Azərbaycan və Türkiyə yeni fəaliyyət planı hazırlayır
21.02.2026 [10:50]
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, iki ölkənin iş adamları arasında əlaqələrin koordinasiyası və birgə layihələrdə təşviqinin stimullaşdırılması istiqamətində öz səylərini artırmaq niyyətindədir. ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun sözlərinə görə, qurum bu sahədə öz dəstəyini vermək üçün biznes assosiasiyasıları, sahibkarlar və müxtəlif qurumlarla birgə təşviqedici addımlar atır. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə bildirib ki, iki qardaş ölkə arasında iqtisadi təmasların artması qarşılıqlı ticarət dövriyyəsinin də böyüməsini təmin etməkdədir. Hazırda ticarət dövriyyəsinin həcmi 8 milyard dollar təşkil edir. Əmtəə dövriyyənin artırılması və 15 milyard dollara çatdırılması əsas strateji hədəfdir. Növbəti mərhələdə isə əsas hədəf Azərbaycanla Azad Ticarət Sazişinin imzalanması və ticarət münasibətlərinin tam liberallaşdırılmasıdır. Bu məqsədlərə çatmaq üçün 10 maddəlik, ümumilikdə 210 bənddən ibarət fəaliyyət planı hazırlanıb.
Rəqəmsallaşma və texnologiya sahəsində yeni platforma
2024-cü ilin iyun ayında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” qüvvəyə minib və sənədə əsasən, iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da gücləndiriməsi nəzərdə tutulur. Saziş, həmçinin, Türkiyə şirkətlərinin azad ərazilərdə investisiya güzəştlərindən və stimullaşdırıcı iqtisadi alətlərdən istifadəsinə də geniş zəmin yaradır. Bu baxımdam türk sərmayəçilərinin fəallığını təşviq edən digər prefersial (güzəşt) xarakterli digər sənədlərin də hazırlanması nəzərdə tutulur.
Türkiyə və Azərbaycan münasibətləri təkcə enerji, neft, təbii qaz, infrastruktur yatırımları (tikinti sektoru) və nəqliyyat sahələri ilə məhdudlaşmır, yeni sahələrdə, o cümlədən texnoloji istiqamətlərdə və rəqəmsallaşmada birgə əməkdaşlıq imkanları dəyərləndirilir və platforma qurulur. İki ölkənin iş adamları və investorları rəqəmsallaşma və texnologiya sahəsində yeni layihələrin icrası üçün həm hökumətlərarası qruplar, həm də biznes icmaları vasitəsilə təkliflər də hazırlayaraq həyata keçirmək niyyətindədir.
“Sistem Global”ın fəaliyyəti süni intellekt sektoruna töhfə verəcək
Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tombalak Türkiyə və Azərbaycan texnologiya sektorunda rəqabət qabiliyyətini artırmaq üçün birgə ekosistem formalaşdırmalı və miqyas üstünlüyü yaratmalı olduğunu bildirib. Hazırda Türkiyədə informasiya və kommunikasiya texnologiyaları sektorunun ümumi həcmi 33 milyard dollar təşkil edir və TÜBİSAD ölkə bazarının 95 faizini təmsil edir. Məqsəd Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bu həcmi ikiqat artırmaqdır. Türkiyə təkcə öz bazarı ilə deyil, Türk dövlətləri ilə birlikdə 161 milyonluq əhaliyə xidmət potensialına malikdir.
Türkiyənin nüfuzlu rəqəmsal şirkətlərindən biri “Sistem Global”ın direktoru Yuliya Çimen bildirib ki, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına dəstək göstərəcəyik. Qeyd edib ki, şirkət müştəriləri ilə birlikdə qlobal miqyasda inkişaf edərək həm öz fəaliyyət marşrutunu beynəlxalq istiqamətə yönəldib, həm də qloballaşmaq istəyən şirkətlər üçün yol göstərən tərəfdaşa çevrilib. Rəqəmsallaşma dövründə məsləhət xidmətlərini texnologiya ilə birləşdirərək inteqrasiya olunmuş texnologiya ekosisteminə çevrilən şirkət Bakıda ofisini açmaqla Azərbaycanın süni texnologiyalar ekosisteminin imkanlarını artırmaqdır.
5 illik hədəf: İnvestisiyaları 30 milyard dollara yüksəltmək...
Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 16 milyard dollar təşkil edir. Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollara bərabərdir. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti çalışır ki, onların bu ölkəyə yönəltdiyi investisiyalar tikinti, nəqliyyat, enerji, neft-kimya, sənaye və digər sahələri əhatə edir. Türkiyənin isə Azərbaycanda isə 4 mindən çox şirkəti fəaliyyət göstərir ki, onların ölkəmizin iqtisadiyyatına yatırdığı sərmayələr maliyyə, bank, sığorta, rabitə, nəqliyyat, infrastruktur, sənaye, enerji, ticarət, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə cəmləşib.
Yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 30 milyard dollara çatdırılması gözlənilir. Yeni investisiyaların əsas sahələri azad ərazilərdəki aqrar-sənaye, turizm, “yaşıl enerji”, mədənçıxarma və yüngül sənaye sektorları olacaq. Eləcə də, tərəflər müasir nəqliyyat-tranzit imkanlarını, regional və qlobal layihələri, o cümlədən Orta Dəhlizin logistik potensialını dəyərləndirərək qarşılıqlı infrastruktur quruculuğunda da faydalı əməkdaşlığı genişləndirir. Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlər sürətlə davam etdirilir. Zəngəzur dəhlizi ilə birləşəcək bu layihə beynəlxalq daşımalar üçün tranzit imkanlarını genişləndirməklə Türkiyə və Azərbaycanın birgə əmtəə mübadilələrinin də artmasına mühüm töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

