/ / Amerikasayağı demokratiya, yaxud ABŞ insan hüquq və azadlıqlarının ən çox pozulduğu ölkələrdəndir
Amerikasayağı demokratiya, yaxud ABŞ insan hüquq və azadlıqlarının ən çox pozulduğu ölkələrdəndir
16.08.2014 [09:54]
Reallıq göstərir ki, bu gün ABŞ rəhbərliyinin hər hansı bir dövlətə yol göstərməyə, ağıl öyrətməyə nə mənəvi, nə də hüquqi cəhətdən haqqı yoxdur
Məlumdur ki, özünü dünyada demokratiyanın hamisi kimi göstərən, başqa dövlətləri demokratiya prinsiplərinə düzgün əməl etməməkdə günahlandıran, “demokratiya naminə” müharibələr aparan ABŞ-ın özü ideal demokratiyadan xeyli uzaqdır. Mütəmadi olaraq yayılan informasiyalar ABŞ-ın özü barədə yaratdığı imicin həqiqətlə ziddiyyət təşkil etdiyini ortaya qoyur.
FERQUSON BÖHRANI ABŞ-DA İRQÇİLİYİN YÜKSƏK HƏDDƏ OLDUĞUNU GÖSTƏRDİ
Yarandığı gündən bəri irqi zəmində istismar, qarşıdurma və ayrı-seçkiliyin ABŞ-ın əsas problemlərindən biri olduğu bəllidir. Hazırkı amerikalıların əksəriyyətinin əcdadları olan avropalıların yeni qitədə məskunlaşması zamanı kütləvi qırğınlar, xəstəliklər, aclıq nəticəsində 100 milyondan artıq aborigenin məhv olması, varlığını sürdürən bir neçə milyonluq yerlilərin rezervasiyalardakı yaşam mücadiləsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalan, lakin təkzibedilməz acı gerçəklikdir. Bundan əlavə, dünya sivilizasiyasının quldarlıq dövrünü çoxdan geridə qoyduğu bir vaxtda, yeni dövrdə bu sistemin Amerika qitəsində dirçəldilməsi və XIX əsrdə ləğv olunmasına baxmayaraq, fəsadlarının bu günədək qalması ABŞ tarixinin utancverici keçmişinin ölkəni daim izlədiyini göstərir.
Son günlərdə ABŞ-ın Missuri ştatının Ferquson şəhərində yaşanan olaylar demokratiyanın, azadlığın “beşiyi” olduğunu iddia edən bu ölkədə irqçiliyin mövcudluğunu, hətta son illərdə bir qədər də kəskinləşdiyini təsdiq edir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ferquson şəhər sakini 18 yaşlı qaradərili Maykl Braun polislə arasında yaranan mübahisənin nəticəsində silahsız olmasına və əllərini havaya qaldırmasına baxmayaraq, güllələnib. Bu hadisə şəhərin irqi ayrı-seçkiliyi daim üzərində hiss edən qaradərili əhalisinin günlərdir ki, mitinq və etiraz yürüşləri keçirməsinə səbəb olub. Qeyd edək ki, Ferquson şəhərinin 21 min nəfər əhalisinin 67 faizi qaradərilidir. Şəhərin merinin, polis idarəsinin rəisinin, əksər yüksək rütbəli təhlükəsizlik əməkdaşlarının və digər rəhbər şəxslərin ağdərili olması əhalidə şəhər hakimiyyətinin onları layiqincə təmsil etməməsi, elitada irqi proporsionallığın pozulması təsəvvürü yaradır.
Mövcud vəziyyət hüquqlarını tələb edən qaradərililərə münasibətdə özünü aydın göstərir. Məlum olduğu kimi, etiraz yürüşləri qısa zamanda toqquşmaya çevrilib, etirazçılara qarşı bəzilərinin yaralanmasına səbəb olan rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə olunub. Yerli və xarici medianın diqqətini çəkən başqa bir məqam əliyalın mitinqçilərin qarşısına ağır silahlar və hərbi texnika ilə çıxan polisin daha çox ordu qüvvələrini xatırlatmasıdır. Təsadüfi deyil ki, Ferquson küçələrindəki son günlərin mənzərələrinin ABŞ ordusunun İraqda və Əfqanıstandakı hərbi əməliyyatlarla bənzərliyi amerikalılarda şok effekti yaradıb.
