Yunanıstanın Santorini adasında təxliyə elan edilib, məktəblər bağlanıb
04.02.2025 [23:35]
Cümə günündən etibarən Egey dənizindəki Yunanıstana məxsus Santorini və Amorqos adaları arasında zəlzələlər qeydə alınıb və bu, səlahiyyətliləri Santorini və yaxınlıqdakı İos, Amorqos və Anafi adalarında məktəbləri bağlamağa məcbur edib.
AZƏRTAC-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, artıq dördüncü gündür ki, Yunanıstan adasını silkələyən onlarla yeraltı təkan səbəbindən insanların Santorinini tərk etmələrinə kömək etmək üçün əlavə uçuşlar təşkil olunub.
“Reuters” xəbər verir ki, bazar ertəsi Santorinidə bəzilərinin maqnitudası 4-dən çox olan zəlzələlər bir neçə dəqiqədən bir baş verib. Ehtiyat tədbiri olaraq adaya fəlakətlə mübarizə bölmələri yerləşdirilib.
Mütəxəssislər bildirirlər ki, ən çox məskunlaşan ərazilərinin bəziləri sıldırım qayalıqlarda yerləşən adada seysmik aktivlik həftələrlə davam edəcək.
Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, daimi sakinlər zəlzələlərə öyrəşdikləri üçün xüsusilə narahat deyillər, lakin turistlər adanı kütləvi şəkildə tərk edirlər.
“Aegean Airlines” aviaşirkəti Yunanıstan Mülki Müdafiə Nazirliyinin tələbi ilə ada sakinləri və qonaqları təxliyə etmək üçün Santoriniyə və əks istiqamətdə əlavə uçuşlar təşkil etdiyini bildirib.
Santorini bəşər tarixində ən böyük vulkan püskürmələrindən birinin baş verdiyi adadır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

