/ / Azərbaycan Prezidenti İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib, “+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib, “+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olub
17.09.2013 [09:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 16-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib, “+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olublar.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizləri vahid sistemdə qeydiyyata almaq, tam əhatəli informasiya bazası yaratmaq, uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanları genişləndirmək məqsədilə 2011-ci ildə mərkəzi laboratoriyanın yeni inzibati binasının inşasına başlanılıb. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən, ümumi sahəsi 1800 kvadratmetr olan yeni bina yüksək standartlara uyğun şəkildə inşa edilib.
Prezident İlham Əliyev laboratoriyanın yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir. Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür.
Diqqətə çatdırılıb ki, regionun ən müasir laboratoriyasında quraşdırılmış “ICP-MS” cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metallar dəqiqliklə təyin olunur.
Bildirilirib ki, əgər əvvəllər içməli suyun 27, tullantı sularının 26 parametri olmaqla ümumilikdə 53 parametr üzrə tədqiqatlar aparılırdısa, yeni laboratoriyada 138, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir.
Laboratoriyanın mikrobioloji analizlər otağında isə təhlükəli bakteriyalar təyin olunur. Tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Laboratoriya insan sağlamlığının və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Burada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan dövri olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulub.
Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə analizlərin aparılması imkanları da təmin edilib. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən iki, su nümunələrinin daşınması üçün isə dörd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzlərində və kəndlərdə su nümunələrinin analizləri aparılır.
Bildirilib ki, laboratoriyada regionlarda yaradılacaq müasir laboratoriyalar üçün kadrların hazırlanması, eləcə də kimya, biologiya və ekologiya sahələri üzrə tələbələrə təlim və təcrübə kurslarının keçirilməsi üçün də lazımi şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “+ 110 qərb” su anbarının ərazisində salınacaq yeni parkın layihəsi ilə tanış olublar. Dövlətimizin başçısına salınacaq park barədə məlumat verilib. Bildirilib ki, layihələndirilən parkın sahəsi 62 min kvadratmetrə yaxındır. Bunun yarıdan çox hissəsini yaşıllıqlar təşkil edəcək. Park ərazisində müxtəlif növ ağac və dekorativ bitkilər əkiləcək. Parkda idman və gimnastika ilə məşğul olmaq üçün meydança yaradılacaq. İdman meydançasında müxtəlif trenajorlar quraşdırılacaq. Burada uşaqlar üçün əyləncə meydançası da yaradılacaq. On fəvvarənin quraşdırılacağı parkda avtomobil dayanacağı inşa olunacaq, ən müasir işıqlandırma sistemi yaradılacaq. Parkda gün ərzində beş min nəfərin istirahəti üçün lazımi şərait yaradılacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