Maykl Braun olayı 2012-ci ildə Florida ştatında 17 yaşlı qaradərili gənc Martin Trayvonun silahsız olduğu halda polis tərəfindən “təhlükəli” göründüyü üçün güllələnərək öldürülməsini də xatırladır. Onu qətlə yetirən polis işçisinin bəraət qazanaraq azad edilməsi geniş ictimaiyyət tərəfindən qaradərili sakinlərin hüquqlarının pozulması kimi qiymətləndirilmişdi. Maykl Braunu qətlə yetirən polis isə təhlükəsizliyinin təmin edilməsi üçün ciddi qorunma altındadır. Ferquson hadisələri göstərdi ki, ABŞ-ın hazırkı prezidentinin simasında dünyaya verilən ismarıca baxmayaraq, ölkənin irqçilik problemlərini qaranlıqda gizlətmək mümkün deyil.
Əlbəttə, sadalananlar ABŞ-da irqi ayrı-seçkiliyin yeganə təzahürləri deyil. ABŞ əhalisinin 13 faizini təşkil edən qaradərililər ənənəvi olaraq ölkənin yoxsul, işsiz, savadsız əhalisinin əsas hissəsini təşkil edir. Təəccüblü də olsa, ABŞ-ın cənub ştatlarındakı bəzi məktəblərində hələ də ağdərili və qaradərili şagirdlər buraxılış şənliklərini ayrı-ayrılıqda qeyd edirlər.
Araşdırmalar göstərir ki, qaradərililər və Latın Amerikası mənşəlilər ağlarla müqayisədə polis tərəfindən küçədə daha tez-tez saxlanaraq yoxlanışa məruz qalırlar. Nyu-York şəhərində polis tərəfindən saxlanılaraq sorğu-sual edilənlərin 80 faizi qaradərililər və latın amerikalılardır. Qanun pozuntusunda ittiham olunan ağlarla müqayisədə qaradərililərə həbs cəzasının verilmə ehtimalı 33 faiz yüksəkdir. ABŞ-ın Hökm Komissiyasının 2010-cu il hesabatına əsasən, qaradərili vətəndaşlara verilən həbs müddəti eyni cinayətlərdə ittiham olunan ağdərililərlə müqayisədə 10 faiz çoxdur. 2009-cu il hesabatına əsasən, ömürlük həbs olunan cinayətkarların üçdə ikisi qeyri-ağlardır. Başqa bir məlumata görə, 2008-ci illə müqayisədə 2012-ci ildə keçirilən sorğuda qaradərililərə mənfi münasibət ifadə edənlərin nisbəti 3 faiz artaraq 51 faizə çatıb. Bənzər sorğular ABŞ-da digər ağdərili olmayan irqlərə qarşı münasibətin də tədricən pisləşdiyini göstərir.
ABŞ-DA JURNALİSTLƏRƏ VƏ MEDİAYA TƏZYİQlər güclənir
Məlumdur ki, insanların şəxsi telefon danışıqları, elektron məktublaşmaları uzun müddət ABŞ dövlət orqanlarının gizli nəzarəti altında olub. 2013-cü ildə ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən ölkəsində və dünyanın digər yerlərində milyonlarla insanın telefon danışıqlarının və virtual məkandakı fəaliyyətinin izləndiyini ifşa etməsi şəxsi həyatın gizliliyi prinsipinin ciddi təhlükə qarşısında olduğunu ortaya qoydu. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bu nəzarətin birbaşa olaraq terrorçuluğa qarşı mübarizə xarakteri daşıdığını bildirsə də, təhlükəsizlik naminə azadlığın və şəxsi həyatın toxunulmazlığının qurban verilməsinə böyük etirazlar var. ABŞ-ın keçmiş prezidenti Cimmi Karter də bu hadisə ilə əlaqədar kəskin çıxışlar edərək ölkəsində demokratiyanın mövcudluğunu sual altına alıb. İnsanın gündəlik həyatının, şəxsi telefon danışıqlarının, elektron məktublaşmalarının izlənməsi təkcə şəxsi toxunulmazlığın pozulması deyil, bu, həm də sübut edir ki, siyasi azadlıqlara qarşı yönələn, “terrorçuluqla mübarizə” adı altında müxalif düşüncəli istənilən şəxs hədəfə çevrilə bilər. 2013-cü ilin iyul ayında ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 70 faizi hesab edir ki, hökumətin telefon və internet istifadəçilərinin ötürdüyü məlumatları toplaması antiterrorizm tədbirləri çərçivəsindən kənara çıxır. Snoudenin ifşaedici açıqlamaları Qərbdə, xüsusən də ABŞ-da ictimai rəyə çox ciddi təsir göstərdi, artıq demokartiya ənənələri ilə öyünən ölkələrin vətəndaşları özlərini sivil haqlarından məhrum hiss edirlər.
