Beynəlxalq Valyuta Fondunun yeni qlobal hesabatı
21.02.2026 [10:35]
Beynəlxalq Valyuta Fondu (BVF) “Qlobal İqtisadi İcmal” hesabatını dərc edib. Sənədə əsasən, qlobal iqtisadi artımın 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Ümumilikdə, 2026-cı il üzrə artım proqnozu 2025-ci ildə müşahidə edilən 3,3 faizlik artıma bərabər olsa da, 2000-2019-cu illər üzrə tarixi orta göstərici olan 3,7 faizdən hələ də aşağıdır. 2026-cı il üzrə proqnozlar ötən proqnozla müqayisədə 0,2 faiz-bənd artırılıb. Qlobal iqtisadi artımın dayanıqlığı ticarət gərginliklərinin səngiməsi, güclü fiskal və monetar dəstək, əlverişli maliyyə mühiti, özəl sektorun çevik reaksiyası və xüsusən inkişaf etməkdə olan ölkələrin siyasət mexanizmlərinin təkmilləşdirilməsi kimi amillərin vəhdətindən qaynaqlanır. Yeni proqnozlara görə, inkişaf etmiş ölkələr qrupunda iqtisadi artımın 2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz səviyyəsində olacağı gözlənilir. Cari il üzrə proqnoz oktyabrla müqayisədə 0,2 faiz-bənd artırılsa da, 2027-ci il üzrə dəyişməz saxlanılıb.
İqtisadi artım ABŞ-da 2,4 faiz, Avrozonada 1,3 faiz gözlənilir
ABŞ-da iqtisadi artımın 2026-cı ildə 2,4 faiz, 2027-ci ildə isə 2 faiz olacağı fərz edilir ki, bu da ötən proqnozlarla müqayisədə cari il üzrə 0,3 faiz-bənd yüksək, növbəti il üzrə isə 0,1 faiz-bənd aşağıdır. Avrozona iqtisadiyyatının 2026-cı ildə 1,3 faiz, 2027-ci ildə isə 1,4 faiz artacağı proqnozlaşdırılır. Cari il üzrə proqnoz 0,1 faiz-bənd artırılıb. Yaponiyada iqtisadi artımın 2026-cı ildə 0,7 faiz, 2027-ci ildə isə 0,6 faiz gözlənilir ki, bu da dekabr proqnozu ilə müqayisədə yalnız cari il üzrə 0,1 faiz-bənd yuxarıdır. 2026-cı ildə Çində iqtisadi artımın isə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. Dekabr hesabatı ilə müqayisədə proqnozlar cari il üzrə 0,3 faiz-bənd artırılıb, növbəti il üzrə isə 0,2 faiz-bənd azaldılıb. Rusiyada iqtisadi artımın 2025-ci ildə kəskin azalmasından sonra növbəti iki ildə bir qədər yüksələcəyi gözlənilir. 2026-cı il üzrə artım proqnozu 0,8 faiz, 2027-ci il üzrə isə 1 faiz səviyyəsində müəyyən edilib. Türkiyənin iqtisadi artım proqnozu üzrə gözləntilər əsasən sabit qalıb, iqtisadi artımın 2026-cı ildə 4,2 faiz, 2027-ci ildə isə 4,1 faiz gözlənilir.
BVF-nin yeni hesabatında qlobal inflyasiya proqnozunun trayektoriyası dəyişməz qalıb. Dekabr hesabatı ilə müqayisədə inflyasiya tempi üzrə proqnozlar da demək olar ki, dəyişməyib. Tələbin azalması və enerji qiymətlərinin aşağı düşməsi kimi ümumi meyillər üzrə də gözləntilər dəyişməz olaraq qalıb. İnflyasiya proseslərinin növbəti iki ildə də azalmaqda davam edəcəyi gözlənilir. Qlobal inflyasiyanın 2026-cı ildə 3,8 faiz, 2027-ci ildə isə 3,4 faiz olacağı proqnozlaşdırılır.
Azərbaycanda artım faizləri dayanıqlıdır
Valyuta Fondunun proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda ÜDM 2,1 faiz artmaqla nominal dəyəri 132,467 milyard manat (77,922 milyard dollar) təşkil edəcək. Nominal ÜDM-in 2027-ci ildə dəyəri isə 2,5 faiz təşkil etməklə iqtisadi real artımla 139,742 milyard manat (82,201 milyard dollar), 2028-ci ildə 2,5 faiz real artımla 148,211 milyard manat (87,183 milyard dollar), 2029-cu ildə 2,5 faiz real artımla 157,505 milyard manat (92,65 milyard dollar), 2030-cu ildə 2,5 faiz artımla 167,366 milyard manat (98,451 milyard dollar), 2031-ci ildə isə 2,5 faiz real artımla 177,966 milyard manat (104,686 milyard dollar) səviyyəsində proqnozlaşdırılır.
Nominal qeyri-neft ÜDM-nin 2026-cı ildə 100,7 milyard manat (illik müqayisədə 9,09 faiz artım), 2027-ci ildə 109,02 milyard manat (8,26 faiz artım), 2028-ci ildə 117,394 milyard manat (7,68 faiz artım), 2029-cu ildə 126,363 milyard manat (7,64 faiz artım), 2030-cu ildə 136,017 milyard manat (7,64 faiz artım), 2031-ci ildə isə 127,903 milyard manat (7,64 faiz artım) səviyyəsində gözlənilir.
