Eyfel qülləsinə 72 alim qadının adı yazılacaq
09.09.2025 [19:15]
Eyfel qülləsinin birinci mərtəbəsinə yaxın iki il ərzində 72 alim qadının adı qızıl hərflərlə həkk olunacaq. Bu təşəbbüs Paris bələdiyyəsi, Eyfel Qülləsinin İstismarı Cəmiyyəti (SETE) və “Qadınlar və Elm” (Femmes & Sciences) assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi qadın alimlərin tarixdə görünməz qalmasına qarşı mübarizə aparmaq və onların elmdə tutduqları yerə layiq şəkildə tanıdılmasıdır.1889-cu ildə inşa edilən Eyfel qülləsinin fasadına Gustave Eiffelin təşəbbüsü ilə 72 fransız alim və mühəndis kişinin adı həkk olunmuşdu. Bunların arasında bir dənə də qadın adı yoxdur. İndi isə bu balanssızlığı düzəltmək üçün ilk dəfə olaraq 72 alim qadının adı həmin yerə əlavə ediləcək. “Bu qərar qadınların görünməzliyinə qarşı simvolik və tarixi bir cavabdır. Onlara layiq olduqları yeri geri vermək istəyirik,” – deyə Paris bələdiyyəsi açıqlayıb.
Qadın alimlərin adlarını seçən komissiya artıq işini yekunlaşdırıb. Seçilmiş alimlər 1789-cu ildən günümüzə qədər yaşamış və artıq vəfat etmiş, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində ixtisaslaşmış, elmi nailiyyətləri həmkarları tərəfindən əsaslı və həlledici kimi tanınmış qadınlardan ibarət olacaq. Alimlərin adları hər biri 60 sm hündürlüyündə və 5 sm qalınlığında qızıl hərflərlə Eyfel qülləsinin birinci mərtəbəsinin fasadında eyni tip qrafikada yazılacaq. Layihə iki il ərzində tamamlanacaq, adların dəqiq siyahısı isə 2025-ci ilin dekabr ayında açıqlanacaq.
Layihənin növbəti mərhələsi Paris bələdiyyəsinin rəsmi təsdiqidir. Təsdiqləndikdən sonra elmə, bərabərliyə və yaddaşa verilən önəmin bir simvolu kimi qadın alimlərin adları dünyanın ən məşhur abidələrindən biri olan Eyfel qülləsinin divarlarında əbədi yer alacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