Azadlığın məhdudlaşdırılması ABŞ jurnalistlərinin də fəaliyyətində maneələr törədir. Bir müddət əvvəl ABŞ-ın aparıcı media qurumlarının təmsilçiləri tərəfindən prezident Barak Obamaya ölkədəki söz və media azadlığının məhdudlaşdırılmasına etiraz edildiyi məktubun ünvanlanması real mənzərəni göz önünə sərir. Həmçinin, Ferquson olayları zamanı hadisəni müşahidə edən jurnalistlər də polis zorakılığına məruz qalıb, “The Washington Post” və “Huffington Post” qəzetlərinin əməkdaşları tutularaq polis məntəqəsinə aparılıblar. Mitinqləri müşahidə edən xarici media nümayəndələri də polisin hədəfinə çevriliblər. Görəsən, Azərbaycandakı insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı tez-tez yalan ittihamlara yol verən “The Washington Post” qəzeti öz ölkəsində əməkdaşının başına gətirilənlər barədə nə düşünür? Qəzet başqa ölkələrin bəzi özünü “jurnalist” adlandıran qanun pozucularını müdafiə etmək əvəzinə, öz əməkdaşlarının qayğısına qalsa, daha məntiqli olmazmı?
ABŞ-IN BAŞQALARINA DƏRS KEÇMƏYƏ HAQQI YOXDUR
Maraqlıdır ki, ABŞ-ın öz gözündəki tiri görməyən siyasi dairələri müxtəlif üsul və ittihamlarla ayrı-ayrı ölkələrə təzyiqlər göstərməkdə davam edirlər. Məsələn, erməni lobbisinin Türkiyəyə qarşı qondarma “soyqırımı” ilə bağlı kampaniyasına dəstək verilir, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz olaraq bu ölkə ilə sərhədləri bağlı saxlamasından narazılıq ifadə edilir. Uydurma ittihamları müdafiə edən həmin dairələr nədənsə, Ermənistanın Azərbaycana qarşı işğalçı əməllərini, Xocalı soyqırımını görməzdən gəlirlər. Görəsən, Türkiyəni insanlıq əleyhinə cinayətlərdə ittiham edən ABŞ konqresmenləri öz ölkələrinin Vyetnam, Kamboca xalqı üçün faciəyə çevrilən əməllərini, ABŞ-ın insanlara qarşı nüvə silahını, özü də iki dəfə tətbiq edən yeganə ölkə olduğunu xatırlayırlarmı? Bəs ABŞ-ın Yaxın Şərqdə guya demokratikləşməni dəstəkləyən, əslində isə regionu viran qoyan, xalqlarını davamlı bədbəxtçiliyə düçar edən fəaliyyətini necə qiymətləndirirlər? Bütün bunlar və digər çoxsaylı həqiqətlər onu göstərir ki, bu gün ABŞ rəhbərliyinin hər hansı bir dövlətə yol göstərməyə, ağıl öyrətməyə nə mənəvi, nə də hüquqi cəhətdən haqqı yoxdur. Əksinə, ABŞ özünüislaha nə qədər tez başlasa, dünya üçün bir o qədər faydalı olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
