Zelenski ərazi güzəştlərinə gedəcək?
19.03.2025 [08:41]
Qərb KİV-ləri qeyd edirlər ki, Zelenski atəşkəsin təmin olunması üçün Rusiyaya güzəştə getmək niyyətindədir - onların iddialarına görə, rəsmi Kiyev daha çox ərazi itirməmək üçün ərazisinin bir qisminin müvəqqəti olaraq Rusiyanın nəzarəti altında qalmasına razı olacaq. Amma danışıqlar dövründə Kiyev ərazilərinin diplomatik yolla qaytarılmasına çalışacaq. Artıq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz da bu iddiaları təsdiqləyir - o, bildirib ki, Donbas və rusdilli əhalinin çoxluq təşkil etdiyi ərazilərin Moskvanın nəzarətinə keçməsinə razılıq verilə bilər. Hətta Ağ Evdən verilən qeyri-rəsmi məlumatlara görə, Ukraynada gələcək təhlükəsizlik zəmanətləri müqabilində Kiyevin ərazilərdən bir növ imtinası nəzərdə tutulur.
Ehtimal böyükdür
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynada müharibənin sona çatmasında yeganə yol rəsmi Kiyevin mövcud şərtlər daxilində müəyyən ərazilərini güzəştə getməsindən asılıdır.
“Təbii ki, Ukrayna müharibənin belə bir şərtlərlə bitməsini istəmir, amma buna getməyə məcburdur. ABŞ-Rusiya danışıqları, xüsusilə Trampın mövqeyi Ukraynanı çox ağır və çətin vəziyyətə salıb. Ağ Evdə Trampla qarşıdurmadan sonra Zelenski vəziyyətdən çıxmaq üçün Avropa İttifaqından və Avropa ölkələrindən dəstək almağa çalışdı. Ancaq onun bu çabaları da puça çıxdı. Martın əvvəlində Londonda təşkil olunan sammitdə Aİ-nin liderləri Zelenskiyə Trampın təklifləri ilə razı olmağı töfsiyə etdilər. Avropanın öz yaxasını kənara çəkməsi Zelenskini mövcud durumla barışmaq məcburiyyətinə qoyub. Ona görə də hesab edirəm ki, Ukraynada gözlənilən atəşkəs Kiyevin öz ərazisinin bir hissəsini Rusiyaya güzəştə gedəcəyi təqdirdə mümkün olacaq”. A.Nərimanlının sözlərinə görə, Rusiya daha ağır şərtlər irəli sürə bilər: “Moskvanın danışıqlarda əsas tələblərindən biri Ukraynanın NATO-ya üzv olmaması ilə yanaşı, hazırda rus ordusunun nəzarəti altında olan ərazilər üzərində Rusiyanın de-yure nəzarətinin tanınması olacaq. Hətta Kreml daha irəli gələrək Ukraynanın dörd cənub-şərq vilayəti - Donetsk, Luqansk, Zaporojye və Xersonun tam olaraq ona verilməsini də tələb edə bilər. Sözsüz ki, bunun nə qədər mümkün olacağı sual altındadır. Ukraynanın nə qədər ərazisini güzəştə gedəcəyi məsələsinə gəlincə, bu, atəşkəsdən sonrakı danışıqlarda müzakirə olunacaq detallardan bəlli olacaq”. Politoloq əlavə edib ki, Tramp administrasiyası Zelenski hakimiyyətini ərazi güzəştlərinə getməsinə vadar edir: “Tramp və onun komandasının üzvləri öz bəyanatlarında bunu dəfələrlə səsləndiriblər. Habelə bu yaxınlarda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarında da bu məsələyə toxunulub. Xüsusilə bir məqamı da qeyd edim ki, ABŞ və Avropa üçün Ukraynanın ərazi bütövlüyü arxa plana keçib”.
Zelenski ümid edir
“Zelenskinin dəyişən mövqeyinə gəlincə, bunu bir neçə kontekstdə qiymətləndirmək lazımdır. Onun əvvəlki bəyanatlarına nəzər yetirsək, görərik ki, o, heç bir halda ərazi güzəştlərinə getməyəcəyini bəyan edirdi. Təbii ki, bu, daxili rəyə hesablanmışdı. Çünki atəşkəsin təmin olunması istiqamətində danışıqların başlandığı gündən Ukrayna ictimaiyyətində Zelenskinin ərazi güzəştlərinə gedib-getməyəcəyi ilə bağlı məsələ ciddi narahatlıq yaradıb. Digər tərəfdən, Ciddədə keçirilən görüşdən sonra Zelenskinin ABŞ-ın 30 günlük atəşkəs təklifinə razı olması onu deməyə əsas verir ki, o, hazırkı acınacaqlı durumdan çıxış yolları axtarmaq hədəfindədir. Moskva da bunu anladığı üçün Vaşinqtonun təklifinə o qədər də müsbət yanaşmır. Ukrayna hakimiyyətində belə ümid yaranıb ki, otuz gün müddətində vəziyyət onların xeyrinə dəyişə bilər. Amma bu ehtimalın baş tutması inandırıcı deyil, hətta deyərdim ki, sıfırın altındadır. Qısa müddət ərzində vəziyyətin dəyişməsi qeyri-mümkündür,” - deyə A.Nərimanlı vurğulayıb.
Münaqişə dondurulacaq
A.Nərimanlı atəşkəsdən sonrakı vəziyyətə də münasibət bildirib: “Rusiyanın Ukraynanın cənub-şərq əraziləri üzərində de-yure nəzarətinin tanınması mümkünsüz görünür. Əgər belə bir addım atılarsa, beynəlxalq hüquq tam sıradan çıxarılacaq. Rusiyanın bu ərazilər üzərində nəzarəti yalnız de-fakto səviyyəsində tanınacaq. Ukraynadakı münaqişə isə dondurulacaq və uzunmüddətli danışıqlar prosesi başlayacaq. Bu prosesdə həmin ərazilərin gələcək taleyi müəyyən olunacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

