Vacib olan duyğuları tərbiyələndirməkdir
11.03.2022 [23:32]
5-ci sinif üçün ədəbiyyat dərsliyinə (müəlliflər: Afət
Süleymanova, Təranə Bağırova, İlhamə Muradova) dair qeydlər
Bəri başdan deyim ki, dərslikdəki bölgülər mənə həm qüsurlu, həm anlaşılmaz göründü. Əvvəla, bölgülərin nəzəri-filoloji prinsiplər üzrə aparılması, əsərlərin də bu prinsip əsasında qruplaşdırılması 5-ci sinfin səviyyəsinə uyğun deyil. İkincisi, həmin prinsip üzrə bölgünün özü də düzgün aparılmayıb. Dərslikdəki mövzular iki başlıq altında qruplaşdırılıb: “Bədii əsərlərdə təsvir”, bir də “Bədii əsərlərdə nəqletmə”. Birinci başlıq altında təqdim olunan birinci hissənin adı isə belədir: “Bədii əsərlərdə ideyanın müəyyən edilməsi”. Halbuki ideyanın müəyyənləşdirilməsi təsvirdən də, nəqletmədən də fərqli bir məsələdir. Həm də hissəyə girişdə söhbətin təsviri mətnlərdə ideyanın müəyyən edilməsindən getdiyi bildirilir. Belə çıxır ki, müəlliflərin “nəqletmə xarakterli” deyə qruplaşdırdıqları mətnlərdə ideya ola bilməz?..
Əvvəli ötən sayımızda…
Maraqlıdır, görəsən, müəllim 5-ci sinif şagirdlərinə “Nəğməsidir zavodların fit səsi” misrasının mənasını necə izah etməlidir?
Sabir Əhmədli bizim ən dəyərli yazıçılarımızdan biri olsa da, ixtisarla verilmiş “Şəhidlər xiyabanı” hekayəsi (səh.64) həm dil-üslub, həm də mövzu baxımından 5-ci sinif şagirdi üçün hədsiz ağırdır. Üstəlik, mətndə getmiş “cada”, “bordür” kimi sözlərə izah verilməyib.
“Ana laylası” (səh.92) mətninin birinci hissəsi ilə ikinci hissəsinin ideya-məzmun baxımından bir əlaqəsi yoxdur. Birinci hissədə cavan meşəliyin salınmasından, quşların, heyvanların burada məskunlaşmasından, onların bala qayğısı çəkməsindən danışılır. İkinci hissədə isə meşə sakinlərinin layla üstündə mübahisəsi düşür. Mətnin adında ifadə olunmuş məzmuna da məhz ikinci hissə uyğun gəlir, yəni birinci hissə olmasaydı belə, ikinci hissə bu məzmunu özündə ehtiva edərdi. Birinci hissənin isə ideya-məzmunu bir qədər fərqlidir, əslində, bu hissə bir başqa - daha maraqlı bir hekayənin başlanğıcı ola bilərdi.
“İki ana” (səh.100) hekayəsində Gülyazın göyü harada yığdığını xüsusi qabartmağa ehtiyac yoxdur, bu, əsərə əlavə nəsə vermir. Yox, əgər müəlliflər “Küdrü” sözünü saxlamağı vacib biliblərsə, onda mətnin sonunda bu coğrafi məkanın harada yerləşdiyi barədə məlumat da verməli idilər.
“Qaranquş əfsanəsi” (səh.113) mətninin ilk abzasında zamanlar qarışdırılıb. Mətndə anlaşılmazlıq var, çobanın “sarıqdan açıldığı” (əslində, adamı sarıqdan yox, sarığı adamdan açarlar) deyilsə də, bundan əvvəl onun tutulduğu, cəzaya məhkum olunduğu barədə heç bir məlumat verilmir.
“Şir və tülkü” (səh.116) nağılı da məzmunca çox bəsit, primitivdir. Tülkünün yaxşılıq əvəzində şirə nə üçün pislik elədiyi, çaqqalın nə səbəbə şirə can yandırdığı heç bir şəkildə açılmır. Burada nə isə bir açar-söz, açar-cümlə, açar-hadisə olmalıydı. Tülkünün əməli ya onun xisləti, ya da keçmişdə baş vermiş hansısa bir hadisə ilə əlaqələndirilməliydi.
Mətnə aid tapşırıqda isə (səh.119) deyilir ki: “...şir və tülkü obrazlarına xas olan xüsusiyyətləri müəyyən edin. Həmin xüsusiyyətləri insanlar və xalqlar üzərinə köçürməklə münasibətini bildirin”. Dərsliyə belə bir tapşırığın salınması biabırçılıqdır. Demək, 5-ci sinif şagirdi insanları, xalqları “şir”lərə və “tülkü”lərə bölməlidir! Bunun ardınca gələn məntiqi nəticə budur ki, “şirlər” yaşamalı, “tülkülər” məhv olmalıdır. Halbuki, burada söhbət xalqlardan və insanlardan yox, insandakı müsbət-mənfi xüsusiyyətlərdən gedir; ləğv edilməli, aradan qaldırılmalı olan da ayrı-ayrı xalqlar, insanlar deyil, insanı gözdən salan, cəmiyyət üçün problemlər yaradan həmin mənfi cəhətlərdir.
