G7 ölkələri yanacaq ixracına məhdudiyyətlərə qarşıdır
31.03.2026 [16:42]
Yeddilik Qrupu (G7) ölkələrinin maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri və enerji rəsmiləri dövlətləri neft, qaz və əlaqəli məhsulların ixracına əlavə məhdudiyyətlər tətbiq etməkdən çəkinməyə çağırıblar. Müvafiq bəyanat onlayn görüşdən sonra qəbul edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, görüşün yekunlarına dair Kommünikedə bu cür tədbirlərin qlobal enerji bazarında qeyri-sabitliyi daha da artıra biləcəyi qeyd olunub. İştirakçılar kifayət qədər tədarük həcmini qorumağın vacibliyini vurğulayıb və qiymət dəyişkənliyini azaltmaq üçün tələbin idarə olunması ilə bağlı Beynəlxalq Enerji Agentliyinin (BEA) tövsiyələrini dəstəkləyiblər.
G7 ölkələri, həmçinin cari makroiqtisadi məlumatlara əsaslanaraq pul siyasəti aparmağa söz veriblər. Mərkəzi banklar yüksək enerji qiymətlərinin inflyasiyaya və biznes fəaliyyətinə təsirini izləməyə davam edəcək. Bəyanatda dəniz nəqliyyatının azadlığının və beynəlxalq ticarətin fasiləsiz axınının təmin edilməsinə xüsusi diqqət yetirilir.
Bəyanat Yaxın Şərqdə geosiyasi vəziyyətin pisləşməsi fonunda verilib. Əvvəllər BEA ölkələri Hörmüz boğazı ətrafındakı gərginlik səbəbindən strateji ehtiyatlardan bazara 400 milyon barel neft buraxmaq barədə razılığa gəliblər.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından və Tehranın cavab zərbələrindən sonra regionda vəziyyət kəskin şəkildə pisləşib. İran ABŞ, İsrail və onların müttəfiqləri ilə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağladığını, Rusiya, Çin və Hindistan da daxil olmaqla bir sıra dost ölkələrin keçidinə icazə verdiyini elan edib.
BEA-nın məlumatına görə, mövcud böhranın qlobal enerji bazarına təsiri keçmişin iki ən böyük neft böhranının ümumi təsirini artıq üstələyib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

