/ / “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların qəribə susqunluğu
“Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatların qəribə susqunluğu
29.08.2015 [10:48]
Yaxud özlərini “hüquq müdafiəçiləri” kimi qələmə verən bu təşkilatlar ABŞ-da iki jurnalistin qətlə yetirilməsinə niyə göz yumurlar?...
Özlərini dünyada “insan hüquqlarının müdafiəsi üzrə ən kamil qurumlar” kimi qələmə verən “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar son günlər sərgilədikləri mövqe ilə bir daha hansı məqsədlərə xidmət etdiklərini təsdiqlədilər. Daha doğrusu, müstəqil xarici siyasət yürüdən ölkələrdəki hər hansı xırda hadisəni anında siyasiləşdirib gündəmə daşıyan bu təşkilatlar avqustun 26-da ABŞ-ın Virciniya ştatında baş vermiş jurnalistlərin qətlinə heç bir reaksiya vermədilər.
Məlumat üçün bildirək ki, avqustun 26-da ABŞ-ın Virciniya ştatında WDBJ7 televiziyasının əməkdaşları - jurnalist, 24 yaşlı reportyor Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard canlı yayım zamanı güllələnərək, qətlə yetirilib. Maraqlıdır ki, ABŞ Konqresindən maliyyələşən transmilli KİV-lər hadisəni şəxsi münasibətlər müstəvisində baş vermiş münaqişə kimi xarakterizə ediblər. Lakin Qərb mediası qətlin nə qədər məişət zəminində törədildiyini təlqin etməyə çalışsa da, araşdırmalar qətlin irqçilik kontekstində baş verdiyini göstərir.
Yeri gəlmişkən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin KİV-ə verdiyi analizdən də görünür ki, qətli törətmiş Flagan heç də “sevgi qurbanı” olmayıb. Flagan qətldən əvvəl ABC NEWS telekanalına göndərdiyi faksda göstərir ki, əməkdaşı olduğu WDBJ7 telekanalının ağdərili rəhbərləri tərəfindən mənəvi terrora məruz qalmış, irqi ayrı-seçkilikdən əziyyət çəkmiş, işdən ayrılmış və nəhayət, əsəbləri dözmədiyindən bu qətli reallaşdırmışdır.
Beləliklə, bu hadisə bir sıra məsələlərə işıq salıb. Əvvəla, aydın olub ki, ABŞ-da jurnalistlərin təhlükəsizliyi qorunmur. Hər halda, jurnalistlərin iş başında öldürülməsi belə deməyə əsas verir. Digər tərəfdən, bu hadisə ABŞ-da irqi ayrı-seçkiliyin, hüquqsuzluq şəraitinin və jurnalist qətllərinin dinamik şəkildə artdığını təsdiqlədi.
Və ən əsası, yuxarıda da vurğuladığımız kimi, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar ABŞ-da baş verən bu qətli tamamilə görməzdən gəldilər və heç bir reaksiya vermədilər. Lakin Bakıda bir qədər əvvəl “Facebook” sosial şəbəkəsində yazışmadan sonra törədilmiş cinayətin bütün günahkarlarının həbs olmasına rəğmən, yuxarıda adı çəkilən təşkilatlar məsələni siyasiləşdirdilər. Bu isə bir daha onların gerçək mahiyyətini ortaya qoyur.
Digər tərəfdən, “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch” təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Öz növbəsində, bu tip beynəlxalq insan haqları təşkilatları işğalçı ölkədə nə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda və nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarının pozulmasına görə tənqid etməyiblər.
Bütün bunların fonunda qeyd edək ki, Azərbaycanda hansısa xırda bir məsələni şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar yalnız onlara verilən tapşırıq və əmrlər əsasında fəaliyyət göstərirlər. Həmin əmrdən kənara çıxmaq isə bu təşkilatların maliyyə mənbəyinin “quruması” ilə nəticələnə bilər. Elə onların ABŞ-dakı son olaylara susqun yanaşması da maliyyə mənbəyinin itirilməsi qorxusundan irəli gəlir.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

