Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

25.01.2025 [22:51]

Almaniya hökuməti fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən əvvəl əfqan miqrantların daha bir qrupunu təyyarə ilə öz ölkələrinə göndərməyi planlaşdırır.

AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi növbəti deportasiyanın seçkilərlə bağlı olmadığını açıqlayıb. Məqsəd cinayətkarları və təhlükəli şəxsləri ölkədən çıxarmaqdır.

Daxili İşlər Nazirliyinin nümayəndəsi “Süddeutsche Zeitung” qəzetinə açıqlamasında qurumun deportasiya uçuşu üçün hazırlıqlar gördüyünü bildirib. Bu, Taliban rejiminin ötən ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ikinci deportasiya olacaq. Avqustun sonunda Almaniya ilk dəfə olaraq bu ölkədən olan miqrantları deportasiya edib və ağır cinayətlər törətməkdə təqsirli bilinən 28 nəfəri öz ölkələrinə geri göndərib.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31