/ / ABŞ demokratiyasının gerçək mahiyyəti və ya bu ölkənin öz daxili problemlərinə diqqət yetirmə vaxtı çatıb
ABŞ demokratiyasının gerçək mahiyyəti və ya bu ölkənin öz daxili problemlərinə diqqət yetirmə vaxtı çatıb
19.08.2014 [09:47]
Qlobal geosiyasi rəqabətə “başı qarışan” ABŞ siyasi dairələri Ferquson olayları ilə qəfildən qabarıq şəkildə üzə çıxan daxili problemlərin ciddiliyini görməli oldu
Məlum olduğu kimi, qlobal hegemonluq iddiaları ilə idarə olunan ABŞ dünyanın ən müxtəlif regionlarındakı proseslərə öz maraqlarına uyğun təsir göstərməyə çalışır, dövlətlərin, xalqların istəyindən asılı olmayaraq, onların daxili məsələlərinə müdaxilə edir. Maraqlar dedikdə isə burada söhbət heç də ABŞ-ın milli maraqlarından deyil, bu ölkənin bəzi elit dairələrinin siyasi, iqtisadi maraqlarından gedir. ABŞ-ın dövlət maraqları isə hazırda, ilk növbədə, ölkənin daxili sosial, iqtisadi, demokratiya, hüquq və azadlıqların qorunması sahələrindəki problemlərinin aradan qaldırılmasını tələb edir. Hər halda Ferquson olayları bunu bir daha təsdiq etdi. Daha doğrusu, qlobal geosiyasi rəqabətə “başı qarışan” ABŞ siyasi dairələri Ferquson olayları ilə qəfildən qabarıq şəkildə üzə çıxan daxili problemlərin ciddiliyini görməli oldu. Bu olaylar, eyni zamanda, bəzi məqamlara da yenidən işıq saldı.
ABŞ-DA ƏNƏNƏVİ İRQİ AYRI-SEÇKİLİK BU GÜN DƏ DAVAM EDİR
Məsələn, kimsəyə sirr deyil ki, irqçilik ABŞ-ın yarandığı ilk dövrlərdə bu ölkənin nəinki sosial, hətta siyasi, hüquqi sisteminin də ayrılmaz tərkib hissəsi olub. Yerli hindu tayfalarının məhv edilməsi, bəzilərinin kölə halına salınması, qul halına salınan qaradərililərin əməyinin istismarı ilə yanaşı, onların azadlıq hüququ başda olmaqla bir çox hüquqlardan məhrum edilməsi və s. deyilənlərə sübutdur. Bildiyimiz kimi, hətta XX əsrdə əksər ştatlarda qəbul edilən “bir damcı qanunu” ilə görkəmcə ağbəniz olsa da, nəslində bir nəfər belə olsun qaradərili aşkarlanan adam birbaşa olaraq qaradərili hesab olunaraq, bir çox hüquqlarından məhrum edilirdi. ABŞ məktəblərində ağdərili və qaradərili şagirdlərin birgə təhsil alması, ictimai nəqliyyatdan birgə istifadə isə yalnız XX əsrin ikinci yarısında mümkün olub.
İrqi ayrı-seçkilik bu gün də ABŞ-da qabarıq problemlərdən biri olaraq qalır. Belə ki, Birləşmiş Ştatlarda irqi diskriminasiyanın müxtəlif formalarına istər qaradərililər, istərsə də latın amerikalılar, asiyalılar, Yaxın-Şərq, Cənubi Asiya regionlarından olan miqrantlar, onların övladları məruz qalmaqdadır. Məsələn, “Associated Press”in iştirakı ilə 2008-ci ildə 2 mindən artıq adam arasında aparılan sorğunun nəticəsinə görə, ağdərili respondentlərin 10 faizi qaradərili amerikalılara qarşı ayrı-seçkiliyin yüksək həddə olduğunu bildirib. Qaradərili respondentlərin isə 57 faizi məhz bu cür düşünür. Buradan da görünür ki, ABŞ-dakı qaradərili əhalinin əksər hissəsi müxtəlif situasiyalarda irqi diskriminasiya halları ilə üzləşməkdədir.
Son illərdə qaradərililərin heç bir əsas olmadan polis tərəfindən öldürülməsi insidentlərinin ABŞ cəmiyyətində doğurduğu əks-səda isə ölkədə irqi zəmində gərginliyin artdığını göstərir. Belə insidentlərin sonuncusu olan 18 yaşlı Maykl Braunun qətlə yetirilməsi onun yaşadığı Missuri ştatının Ferquson şəhərində bir həftədən artıqdır ki, sabitliyin pozulması, etirazçılarla polis arasında toqquşmalarla müşayiət olunmaqdadır.
