Beyin reaksiyalarının oxşarlığı gələcək dostluğu proqnozlaşdıra bilər - TƏDQİQAT
30.08.2025 [18:15]
Alimlərin yeni araşdırmasına görə, yad insanların beyni film kliplərinə oxşar reaksiya verdikdə, onların gələcəkdə dostluq qurma ehtimalı artır. “Nature Human Behavior” jurnalında dərc olunan tədqiqatda əvvəlcə bir-birini tanımayan 41 məzunun beyin fəaliyyətləri maqnit rezonans tomoqrafiya (MRT) vasitəsilə izlənilib. Onlara elm, idman, yemək, ətraf mühit və sosial hadisələrə dair film parçaları göstərilib.
AZƏRTAC xəbər verir ki, təhlil zamanı hərəkət, qavrayış və emosional emal ilə bağlı 200 kortikal, həmçinin duyğular və avtonom funksiyalarla əlaqəli 14 subkortikal bölgə daxil olmaqla, ümumilikdə 214 beyin sahəsi araşdırılıb. Nəticələr göstərib ki, sonradan bir-birinə daha yaxınlaşan iştirakçıların sol orbitofrontal beyin qabığında, sosial qərarların qəbulunda mühüm rol oynayan bölgədə oxşar neyron aktivlik müşahidə olunub. Bu tapıntı “neyron homofiliya” anlayışını gücləndirir. Yəni, insanlar beynin eyni stimullara verdiyi oxşar reaksiyalar əsasında bir-birinə meyl edir və daha asan ünsiyyət qururlar.
Əvvəlki tədqiqatlar, əsasən kəsişmə xarakterli olduğu üçün belə oxşarlıqların dostluqdan əvvəlmi mövcud olduğu, yoxsa sosial təsir nəticəsində sonradanmı formalaşdığı aydın deyildi. Bu dəfə isə iştirakçılar kampusa gəldikdən dərhal sonra skan olunub, sonra iki və altı ay ərzində onların sosial əlaqələri izlənilib. Nəticələr sübut edib ki, gələcəkdə dostlaşan insanların kliplərə verdiyi beyin reaksiyaları artıq əvvəldən bir-birinə çox bənzəyib.
Tədqiqatçılar bildirirlər ki, bu uyğunluq yalnız ortaq maraqlar və ya demoqrafik oxşarlıqlarla izah edilə bilməz. Araşdırma göstərir ki, beyin fəaliyyətindəki paralelliklər gələcək sosial yaxınlıq və dostluqları proqnozlaşdırmaqda mühüm göstərici ola bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

