Türkiyə Prezidenti ticarət müharibələrinin mümkün nəticələrindən danışıb
09.04.2025 [23:45]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son bir həftədə dünyada baş verən ticarət müharibələrinin mümkün nəticələrini sadalayıb.
AZƏRTAC xəbər verir ki, Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edən Türkiyə dövlətinin başçısı ticarətdə məhdudiyyətlər və rüsumların tətbiqinin dünya ticarətinin həcminin azalmasına səbəb ola biləcəyini qeyd edib.
“Qlobal mal təchizatı zəncirlərində problemlər yarana bilər ki, bu da ölkələrə inflyasiya təzyiqini artıracaq. Bazarlarda artan qeyri-müəyyənlik etibarın itməsinə bağlıdır. Xammal qiymətlərində də dalğavari dəyişikliklər baş verə bilər”, - deyən dövlət başçısı əsas qlobal iqtisadiyyatlarda tənəzzül ssenarisini istisna etməyib.
Onun fikrincə, ticarət müharibələri qlobal nəticələrə gətirib çıxaracaq. “Nəhəng qasırğanın proqnozlaşdırılması mübaliğə olmayacaq, onun nəticələri hər yerdə hiss olunacaq”, - deyə siyasi xadim bildirib.
Türkiyə Prezidenti iş adamlarını və ümumilikdə vətəndaşları ölkənin gələcəyi üçün narahat olmamağa çağırıb. “Türkiyə hökuməti güclü iqtisadi proqram həyata keçirir. Unutmamalıyıq ki, Türkiyə ixracatının 62 faizi Ankaranın azad ticarət müqaviləsi bağladığı ölkələrə təsadüf edir”, - deyə Ərdoğan qeyd edib.
Prezident vurğulayıb ki, Türkiyə güclü sənaye bazasına və inkişaf etmiş xidmət sektoruna malikdir. “Bu məsələdə ölkəmiz ÜDM-in oxşar səviyyəsinə malik digər ölkələrdən müsbət şəkildə fərqlənir”, - deyə siyasi xadim bildirib.
Eyni zamanda, o deyib ki, Türkiyə həm region, həm də bütün dünya ictimaiyyətini əhatə edən böyük dəyişikliklərin tam mərkəzində yerləşir. “Soyuq müharibə nəticələrinə görə formalaşmış münasibətlər sisteminin təməli məhv edilir. Neoliberal iqtisadi və siyasi yanaşmalar proteksionizmlə əvəz olunur. Asiya, Avropa, Amerika və bütövlükdə dünyada ölkələr diqqəti öz iqtisadiyyatlarının və cəmiyyətlərinin möhkəmləndirilməsi siyasətlərinə yönəldirlər. Qlobal siyasi münasibətlərin demək olar ki, bütün iştirakçıları yeni yanaşmalar axtarışındadır”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, Türkiyə “dünyanı bürümüş ağrılı proseslərin nəticələrini ən yaxşı görən və tənzimləyən” dövlətlər sırasındadır. “Ankaranın mövqeyi həm danışıqlar masasında, həm də yerində güclüdür. Türkiyə siyasəti xarici qüvvələr tərəfindən manipulyasiya edilən ölkələr kateqoriyasından çıxıb”, - deyə o vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, əgər əvvəllər Türkiyə “müxtəlif səbəblərdən qlobal rəqabətin kənarında qalırdısa, indiki mərhələdə Ankara yeni qlobal proseslərin əsas aktorlarından biridir”.
“Müasir Türkiyə güclü, hörmətli və uğurlu dövlətdir. Ankaranın iştirakı olmadan hər hansı “tənliyin” uğur şansı yoxdur, bunu xaricdə etiraf etmək məcburiyyətindədirlər”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

