Dünya şöhrətli torpaqşünas alim
25.12.2012 [15:54]
Akademik Həsən Əliyev Azərbaycan elminin inkişafında, onun nəinki keçmiş SSRİ ərazisində, hətta bütün dünya səviyyəsində tanınmasında əvəzsiz xidmətlər göstərib
Azərbaycan elminin inkişafında, onun nəinki keçmiş SSRİ ərazisində, hətta bütün dünya səviyyəsində tanınmasında əvəzsiz xidmətləri olan akademik Həsən Əlirza oğlu Əliyevin xalqımızın unudulmaz övladları sırasında xüsusi yeri var. Həsən Əliyevin elmi-ictimai fəaliyyətinin spektri çox geniş və hərtərəfli olmuşdur. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni zamanda, böyük torpaqşünas və ekoloq alim idi. 50 ildən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti dövründə onun Azərbaycanda torpaqşünaslıq elminin inkişafında və formalaşmasında böyük rolu olmuşdur.
Keçən əsrin 30-cu illərində respublikamızın iqtisadiyyatının özüllərinin qoyulduğu bir vaxtlarda kənd təsərrüfatının yenidən qurulması, təbii sərvətlərin, o cümlədən, torpaq ehtiyatlarının uçota alınmasını və onların potensial imkanlarının öyrənilməsini tələb edirdi. Torpaqla bağlı həm nəzəri, həm də təsərrüfat məsələlərinin həlli böyük diqqət, gərgin əmək, ağır məsuliyyət tələb edirdi. Həsən Əliyevin torpaqşünas alim kimi fəaliyyətə başlaması məhz həmin dövrə təsadüf edir. Bu dövr onun həm bir vətəndaş, həm də alim kimi formalaşmasında əhəmiyyətli bir dövr olmaqla bərabər, eyni zamanda, böyük çətinliklər və həyəcanla dolu dövr olmuşdur.
Lakin bunların hamısının başlanğıcında torpaqşünaslıq elmi dayanır. Ümumiyyətlə, Azərbaycanda torpaq-tədqiqat işləri XX əsrin 20-ci illərindən başladı. Ona qədər məşhur təbiətşünas Həsən bəy Zərdabi ilə görkəmli rus alimi V.V.Dokuçayevdən başqa respublikamızın ərazisinə torpaqşünas ayağı dəyməmişdi.
Həsən müəllim ilk dəfə torpaq tədqiqatı işlərinə ötən əsrin 30-cu illərində başlamışdır. O vaxt torpaqşünaslıq elmi bir təlim olaraq yenicə formalaşırdı. Bu elm sahəsinə diqqət yüksək olsa da, dünyada, o cümlədən, Qərbi Avropa ölkələrinin özündə belə torpaqşünaslıq elmi zəif inkişaf etmişdi. Həsən müəllim o vaxtlar torpaq ekspedisiyalarının çətinliyindən, ekspedisiya zamanı keçirdiyi ağır həyat tərzi, susuzluqdan korluq çəkmələri haqqında ürək ağrısı ilə danışardı. Qeyd edərdi ki, axşamlar lampa işığına ilan və əqrəblər düşərgəyə axışıb gələrdi. İşçilərin çoxu bu təhlükə və çətinliyə dözməyib qaçırdılar. Bunları eşitdikcə, adamı heyrət götürür. Bütün bunlar yaxın keçmişin həqiqətləri idi.
Akademik Həsən Əliyev demək olar ki, Azərbaycanın bütün regionlarında torpaq-tədqiqat işləri aparmışdır. O cümlədən, əsasən də Şirvan, Pirsaat, Ağsu - Girdimançay, Lənkəran, Samur - Dəvəçi, Ceyrançöl, Qobustan, Naxçıvan və s. bölgələrdə tədqiqat işləri böyük əhəmiyyət kəsb edir.
