Milli Məclisin növbəti plenar iclası keçirilib
29.10.2014 [10:08]
Parlamentin dünənki iclasında ümumilikdə 21 qanun və qərar qəbul edilib
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik elan edilib və təsdiq olunub.
Əvvəlcə cari məsələlər müzakirə olunub. Deputatlar ermənilərin girov götürdükləri azərbaycanlıların Dağlıq Qarabağda keçirilən qondarma “məhkəməsi”nə, Azərbaycana ikili standartlardan yanaşılması ilə bağlı məsələlərə münasibət bildiriblər. Girov götürülən həmvətənlərimizə ağır işgəncələr verildiyi diqqətə çatdırılaraq bildirilib ki, bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinə müraciət edilməli, beynəlxalq təşkilatlar qarşısında tələb qaldırılmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov da Azərbaycana qarşı ikili standartların mövcud olduğunu qeyd edib. “Bu gün Azərbaycan dinamik inkişaf edir. Ölkə Prezidenti milli maraqlarımıza əsaslanan uğurlu siyasət həyata keçirir” - deyən, Oqtay Əsədov bildirib ki, bəzi beynəlxalq qurumların və dövlətlərin ölkəmizə qarşı ikili standartlarla yanaşmasının səbəbi bu amillərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir ki, bu da bir çoxlarının xoşuna gəlmir: “İkili standartlar da məhz burdan yaranır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli münasibətlər qurmaq istəyir. Bu yanaşmanı da müəyyən xarici qüvvələr qəbul etmək istəmirlər. Ona görə də, Azərbaycanın bir yolu var. Biz öz inkişafımıza davam edib daha da güclənməliyik”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə çıxışında diplomatik pasportu olan şəxslərin xarici səfərlərə ezamiyyətləri zamanı tibbi sığoratlanmasını təklif edib. Onun sözlərinə görə, bu sığorta tətbiq olunmadığı üçün ezamiyyətdə olanlar xəstələnərsə müalicə üçün ya ölkəmizə qayıtmalı, ya da xaricdə öz vəsaiti hesabına xəstəxanaya müraciət etməlidir. Ona görə də, millət vəkili bu məsələnin qanunla tənzimlənməsini təklif edib.
Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub. Millət vəkilləri əvvəlcə Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin olunması haqqında qərar qəbul ediblər. Daha sonra “Polis haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, “Polis haqqında” qanunun 26-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən yalnız müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) tərəfindən siyahısı müəyyən olunan polis əməkdaşları elektroşokdan istifadə edə biləcəklər.
Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər. Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq. Hazırkı qanunvericiliyə görə isə elektroşokdan istifadədə məhdudiyyət yoxdur. İdarə və bölmə rəislərinin, komandirlərin icazəsi ilə hər bir polis nəfəri elektroşokdan istifadə edə bilər. Sənəd müzakirələrdən sonra qəbul olunub.
İclasda, həmçinin, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Bütövlükdə, parlamentin dünənki iclasında 21 məsələ müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

