Çində gündəlik səyahət sayında yeni rekord qeydə alınıb: 350 milyon
22.02.2026 [22:16]
Çin yeni ili və ya yaz festivalı ilə əlaqədar tətil dövründə gündəlik səyahət sayında yeni rekord qeydə alınıb.
AZƏRTAC Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, fevralın 20-də ölkə üzrə fərdi avtomobillərlə və ictimai nəqliyyatla sərnişin səfərlərinin sayı 352 milyonu ötüb. Bu, gündəlik şəhərlərarası və əyalətlərarası səyahət sayına görə ötən il yaz festivalı dövründə qeydə alınmış rekord göstəricidən 12,3 faiz çoxdur.
Qeyd edək ki, Çində ay təqvimi üzrə yeni il bayramı ilə əlaqədar 40 günlük səyahət mövsümü dünyada ölkədaxili ən iri miqrasiya dövrü hesab olunur. Nəqliyyat Nazirliyinin proqnozuna əsasən səyahət mövsümündə ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,5 milyard sərnişin səfəri reallaşacaq. Səfərlərin təxminən 80 faizi (7,6 milyard nəfər) fərdi avtomobillərlə, 540 milyonu qatarla, 95 milyon isə hava nəqliyyatı il reallaşacaq. Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir. Yaz festivalı ailə vəhdəti bayramı hesab olunur. Əhalinin böyük hissəsi, xüsusən də miqrant işçilər ailə üzvlərini ziyarət etməyə, habelə istirahət üçün digər bölgələrə səyahət edirlər. Elə bu səbəbdəndir ki, festival dövründə nəqliyyatda böyük sıxlıq müşahidə olunur.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

