Ağıldan müdrik gözəllik
21.10.2023 [12:00]
Əvvəli ötən sayımızda …
Tomas Mannın “Venesiyada ölüm” novellası haqqında
Sokratın Platona, Platonun Aristotelə münasibətində erotika axtarmaq nə qədər gülüncdürsə, Şəms Təbrizinin Mövlana Cəlaləddin Rumiyə, Mövlananın özündən kiçik şagirdlərinə məhəbbətində şübhəli məqamlar axtarmaq da bir o qədər gülməlidir. Platon fəlsəfi dialoqlarında bütün fikirlərini dostu, müəllimi Sokratın adından verdiyi kimi, Mövlana da qəzəllərini Şəmsin adından möhürləyirdi. Yeri gəlmişkən, bilməyənlər üçün deyim: Şəms Mövlananın yaşadığı Konyaya gəlib çıxanda birincinin altmışdan çox, ikincinin qırxa yaxın yaşı vardı. O vaxtların yaş anlayışıyla indikini qarışdırmaq olmaz, o vaxt insan indikindən tez qocalır, xeyli az yaşayırdı. Uzağa getməyək, Dostoyevskinin yüz əlli-yüz altmış il bundan irəli yazdığı “Cinayət və cəza”da insanlıq simasını itirmiş qoca qarı kimi qələmə verdiyi sələmçi qadının vur-tut qırx beş yaşı var.
Bəs onda İsa peyğəmbərlə həvarilərinin, Koroğluyla dəlilərinin, Xaqaniylə Nizaminin, Höteylə Şillerin, Mirzə Şəfi Vazehlə Mirzə Fətəli Axundzadənin, Seyid Əzim Şirvaniylə Mirzə Ələkbər Sabirin, Sabirlə Mirzə Cəlilin könül qardaşlığına nə ad verək? Dünyada kişi məhəbbəti deyilən bir ruhani hiss var ki, hər cür sevgidən, hətta Leyli-Məcnun məhəbbətindən belə ranqına, mərtəbəsinə görə üstündür. Bu hissi yaşamaq hər kəsə qismət olmur, ona görə də Mövlana kimi dahinin doğmaca oğlu belə onu anlamır, atasını qoca Şəmsə qısqanırdı. İlahi əxlaqdan nəsibini almayanlar belə müqəddəs duyğuların dadını bilməzlər. Həm də bu eşq təkcə diriləri yox, bəlkə onlardan da çox ölüləri hədəf alır. Məsələn, mənim Lev Tolstoya elə böyük məhəbbətim var ki, heç bir qadın o hissimə şərik ola bilməz.
***
Bir daha vurğulamaq istərdim: Qustav fon Aşenbaxın mənəvi sıçrayışı horizontal deyil, vertikaldır. Onun asketik ruhu eşqə mübtəla olandan sonra mistik hallar keçirir, mistik qata ucalır (eynən sufizm də müsəlman Şərqində əvvəlcə asketik cərəyan kimi ortaya çıxmışdı, xüsusən də Rəbiyyənin müdaxiləsindən sonra bir qat da ucalıb eşq fəlsəfəsinə çevrildi). Bir təfəkkür mərtəbəsindən artıq adlanmış mərhələyə düşmək insandan ötrü cəhənnəmə enməyə bərabərdir. Aşenbaxı ən çox qorxudan da geridə qoyduğu mərhələyə qayıtmaq ehtimalıdır. Bundan sonra yazıçı əvvəlki sayaq yaşaya, əvvəlki sayaq düşünə bilməz, elə bir həyat ondan ötrü cəhənnəm əzabına dönər. Gözəllik məbədinə soxulmuş qara atlı ölümün, əli qamçılı İblisin təhdidi belə onu xəstə şəhərdən qaçmağa vadar eləyə bilmir. Bu baxımdan Aşenbaxın əcəli vəbanın, fəlakətin, ölümün təntənəsi deyil, eşqin qələbəsidir. Onun ölümü mənəvi tənəzzül, iflas, məğlubiyyət yox, ölümün üstünə yerimək, əcəli yenmək, öz ruhani kəşfini canı bahasına qorumaqdır. Məhəbbət ölüm qorxusuna, deməli, ölümün özünə qalib gəlir. Yusif peyğəmbər sifətli oğlanın pak gözəlliyi ona bəla gətirsə də, fon Aşenbax bu bəlanı bizim Füzuli kimi könüllü qəbul eləyir, idealsız, eşqsiz yaşamaqdan ölməyi üstün tutur.