XX əsrin 50-ci illərində, daha dəqiq desək, 1953-cü ildə uzun illər torpaq-tədqiqat işlərinin nəticəsi olaraq akademik Həsən Əliyev və kənd təsərrüfatı elmləri doktoru B.P.Volobuyevin məsul redaktorluğu altında 450 səhifəlik “Azərbaycan SSR-in torpaqları” adlı monoqrafiya çap olundu. Bu kollektiv monoqrafiya görkəmli torpaqşünas alimlərin uzun illər apardıqları tədqiqatlara əsasən yazılmışdır. Beş bölmədən ibarət olan sözügedən kitabın birinci bölməsi - Böyük Qafqaz torpaqlarına həsr olunmuşdur. Bəzi yarımbaşlıqları çıxmaq şərtilə bütün fəsillər Həsən Əliyev, Naxçıvan torpaqları Smirnov - Loqinov, Kür-Araz torpaqları Volobuyev, Kiçik Qafqazın torpaqları M.E.Salayev, Lənkəran torpaqları isə Kovoluyev tərəfindən yazılmışdır.
1950-1960-cı illərdə Kür-Araz düzənliyinin bir çox rayonlarının xəritələşdirilməsində, Qobustan, Ceyrançöl qış yataqları torpaqlarının tədqiqində, Naxçıvan Muxtar Respublikasının ərazisinin, Lənkəran subtropik zonası torpaqlarının iri miqyasda, kompleks ekspedisiya vasitəsi ilə dərindən və hərtərəfli öyrənilməsində Həsən Əliyevin xüsusi xidmətlərini qeyd etməmək mümkün deyil. Torpaqşünaslıq elminə məlumdur ki, Böyük Qafqaz torpaqlarının şaquli qurşaqlıq üzrə paylanması ilk dəfə Dokuçayevə məxsus olsa da, bu torpaqların ətraflı tədqiqi və xəritələşdirilməsi Həsən müəllimin özünə məxsusdur.
Həsən müəllimin Böyük Qafqaz torpaqları ilə bağlı dörd monoqrafiyası çap olunmuşdur. Böyük Qafqazın torpaqlarına dair ilk monoqrafik əsərin müəllifi də Həsən müəllim olmuşdur.
Akademik Həsən Əliyevin təşəbbüsü ilə 1957-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində meşə torpaqları laboratoriyası yaradıldı. Sonralar bu laboratoriya Coğrafiya İnstitutunda böyük bir şöbəyə çevrildi. Tərkibində beş laboratoriya və Pirqulu stasionarı təşkil olundu.
Həsən Əliyev stasionar müşahidələrə çox diqqət yetirirdi. Uzun illər onun rəhbərliyi altında “İnsan və biosfer” Beynəlxalq proqramı üzrə Pirqulu stasionarında biogeosenoloji müşahidələr aparılmışdır. Məqsəd torpaqla meşə örtüyü arasındakı qarşılıqlı münasibəti, meşələrin su rejimini tənzim etməsi, istilik dərəcələrinə təsiri, üzvi maddələrin toplanması, meşə örtüyünün məhsuldarlığının öyrənilməsindən ibarət olmuşdur.
Belə kompleks tədqiqatlar nəzəri cəhətdən əhəmiyyətli olub, Beynəlxalq bioloji proqramın tələblərinə cavab verir, respublikada torpaqların səmərəli istifadə edilməsində, meşə torpaqlarının inkişafında mühüm əhəmiyyət kəsb edirdi.
Ötən əsrin 50-60-cı illərində artıq respublikada torpaqşünaslıq sahəsində yerli kadrlar çoxalmışdı. Akademik Həsən Əliyevlə çiyin-çiyinə bir çox görkəmli torpaqşünas alimlər – B.P.Volobuyev, K.Ələkbərov, M.Salayev, E.Şərifov və bu kimi digər alimlər çalışırdılar. Torpaqşünaslıq elmi inkişaf etdikcə, digər elm sahələrində olduğu kimi bu elmdə də mübahisəli məsələlər, ziddiyyətli fikirlər mövcud idi. Heç şübhəsiz ki, bunların hamısı elmin xeyrinə olardı. Belə mübahisəli məsələlərdən birinə söykənmək istərdim. Belə ki, Azərbaycanda şabalıdı torpaq tipi ilə bağlı iki fikir mövcud idi.
