Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq
21.02.2026 [17:26]
Azərbaycan ərazisində fevralın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 22-də ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi, lakin bəzi bölgələrdə axşam saatlarından yağıntıların müşahidə olunacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dağlıq rayonlarda isə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.
Qarabağ və ətraf rayonlarda – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy zonası və Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava əsasən yağmursuz keçəcək. Axşama doğru bəzi yerlərdə yağıntı, qar ehtimalı var. Arabir duman olacaq, qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, dağlıq ərazilərdə 3° şaxta, gündüz 7-12° isti təşkil edəcək.
Qazax-Gəncə bölgəsində – Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda səhər və axşam saatlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.
Şimal-qərb və şimal rayonlarında – Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi şərq rayonlarında, axşam isə əksər ərazilərdə arabir yağıntı, qar gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal edilir. Arabir duman olacaq, qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Mərkəzi Aran rayonlarında – Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman müşahidə ediləcək. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Cənub bölgəsində – Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-4° isti, gündüz 6-9° isti təşkil edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25