Platondan Hegelə, Tolstoydan Pamuka qədər bütün idealistlərin məhəbbət düsturu budur: özündə yox olub özgəsində zühura gəlmək, başqasılaşma, özgəsiləşmə, türklər demiş, ötəkiləşmə. Təbii ki, Aşenbax on dörd yaşlı uşağı fikirlərinə, ideyalarına görə yox, gözəllik ideyasının təcəssümü kimi sevir. Onun bütün şöhrəti, elmi, biliyi bir uşağın məsum, ilahi gözəlliyi qarşısında tərksilah olur; çünki gözəllik ağıldan müdrikdir, ruh beyindən çox bilir, daha doğrusu, ruhumuz, ruhumuzun dili kimi intuisiyamız hər şeyi bilir, beynimizsə onun bildiklərinin bəlkə milyardda birini də bilmir. Bütün biliklər, kitablar, yazılar, bütün kəşflər, ixtiralar o gözəllik məqamına ucalmaq, saf ruh halına gəlmək üçündür...
Taleyin işinə bax ki, yetmiş beş yaşına çatanda Tomas Mann özü də qəhrəmanının keçirdiyi hissə mübtəla olmuşdu. İsveçrənin Sürix şəhərində bir gənc ofisiant oğlan yazıçını gözəlliyi ilə heyran qoymuşdu. Öz vəsiyyətinə görə ölümündən iyirmi il sonra - 1975-ci ildə ictimaiyyətə açıqlanan gündəliklərində bununla bağlı təqribən belə bir qeyd var ki, dünya dolusu şan-şöhrət, bu ucalıqda məqam, Nobel mükafatı, cürbəcür başqa təltiflər həmin oğlanın bir təbəssümünə belə dəyməz. Arvadının şahidliyinə görə, “Venesiyada ölüm” novellasının yazılmasına da yazıçının kurort şəhərciyində gördüyü bir uşağa xüsusi istəyi təkan veribmiş. Vaxtilə Mövlana da heç bir elmi, savadı olmayan konyalı zərgər Səlahəddin Zərkubu Şəms Təbrizi ruhunun daşıyıcısı, özünün varisi, müridlərin başçısı elan eləmişdi. Görünür, o da savadsız zərgərin simasında ilahi bəsirət, nur, qeyb aləmindən hansısa əlamətlər aşkarlayıbmış.
***
Tomas Mann ötən əsrin ən sirli, ən müəmmalı yazıçılarından sayılır. İyirmi beş yaşında çap elətdiyi “Buddenbroklar” romanıyla Avropa ədəbiyyatında yeni bir cığır açmasına - sosial-tənqidi epoxal ailə romanı örnəyi yaratmasına baxmayaraq sonradan ədəbi-bədii axtarışlarının səmtini dəyişib fəlsəfi dərinliklərə baş vurdu. Bu dərinliklərdən bütöv bir xalqa yetəcək qədər xəzinə - “Sehirli dağ”, “Yusif və qardaşları”, “Doktor Faustus” kimi romanlar, çoxlu novella, esse üzə çıxdı. Bu böyük yazıçının həm fəlsəfi dərinliyi, həm bənzərsiz üslubu oxucuda heyrət doğurur. Onun qədər geniş erudisiyası, intellektual bazası olan yazıçı hələ-hələ ələ düşməz. Tomas Mannın kitablarını oxumaq da, oxuyub həzm eləmək də asan deyil.
İkinci Dünya müharibəsi ata tərəfdən tərtəmiz alman (anası braziliyalı idi), həyat yoldaşı yəhudi olan yazıçını vətənindən biryolluq didərgin saldı. Savaşın şıdırğı çağlarında o, dönməz humanist kimi faşizmə qarşı kəskin çıxışlar elədi, əsl Allah adamı, peyğəmbər arxetipinin parlaq təzahürütək alman xalqını - şərin hipnozu altında ağlını itirmiş doğma bacı-qardaşlarını insan cəlladlarının təsiri altından, şeytan nökərlərinin girovluğundan çıxarıb haqq yoluna qaytarmaq naminə əlindən gələni əsirgəmədi. Bununla da tarixə adını təkcə dahi yazıçı kimi yox, həm də öz xalqının üzünü ağardan nadir şəxsiyyətlərdən biri kimi yazdırdı. Onun bu missiyası - haqqında dörd kitablıq roman bağladığı gözəllik sultanı, könüllər həkimi, yuxular kahini Həzrət Yusifin peyğəmbərlik, xilaskarlıq missiyasına yamanca bənzəyirdi.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