Bir qrup torpaqşünaslar israr edirdilər ki, Azərbaycan ərazisi subtropik iqlim qurşağına düşdüyündən burda şabalıdı torpaqlar formalaşa bilməz. Akademik Həsən Əliyev onlara cavab olaraq deyirdi ki, Azərbaycanın ümumi ərazisinin 60 faizini dağlar təşkil edir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-u respublikamızın ərazisində təkrar olunur. Ona görə də, ölkəmizdə şabalıdı torpaqların formalaşması qeyri-adi hadisə deyil. Qara torpaqlar da mülayim qurşağın torpaqlarıdır, lakin Azərbaycanda qara torpaqlar da formalaşmışdır.
1964-cü ilin sentyabrında Rumıniyanın paytaxtı Buxarest şəhərində torpaqşünasların VIII Beynəlxalq konqresi keçirilirdi. Bu konqresdə 66 ölkədən 1200 alim və 2000-dən çox adlı-sanlı təsərrüfat başçıları, fermerlər iştirak edirdi. Keçmiş SSRİ-ni 75 alim təmsil edirdi. Bu konqresə Azərbaycandan akademik Həsən Əliyev və Volobuyev qatılmışdılar. Konqres çox yüksək səviyyədə keçmiş və 475 məruzə dinlənilmişdi. Konqresdə üç məsələ daha çox mübahisə və müzakirə predmetinə çevrildi. Birinci, torpağın biologiyası ilə bağlı idi. İkinci məsələ torpaqlarda üzvi maddələrin formaları və nəhayət, üçüncü məsələ torpaqların adı ilə əlaqədar idi. Dünyanın torpaq xəritəsinin nomenklaturasının layihəsi təsdiq üçün konqresə təqdim olunmuşdu. Həmin nomenklaturada qəhvəyi torpaq tipi əvəzinə qırmızı-qonur torpaq və yaxud padzollaşmış adı yazılmışdır. Akademik Həsən Əliyev bu konqresdə elə tribunadan öz fikrini söyləyərək qeyd etmişdir ki, qəhvəyi torpaqlar Aralıq dənizi sahili ölkələrdə, Qafqazda, Mərkəzi Asiyanın bəzi yerlərində yayılmışdır. Bu torpaqlar morfo-genetik xüsusiyyətlərinə görə tropiklərin quru çöllər və yarımsəhralarına xas olan qırmızı-qonur torpaqlarından fərqlənir. Konqresdə akademik Həsən Əliyevin fikirləri dünyanın bir qrup alimləri, o cümlədən, SSRİ alimləri tərəfindən müdafiə olunmuşdur.
Bu problemlə əlaqədar akademik Həsən Əliyev 1965-ci ildə özünün “Qəhvəyi meşə torpaqları” adlı monoqrafiyasını rus dilində yazdı və bu monoqrafiya 1969-cu ildə Yerusəlimdə ingilis dilinə tərcümə olunaraq dünyaya yayıldı.
Akademik Həsən Əliyev XX əsrin 60-70-ci illərində torpaqşünaslıq və təbiəti mühafizə problemi ilə bağlı dünyanın beş qitəsində və 30-dan çox ölkəsində olmuşdur. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində torpaqşünaslıq və təbiəti mühafizə problemlərinə həsr olunmuş qurultaylarda, simpozium və konfranslarda biz Həsən Əliyevi Zoon, Dobrovolski, Kovda, Qlazovskaya, Gerasimov, Mamutov, Babayev və s. görkəmli torpaqşünas alimlərlə bir sırada görmüşük.
Həsən müəllimin xarici ölkələrə olan səfərləri sadəcə bir gəzinti deyildi. Bu səfərlər ən nüfuzlu elmi toplantılarda fəal iştirak etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsi ilə bağlı həmin ölkələrin ən mühüm təcrübələrini Azərbaycana gətirmək məqsədi daşıyırdı. Eyni zamanda, akademik Həsən Əliyev xarici səfərləri ilə bağlı ali və orta məktəb tələbə və şagirdləri arasında təbiətə məhəbbət hissini gücləndirmək üçün maraqlı çıxışlar edirdi. Getdiyi ölkələrin təbiətinə aid çox sayda slaydlar, foto şəkillər nümayiş etdirir və bunlar da onun çıxışının maraqla qarşılanmasına səbəb olurdu.