BİRLƏŞMİŞ ŞTATLARDAKI POLİS ZORAKILIĞI FERQUSONDA DA ÖZÜNÜ GÖSTƏRİR
Qeyd edək ki, Ferquson olayları təkcə irqi zəmində ayrı-seçkiliyə deyil, ABŞ-da getdikcə özünü daha qabarıq göstərən qüsurlu polis-vətəndaş münasibətlərinə də diqqəti cəlb edir. ABŞ-da polisin irqindən asılı olmayaraq, ümumilikdə insanlarla kobud davranışı, vətəndaşların heysiyyətinin təhqir olunması, bəzən həyatının təhlükə altına düşməsi ilə bağlı virtual məkanda olduqca çoxlu sayda video, foto materiallara, şahidlərin və qurbanların yaydığı məlumatlara rast gəlmək mümkündür. Təsadüfi deyil ki, bir çox amerikalılar polisin sıravi vətəndaşlar üzərində artan hökmranlığına və özbaşınalığına əsaslanaraq ABŞ-ı “polis dövləti” adlandırırlar.
Polisin gücü bir tərəfdən, sərtləşdirilən qanunlar hesabına artırsa, digər tərəfdən, ölkə içərisində, şəhərlərdə xidmət göstərən təhlükəsizlik orqanları əməkdaşlarının ağır silahlar və hərbi texnika ilə təchiz olunması ABŞ ictimaiyyətində daimi narahatlıq doğurmaqdadır. ABŞ-da 1990-cı illərdən etibarən gedən bu proses əhalinin polisə getdikcə daha ciddi təhlükə kimi yanaşmasına səbəb olur. Son günlərdə Ferquson şəhərinin küçələrinin müharibə zonasına bənzəməsinin səbəbi də həddən artıq silahlandırılmış polisin hərbçiləri xatırlatmasıdır. Bu səbəbdən də, amerikalıların ənənəvi olaraq ABŞ ordusunun İraqdakı, Əfqanıstandakı fəaliyyəti ilə bağlı görməyə alışdıqları mənzərənin ölkənin içərisində özünü göstərməsi sözügedən məsələ ətrafında ciddi ictimai diskussiyalar yaradıb. Həmçinin, Ferqusondakı mitinqlərin yatırılması üçün etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunması, jurnalistlərin saxlanması, eləcə də, Missuri ştatının qubernatoru Cey Niksonun (Ceremayah Uilson) şəhərdə fövqəladə vəziyyət və gecə yarıdan səhər saat 5-dək “komendant saatı” elan etməsi nəinki səmərə verməyib, əksinə, narazı sakinləri bir qədər də qəzəbləndirib. Bütün bunların ardınca qubernatorun göstərişi ilə şəhərə ştatın Milli Qvardiya qüvvələrinin yeridilməsi daha böyük ictimai ikrah doğurub. Nəticədə isə vətəndaşların hökumətə və təhlükəsizlik qurumlarına olan etimadsızlığı daha da güclənməkdədir.
FERQUSON HADİSƏLƏRİ ABŞ-da ƏHALİNİN SİLAHLANMASINI SÜRƏTLƏNDİRİB
Ferquson olayları fonunda diqqəti çəkən digər bir məsələ də odur ki, silahlanan təkcə ABŞ polisi deyil, həm də ABŞ əhalisidir. Bu hadisədən sonra son günlərdə ABŞ-da silah satışının kəskin artması müşahidə olunur. Bəzi silah mağazalarında satış 50 faiz artıb. Məlumatlara görə, alıcılar əksər hallarda Ferquson olaylarının onları öz təhlükəsizliklərini qorumaq üçün bu addımı atmağa sövq etdiyini bildirirlər, onların arasında həm qaradərili, həm də ağdərili vətəndaşlar var. Bu isə ABŞ-da vətəndaşların hökumətə olan etimadsızlığını göstərir.
Ümumiyyətlə, ABŞ-da odlu silah sahibi olmaq insan hüquq və azadlıqlarının əsas göstəricilərindən, həmçinin, özünün və ailəsinin təhlükəsizliyini təmin etməyin etibarlı yollarından biri hesab olunur. Bu ölkədə vətəndaşların silaha sahib olmaq hüququ Konstitusiyaya 1791-ci ildə əlavə edilən və Hüquqlar Haqqında Bill adlandırılan ilk on düzəlişdən ikincisində təsbit olunub. Ölkədəki müxtəlif səbəblərdən baş verən cinayətkarlıqla mübarizə aparmaq üçün geniş və güclü hüquq-mühafizə sistemi mövcuddur. Bu zaman belə bir sual yaranır ki, inkişaf etmiş hüquq-mühafizə sistemi, güclü polisi olan ABŞ-da nə üçün insanlar hələ də polisə tam güvənməyərək öz təhlükəsizliklərini özləri təmin etməkdə daha çox maraqlıdırlar?
