Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir

08.09.2022 [12:58]

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.
APA "Ukrinform"a istinadən xəbər verir ki, iclas artıq ABŞ-ın Almaniyadakı “Ramşteyn” hərbi hava bazasında başlayıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən təmas qrupunun görüşündə 50-yə yaxın ölkənin nümayəndəsi - müdafiə idarələrinin rəhbərləri və yüksək rütbəli hərbçilər iştirak edir.
İclasda Almaniyanın müdafiə naziri Kristin Lambrext, NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edir.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı tədbirdən əvvəl bildirib ki, iclas iştirakçıları "Ukrayna böhranını və ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini müzakirə etməyi" planlaşdırır.
Qeyd edək ki, bu artıq "Ramşteyn" aviabazasında təmas qrupunun üçüncü görüşüdür. Birinci görüş aprelin sonunda baş tutub.

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30