Akademik Həsən Əliyevin elmi fəaliyyətində nəzəri məsələlərlə yanaşı, praktik məsələlər də əsas yer tuturdu. Digər həmkarlarından fərqli olaraq onu tez-tez təbiət qoynunda, kənd təsərrüfatı işçiləri arasında, tələbə və şagirdlər qarşısında görmək olurdu. Ona görə də, Həsən müəllim geniş ictimaiyyət arasında tez tanındı və məşhurlaşdı.
Həsən müəllim “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları” monoqrafiyasında yazmışdır: “Mən bu kitabı ona görə yazıram ki, Quba, Qusar, Dəvəçi, Xaçmaz rayonlarının əhalisi, rəhbər vəzifələrdə çalışanları bilsinlər ki, burda hansı torpaqlar yayılmışdır, bu torpaqların xüsusiyyəti necədir və bunlardan necə səmərəli istifadə etmək olar”.
Həsən Əliyevin tədqiqatlarında torpaq-meşə əlaqələri çox ciddi araşdırılmışdır. Yenə həmin əsərində qeyd edilir ki, Quba-Xaçmaz zonasının və Bakı şəhərinin əhalisi içdikləri təmiz şollar suyuna görə bu dağların meşələrinə və torpaqlarına borcludurlar.
Akademik Həsən Əliyevin torpaqşünaslıq və təbiətin mühafizəsi sahəsindəki xidmətləri sırasında quru dağ yamaclarının arid torpaqlarının mühafizəsi məsələləri əhəmiyyətli yer tutur. Ötən əsrin 60-70-ci illərində Azərbaycanın bir sıra arid rayonlarında quru meliorasiya işləri həyata keçirildi və terraslarda quraqlığa dözümlü ağac və kol cinsləri əkildi. Buna misal olaraq Şabran rayonunda salınmış terrasları qeyd etmək olar.
Həsən müəllim meşələrin vurğunu idi. Respublikanın bütün regionlarındakı meşələr haqqında məlumatı var idi. O, meşədə bitən ağacları yaxşı tanıyır, onların latınca adlarını bilirdi.
Akademik Həsən Əliyevi həmişə Tuqay meşələrinin acınacaqlı vəziyyəti narahat edirdi. Ona görə də o, Tuqay meşələrinin müasir vəziyyətini öyrənmiş, mövcud meşə-bərpa işlərini tədqiq etmişdir. Kürqırağı Tuqay meşələrinin irimiqyaslı xəritəsi tərtib olunmuşdur. “Azərbaycanın Kürqırağı Tuqay meşələri” adlı monoqrafiyasını yazmışdır.
Ötən əsrin 70-ci illərində Bakı şəhərinin yaşıllaşdırılması, iri sənaye müəssisələri ətrafında yaşıllıq zolaqlarının salınması, Abşeronda quru subtropik meyvə ağaclarının, o cümlədən, zeytunun artırılması Həsən müəllimin təşəbbüsü nəticəsində baş tutmuşdur.
1960-1965-ci illərdə akademik Həsən Əliyevin elmi rəhbərliyi altında Azərbaycanın 15 inzibati rayonunda torpaq tədqiqatı işləri yerinə yetirildi və xəritəsi tərtib olundu. Məqsəd az istifadə olunan, eroziyaya məruz qalmış dağətəyi ərazilərin üzümçülük plantasiyalarına çevrilməsi idi. Bu məsələ 1970-ci illərdə öz həllini tapdı. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarlar xüsusi əhəmiyyət kəsb edirdi. Bu qərarlarla Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramı qəbul olundu.