Əslində, ABŞ vətəndaşlarının hüquq-mühafizə xidməti orqanlarına etibar etməməsinin ən mühüm səbəbi polisi yalnız hökumətin müdafiəçisi kimi görmələridir. ABŞ vətəndaşları arasında geniş yayılmış belə bir təsəvvür mövcuddur ki, odlu silaha sahib olmaq fərdin hökumət qarşısında sivil və siyasi azadlıqlarını qoruma vasitəsidir. “Rasmussen” sorğu mərkəzinin ötən il apardığı rəy sorğusuna əsasən, amerikalıların 65 faizi hesab edir ki, odlu silaha sahib olmaq hüququ tiraniyaya qarşı özünümüdafiə üçün zəruridir. Sorğunun nəticələri belə bir gerçəkliyi ortaya qoyur ki, ABŞ vətəndaşları daim hökumətin həddən artıq güclənməsindən, konstitusiyanın prinsiplərinin və vətəndaş azadlıqlarının hakim elita tərəfindən tapdanmasından ehtiyat edirlər.
Son illərdə ABŞ-ın müdaxiləsi ilə bir sıra Yaxın Şərq ölkələrində baş verən hadisələrdən də görürük ki, əhalinin bir hissəsinin hökumətdən narazılığı həmin kütlənin xaricdən silahlandırılmasından sonra daha təhlükəli və faciəli nəticələrə gətirib çıxarır. Bu baxımdan, evlərin bir çoxunda odlu silah saxlanılan ABŞ-da kifayət qədər həssas vəziyyət yaranıb. Vəziyyətdən çıxış olaraq silah satışının dayandırılması konstitusiyanın tələblərinə, daxildəki silah istehsalçılarının maraqlarına və silaha sahib olmaq hüququnu müdafiə edən vətəndaşların istəyinə zidd olardı. Belə bir qadağa gizli və qanunsuz silah istehsalının və satışının kəskin artmasına, həmçinin, konstitusiyanı qorumaq missiyasını üzərinə götürmüş mövcud silahlı dəstələrin aktiv fəaliyyətə keçməsinə səbəb ola bilər. Belə olan halda, ABŞ-da sabitliyi qoruyub saxlamağın yeganə yolu insanların özlərini azad, firavan, təhlükəsiz və bərabərhüquqlu hiss edəcəkləri siyasi, iqtisadi və sosial mühit yaratmaqdır.
İKİLİ STANDARTLARDAN YANAŞMANIN NÖVBƏTİ NÜMUNƏSİ, YAXUD ATƏT, “HUMAN RIGHTS WATCH” KİMİ BEYNƏLXALQ VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI NƏ ÜÇÜN SUSUR?
Maraqlıdır ki, Ferquson şəhərindəki insident və mitinqlərin yatırılma üsuluna bənzər hadisələr dünyanın başqa yerlərində baş verdikdə ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar, “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi QHT-lər dərhal reaksiya verir, hökuməti “etirazçılara qarşı güc tətbiqindən çəkinməyə”, “insanların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmağa” çağırırlar. ABŞ-da isə “komendant saatı”nın tətbiq edilərək həmin müddətdə küçələrə çıxanların polis tərəfindən qovulmasına bu qurumların heç birindən, eləcə də, Qərbi Avropa dövlətlərindən adekvat reaksiya gəlmir. Həmin təşkilatların başqa ölkələrlə müqayisədə ABŞ-dakı hadisələrə yanaşmasındakı digər bir məqam isə tənqidlərin mərkəzi hökumətə deyil, əsasən təhlükəsizlik strukturlarına yönəldilməsi, yaxud ünvansız olmasıdır. Başqa ölkələrdəki məsələlərə münasibətdə isə, adətən, məhz hökumət rəhbərliyi birbaşa hədəf kimi seçilir.
Beləliklə, ümumi mənzərə Qərb təşkilatlarının və dövlətlərinin ABŞ-a münasibətinin digər ölkələrə yanaşmadan xeyli fərqləndiyini göstərir. Bu isə dünyada geniş ənənə halını almış ikili yanaşma, ayrı-ayrı ölkələrə münasibətdə fərqli standartların tətbiq olunmasının bariz nümunəsidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53