Fondun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib ki, ölkəmizin maliyyə-fiskal balansı qənaətbəxşdir. BVF-nin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları 85,146 milyard dollarına çatacaq. Mərkəzi Bankın valyuta ehtiyatları 10,688 milyard dollar, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 74,458 milyard ABŞ dolları təşkil edəcək. Fondun gözləntilərinə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 84,749 milyard dollar, 2028-ci ildə 84,42 milyard dollar, 2029-cu ildə 84,966 milyard dollar, 2030-cu ildə müvafiq olaraq 85,779 milyard dollar, 2031-ci ildə isə 86,46 milyard dollar səviyyəsində gözlənilir.
Borc azalacaq, inflyasiya sabit qalacaq
Valyuta Fondu 2026-cı ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 20,7 faizini təşkil etməklə, bu göstəricinin ortamüddətli perspektivdə dayanıqlı səviyyədə qalacağını ehtimal edir. Proqnoza əsasən, 2027-ci ildə ölkənin dövlət borcunun səviyyəsi ÜDM-in 20,9 faizi, 2028-ci ildə 20,7 faizi, 2029-cu ildə 20,4 faizi, 2030-cu ildə 19,9 faizi, 2031-ci ildə isə ÜDM-in 19,6 faizi nisbətində olacaq. Beynəlxalq Valyuta Fondunun Azərbaycanda illik inflyasiyanın 2026-cı ilin sonunda 5 faiz, 2027-ci ildə isə 4 faiz civarında fərz edir. Fondun ekspertləri hesab edir ki, xarici amillərin təsiri altında inflyasiya müvəqqəti olaraq Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddini ötüb, lakin 2025-ci ilin ikinci yarısında yenidən həmin diapazon çərçivəsinə qayıdıb. İnflyasiyanın azalması gözlənilsə də, artan xarici qeyri-müəyyənliyi və hələ də formalaşmaqda olan pul-kredit siyasətinin transmissiya mexanizmini nəzərə alaraq, inflyasiya risklərinin diqqətli monitorinqi və inflyasiyanın gözlənilməz dəyişmələrinə reaksiya verilməsi vacib olacaq. Banklararası bazarda faiz dərəcələri isə uçot dərəcəsinə yaxın qalır, bu da MB tərəfindən izafi likvidliyin uğurlu idarə olunmasını əks etdirir.
Mərkəzi Bankın yenilənmiş proqnozları necədir?
Qeyd edək ki, Mərkəzi Bank (MB) da iqtisadi artıma dair yenilənmiş proqnozlarını ötən gün açıqlayıb. 2026-cı ilin fevral proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,4 faiz, qeyri-neft-qaz sektorunda ÜDM üzrə isə 4 faiz olacağı gözlənilir. Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda bildirilir ki, 2026-cı il üzrə yenilənmiş proqnozlar qlobal iqtisadi artımın 2025-ci ildəki artım tempinə bərabər olacaq, qlobal inflyasiya proqnozları ötən hesabatla müqayisədə çox dəyişməyərək tədricən azalma meylini davam etdirəcək.Texnoloji inkişaf və özəl sektorun çevikliyi ticarət siyasətinin yaratdığı təzyiqləri neytrallaşdıraraq qlobal iqtisadiyyatın dayanıqlı artımını qoruyacaq.
Mərkəzi Bankın 2026-cı ilin fevral proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,4 faiz, qeyri-neft-qaz ÜDM üzrə isə 4 faiz olacağı gözlənilir. Proqnozlara əsasən, cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverləri ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımının olacağı fərz edilir. 2027-ci ildə isə qeyri-neft sektorunun artımını 2026-cı ildə olduğu kimi, ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı şərtləndirəcək.
Əsas risk mənbəyi xarici ölkələrdə qiymətlərin qalxması ola bilər
Mərkəzi Bankın proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı və müvafiq olaraq 5,5 faiz və 4 faiz olacağı proqnozlaşdırılır. 2026-cı ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1,22 faiz bənd, kənd təsərrüfatı istehsalçıları qiymətlərinin 2.48 faiz-bənd, ticarət tərəfdaşlarında inflyasiyanın 2,09 faiz-bənd., tənzimlənən qiymətlərin birbaşa təsirinin 0,31 faiz-bənd və digər amillərin 1,12 faiz-bənd artırıcı təsir edəcəyi gözlənilir. Qiymətləndirmələrə görə 2026-cı və 2027-ci illərə də dövlət büdcəsi xərclərinin artımının inflyasiyaya təsirinin neytrala yaxın olacaq. Proqnozların reallaşması bir sıra xarici və daxili amillərdə baş verə biləcəkdəyişikliklərdən asılıdır. Əsas xarici risk mənbəyi tərəfdaş ölkələrdə qiymətlərin yenidən qalxmasıdır. Bu riskin reallaşmasını geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflərlə ticarət müharibələri şəraitində qlobal əmtəə və maliyyə bazarlarında dalğalanmalar şərtləndirə bilər. Qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə təklif tərəfdən yerli xərc amillərinin aktivləşməsi ola bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51