Azərbaycan az bir vaxtda keçmiş SSRİ-nin ən böyük üzümçülük respublikasına çevrildi. Əhalinin həyat səviyyəsi xeyli yüksəldi və işlə təmin olundular. Beləliklə, əhalinin şəhərlərə miqrasiyasının qarşısı xeyli alındı. 1985-ci ildə SSRİ-nin başçısı Qorbaçovun sərsəm bir göstərişi ölkəmizi bu gəlirli sahədən məhrum etdi. Hazırda respublikamızda “Regionların sosial inkişafına dair Dövlət Proqramı” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən kənd təsərrüfatında üzümçülük sahəsinin inkişafı ilə bağlı Sərəncam vermişdir.
Akademik Həsən Əliyevi bir maarifpərvər alim kimi yalnız Həsən bəy Zərdabi ilə müqayisə etmək olar. O, şüurlu ömrünü Azərbaycan təbiətinin qorunmasına həsr etdi. Hələ 70-ci illərdə respublikamızda təbiət parklarının, yəni, milli parkların yaranması zərurətini bəyan etdi. Şahdağ milli parkının yaradılmasına daha böyük əhəmiyyət verdi. Akademik Həsən Əliyevin arzuları indi həyata keçmişdir. Artıq respublikamızda altı milli park təşkil olunmuşdur.
Akademik Həsən Əliyevin 1976-cı ildə qələmə aldığı və sonralar dəfələrlə yeni nəşrdə təqdim olunmuş “Həyəcan təbili” kitabı geniş ictimaiyyət arasında böyük rezonansa səbəb oldu. Həsən müəllim yazırdı: “Bu “təbili” heç yerdən asmaq lazım deyil. O, bu günün insanının ürəyidir. Bu ürək ətrafına daha həssas baxmalıdır. Azərbaycan təbiətinə kor-koranə münasibət görəndə bu təbil daha böyük həyəcanla döyülməli, bizi ayıq-sayıq salmalıdır. Bəlkə, toya, yasa və digər mərasimə yubanmaq da olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.
Akademik Həsən Əliyev torpaqşünaslıq və təbiəti mühafizə sahəsində həmişə aktual mövzulara üstünlük verirdi. Akademik Həsən Əliyev ekoloji tərbiyə məsələsi ilə paralel torpaqşünaslıq və təbiəti mühafizə istiqamətində elmi kadrların yetişdirilməsinə ciddi əhəmiyyət verirdi. Onun verdiyi dissertasiya mövzuları aktuallığı ilə nəzər-diqqəti cəlb edirdi. Bunlardan bəzilərini qeyd etmək istərdim:
“Zəngəzur filizsaflaşdırıcı kombinatlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi”. Ermənilər hələ sovetlər dönəmində Azərbaycan təbiətini ekoloji təcavüzə məruz qoyurdular. Araz çayının çirklənməsi ilə bağlı İran İslam Respublikası tərəfindən o vaxtlar SSRİ dövlətinə dəfələrlə nota verilmişdir. Belə bir vaxtda bu cür dissertasiya mövzusu vermək və onun müdafiəsinə nail olmaq da çətin idi. Buna akademik Həsən Əliyev kimi nüfuzlu alimin sayəsində nail olmaq olurdu.
“Kiçik Qafqazın şimal-şərq hissəsində dağ-mədən tullantıları ilə çirklənmiş torpaqların rekultivasiyası”. Bu ərazilər də respublikamızda ekoloji baxımından gərgin rayonlardan hesab olunurdu.
“Gəncə alüminium oksidi zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi”.
“Su mənbələrinin və torpaqların xlor üzvi pestisidlərlə çirklənməsinin qiymətləndirilməsi” və s. aktual dissertasiya işlərinin adlarını çəkmək olar.
Şüurlu həyatını Azərbaycan xalqının maariflənməsinə, elminin inkişafına, təbiətinin qorunmasına həsr etmiş bu cəfakeş alimin ömür yolu bu gün və gələcək nəsillər üçün əsl həyat məktəbidir. Belə görkəmli şəxsiyyətləri yaşatmaqla, əslində, biz özümüz saflaşırıq, zənginləşirik və gələcək nəsillərin tərbiyəsində böyük işlər görmüş oluruq.
Ulu tanrıdan bu böyük insana rəhmət diləyir və onun ruhu qarşısında baş əyirəm.
Qərib Məmmədov,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58
