Almaniya Prezidenti Türkiyəyə səfər edib
06.02.2025 [10:47]
Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Səudiyyə Ərəbistanı və İordaniyadan sonra fevralın 5-də Ankaraya səfər edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Prezidenti Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Prezident Frank-Valter Ştaynmayer görüşdən sonra mətbuata bəyanatında Yaxın Şərqdə və Türkiyənin yerləşdiyi bölgədə dinamik proseslərin yaşandığını qeyd edərək bildirib: “Almaniya və Türkiyə olaraq bu proseslərə fərqli perspektivdən baxırıq, ancaq bir ortaq marağımız var ki, o da bölgədə davamlı sülhün bərqərar olmasıdır. Türkiyə bu baxımdan çox mühüm aktordur. Prezidentlə bu məsələdə həmfikirik ki, bütün bu gərginliklər qarşısında fürsətləri dəyərləndirməliyik. Bölgədə sülh və davamlı inkişaf istəyirik”.
Suriyada sabitliyin təmin olunmasının vacibliyinə də toxunan Almaniya Prezidenti bütün etnik qrupların prosesə cəlb olunmasının əhəmiyyətini qeyd edib, Türkiyəyə və digər ölkələrə üz tutmuş suriyalı qaçqınların öz ölkələrinə qayıtmaları üçün bunun əsas olduğunu bildirib.
Frank-Valter Ştaynmayer iki il əvvəl Türkiyədə dəhşətli zəlzələnin ildönümünü xatırladaraq bölgədə zəlzələyə davamlı məktəblərin inşası üçün 140 milyon avroluq kreditin ilk mərhələsinin razılaşdırıldığını qeyd edib.
Xatırladaq ki, Almaniya Prezidenti regiona səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayıb. Frank-Valter Ştaynmayer səfər çərçivəsində Ər-Riyadda Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşüb.
Prezident Frank-Valter Ştaynmayer Səudiyyə Ərəbistanından sonra fevralın 4-də İordaniyaya səfər edib, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi” çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edib. Almaniya Prezidentinin İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüşü olub.
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

