vardır. Bu qədər sözlərinizdən sonra mən fəxrlə bir şeyi deyə bilərəm ki, bu gün nə Azərbaycanda, nə də başqa ölkələrdə yaşayan bəstəkarın 60-dan çox premyerası olub, ikinci, mən bununla fəxr edirəm. Çünki o proqramın üstündə mən mütləq yazıram, mən azərbaycanlıyam. Fəxr edirəm ki, “Məhəbbət əfsanəsi” ilə, bütün əsərlərimlə mən öz Vətənimə, öz torpağıma borcluyam. Bu, təbiidir. Bunu Sizin sözlərinizdən sonra deyirəm. Əgər Allah bizim ömrümüzü bir az da uzatsa, hələ qabaqda böyük əsərlər yazmaq üçün düşüncələr var və onların üzərində çalışıram.
Bilirsiniz, o qədər gözəl sözlər dediniz. Mən doğrudan da Sizin atanızla yaxın olmuşam. Siz dediniz, “İstiqlal” ordenini mənim boynuma asıb. Bu, mənim üçün fəxrdir. Amma ondan böyüyü də şəxsən Onun mənim sənətimə verdiyi qiymət və Onun təhlilidir. Mən sözümdə və sənətimdə çalışacağam ki, o şeyləri doğruldum. Sizə təşəkkür edirəm”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

