/ / Prezident İlham Əliyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
30.03.2013 [11:52]
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı Fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılıb, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilib.
Qeyd olunub ki, qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılıb. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulub.
Bildirilib ki, 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib, yeddi ay ərzində başa çatdırılıb. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədində görülən işlərlə tanış olublar.
Diqqətə çatdırılıb ki, Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilib. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilib. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olub. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə ediblər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb.
Vurğulanıb ki, beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlayıb. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var.
Dövlətimizin başçısı Atəşgah məbədinin XIX əsrdə çəkilən şəkillərini, bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə görüləcək işlərin eskiz layihələrinə baxıb.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