İnşa yazmaq üçün şagirdlərə yeddi-səkkiz mərhələdən ibarət 6 səhifəlik (səh.132-138) təlimat verilir. Sanki şagird inşa yox, doktorluq dissertasiyası yazmalıdır. Verilən təlimatlar isə az qala hüquqi sənəd dilində yazılmış quru, cansıxıcı, yadda qalmayan söz yığınından başqa bir şey deyil.
Nəhayət, sinifdənxaric oxu bölümündə təqdim olunmuş materialların da tam əksəriyyəti bədii cəhətdən zəif, sönük yazılardır. Məsələn, “Oğru” adlı hekayə (səh.182) patriotik pafosun, anti-erməni ritorikasının olduqca bayağı ifadəsidir. İki savadsız kəndli qadının tarix uğrunda savaşı adamda istehza doğurur. Erməni Siranuşun bir sınıq küp, bir-iki çürümüş sümüklə dünya tarix elminə təsir göstərmək əzmi isə istehza qarışıq bir həsəd də oyadır. Öz xalqı üçün tarix yaratmaq qayğısına qalan erməni qadının canfəşanlığı fonunda tarixçi ərinin tapıntısına kinayə ilə baxan azərbaycanlı qadının öz keçmişinə biganə münasibəti, yumşaq desək, heç də rəğbət oyatmır. Qorxuram bu hekayəni oxuyan 5-ci sinif şagirdi öz nənəmizin yox, erməni Siranuşun tərəfində ola, ona bəraət qazandıra.
Yazı ideoloji baxımdan olduğu kimi bədii cəhətdən də zəifdir. Təhkiyə qüsurludur. Burada insanı tərpədən bir cümlə, bir ifadə belə yoxdur. Dialoqlar sünidir. Məsələn, savadsız qarı məktəbli nəvəsi ilə belə danışır: “Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdu”.
Ermənini söyməklə, onu “pis, murdar, yaltaq, ikiüzlü, yalançı, satqın” adlandırmaqla şagirddə Vətənə sevgi oyatmaq olmaz. Bu metodla uşaqlarımızı “erməni xəstəliyinə” yoluxdura bilərik. Erməni təbliğatından əxz olunmuş üsullarla şagirdlərimizə sağlam vətənpərvərlik duyğusu aşılamaq mümkün deyil, heç lazım da deyil.
Həmin bölmədə bəzi müəlliflər (Gülhüseyn Hüseynoğlu, Hüseyn Arif, Məmməd Araz) nədənsə ayrı-ayrı səhifələrdə ayrı-ayrı əsərləri ilə təkrar təqdim olunurlar. Bu zərurət nədən irəli gəlir, bilinmir. Ondansa şagirdlərə yeni müəlliflər, yeni əsərlər tanıdılsaydı, doğru olmazdımı? Dünya uşaq ədəbiyyatı klassikləri bir yana, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Süleyman Sani Axundov kimi milli klassiklərimizin də dərslikdə adı çəkilmir. İlyas Tapdıq, Eldar Baxış, Ramiz Rövşən kimi bənzərsiz şairlərin uşaqlar üçün yazdıqları şeirlərdən, hekayələrdən, belə görünür, dərslik müəlliflərinin xəbəri yoxdur. Əli Kərim, Vaqif Səmədoğlu, Musa Yaqub, Məmməd İsmayıl kimi qüdrətli şairlərimizin poeziyasından 5-ci siniflər üçün ədəbiyyat dərsliyinə bir misra belə sıçramayıb. Əvəzində kitab uşaqlarımızın zövqünü korlamaqdan savayı bir işə yaramayan sönük, bayağı, təsirsiz mətnlərlə doldurulub.
Ədəbiyyat dərsliyi ədəbiyyatşünas, dil dərsliyi dilçi yetişdirmək üçün deyil. Uşaqlara esse yazmağın reseptini, uzun-uzadı nəzəri təlimatlar, bir sözlə, ağıl verməkdənsə onların zövqünü oxşamaq, duyğularını tərbiyələndirmək, onları gözəl mətnlərə dadandırmaq, mükəmməl bədii nümunələrin timsalında onlara ədəbi dilimizin gözəlliyini göstərmək, şirinliyini daddırmaq, başqa sözlə, ruh vermək gərəkdir. Bunu bacarsaq, sonradan ağıl özü o ruhun dalınca sürünəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

