Azərbaycanı qələbələrə aparan Lider
03.08.2013 [09:21]
Ötən 10 il Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın tarixində böyük qələbələr və uğurlarla yadda qalıb
Düz 10 il bundan əvvəl, yəni 2003-cü il avqust ayının 2-də, prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Ümummilli lider Heydər Əliyev ARDNŞ-nin I vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın Baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərdi. Avqust ayının 4-də isə Milli Məclis prosedur qaydalarına uyğun olaraq təqdimatı təsdiqlədi.
Yeni mərhələnin başlanğıcı
Əksər ekspertlərin də vurğuladıqları kimi, cənab İlham Əliyevin Azərbaycanın Baş naziri təyin olunması ölkənin həyatında yeni bir dövrün başlanğıcı demək idi. O mənada ki, cənab İlham Əliyev həmin dövrədək çalışdığı bütün məsul vəzifələrdə özünü doğrultmuşdu. Cənab İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə I vitse-prezidenti kimi çalışaraq, Ulu öndərin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına böyük dəstək verib, bu sahədəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Cənab İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olduğu müddətdə, həmçinin, 2003-cü ilin yanvar ayında AŞ PA sədrinin müavini, qurumun Büro üzvü seçildikdən sonra da Azərbaycanı layiqincə təmsil edib, ölkəmizin maraqlarını Assambleyada müdafiə edib. Bununla yanaşı, O, 1995-ci və 2000-ci illərdə keçirilən parlament seçkilərində Azərbaycan Respublikasının Milli Məclisinə seçilib, millət vəkili kimi ölkəyə xidmət göstərib. Bir sözlə, bu təyinata qədər cənab İlham Əliyev illər boyunca çalışdığı sahələrdə Ona idarəçilik və peşəkar diplomat, siyasətçi keyfiyyətlərini qazandıran təcrübəyə yiyələnmişdi. Baş nazir təyin olunması ilə cənab İlham Əliyev öz təcrübə və bacarığını xalqına xidmətə yönəltmək üçün daha geniş imkan əldə etdi.
Məhz bunu nəzərə alan, həmçinin, respublikamızın gələcəyi naminə əsasını qoyduğu daxili və xarici siyasi kursun davam etdirilməsini istəyən Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə və qurucusu olduğu Yeni Azərbaycan Partiyasına dərin inamını bəyan etdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı isə öz növbəsində Ümummilli liderin bu çağırışına müsbət cavab verdi və 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Zaman göstərdi ki, xalqımız seçimində yanılmayıb.
Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf siyasəti Azərbaycanda mütəmadi səciyyə daşıyan dinamik iqtisadi yüksəlişlə müşayiət olunub. Bu gün Azərbaycan heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.
Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Ümumiyyətlə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. 2013-cü ilin birinci yarısında qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) artımı 11 faiz (10,9 faiz) səviyyəsində olub. Yəni, hesabat dövründə ÜDM istehsalı 5,0 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb. ÜDM-in 63,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında yaradılıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10,9 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.
Mühüm məqamlardan biri də odur ki, bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. Sabit maliyyə sistemi mövcuddur. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır. Makroiqtisadi dayanıqlılığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib. Hazırda valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir.
Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas təminatçısı Prezident İlham Əliyevin rəhbərliyilə ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və müstəqil siyasətdir.
Əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır
Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə də təkan verib. Təsadüfi deyil ki, son illər ərzində bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin təqribən 30 faiz olması hökumətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, cari ilin 6 ayında da sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib. Hesabat dövründə dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub.
Həmçinin, işsizlik və yoxsulluğun səviyyəsi də əsaslı şəkildə azaldılıb. Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib. Adambaşına düşən ÜDM istehsalı orta hesabla 2936,3 manat (3741,9 ABŞ dolları) olub. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Əlavə edək ki, Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Belə ki, Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial təminatlarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Balanslaşdırılmış xarici siyasət öz bəhrəsini verir
Məlum olduğu kimi, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurları şərtləndirən başlıca amil Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış xarici siyasət kursudur. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz.
Rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsi xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biridir
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi vəzifəsi təşkil edir. Yəni, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir. Beynəlxalq ekspertlərin də vurğuladıqları kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı çökən, əhalisi başqa ölkələrə üz tutan Ermənistan ilə müqayisədə Azərbaycan parlayan ulduza bənzəyir.
Beləliklə, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının fonunda Azərbaycan diplomatik cəbhədə əhəmiyyətli nailiyyətlər qazanıb, eləcə də, informasiya savaşında mühüm üstünlük əldə edib. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsiklərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Bütün bunların əsasında dayanan fundamental amil isə Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdədir. Bu isə belə bir proqnoz verməyə əsas verir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi hücum diplomatiyasının qanunauyğun nəticəsi kimi, ölkəmizin ərazi bütövlüyü mütləq surətdə bərpa ediləcək.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik vasitələrə üstünlük verir. Bu isə ona dəlalət edir ki, xarici siyasi fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas götürən ölkəmiz dinc vasitələri hələlik optimal və effektiv mexanizm kimi görməkdə davam edir. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi halda, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur.
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz rolunu oynayır
Bu məqamda qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan qlobal mərkəzə çevrilib və ölkəmizin beynəlxalq müstəvidə nüfuzu daim artmaqdadır. Bu amil böyük beynəlxalq forumların ölkəmizdə keçirilməsini də şərtləndirir.
Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Bu kontekstdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumunu, İnternet İdarəçilik Forumunu, Krans Montana Forumunu, Cənubi Qafqaz Forumunu, Mədəniyyətlərarası Dialoq Forumunu, Dini Liderlərin Ümumdünya Sammitini və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Qeyd edək ki, Azərbaycan bu il də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun Bakıda ilk iclasının və Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi bunu təsdiq edir. Bu, o deməkdir ki, Azərbaycan, xüsusən də, paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir.
Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı Davos Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın iqtisadi mərkəzə çevrilməkdə olduğunu təsdiq edir. Bu, hadisə Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Davos Forumuna ev sahibliyi etməklə, Bakı şəhəri regional və qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək səviyyələrdə müzakirə platformasına çevrilir.
Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzi kimi çıxış etməsi də təsadüfi xarakter daşımır. Çünki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun və Beynəlxalq Humanitar Forumun keçirilməsi Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Bu tədbirlərin həyata keçirilməsində dövlət başçısının siyasətinə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əhəmiyyətli dəstək verir.
Azərbaycan zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilib
Məlum olduğu kimi, Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiya edən, nəhəng investisiya layihələrinə imza atan Azərbaycan qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payının 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstəricidir.
Bununla yanaşı, son illərdə ölkəmiz təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Beləliklə, sabit iqtisadi inkişaf, həmçinin, irəli sürülən regional və beynəlxalq layihələrin tez bir zamanda reallaşması və özünü doğrultması nüfuzlu dövlətlərin, o cümlədən, beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olub. Hazırda Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql olunur.
2012-ci ilin iyun ayında Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi də qitə ölkələrinin enerji maraqlarına cavab verməklə böyük əhəmiyyətə malikdir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır.
Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçiriləcək. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaq.
Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycanın enerji sahəsində diversifikasiya siyasəti bütövlükdə dünyanın yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, respublikamızın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Xalqımız mövcud siyasi kursun növbəti 5 ildə də davam etdirilməsini istəyir
Təsadüfi deyil ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxildə və beynəlxalq miqyasda qazandığı uğurlar həm Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Təkcə Britaniyanın “The Business Year” jurnalının qərarı və Türkiyənin “Ekovitrin” jurnalının müxtəlif ölkələrdə keçirdikləri rəy sorğuları onu göstərdi ki, Prezident İlham Əliyev dünyada da nüfuzlu, uzaqgörən lider kimi tanınır. Belə ki, bir müddət öncə “The Business Year” jurnalı Prezident İlham Əliyevin son beş ildə gördüyü işləri nəzərə alaraq dövlət başçımızı “İlin adamı” elan edib. “Ekovitrin” jurnalının isə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda 270 mindən artıq insan arasında keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə “Rəy” Monitorinq Mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi növbəti rəy sorğusu seçicilərin mövcud siyasi kursu dəstəklədiyini bir daha təsdiqlədi. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 81,2 faizi dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb. Buradan da görünür ki, Prezident İlham Əliyev əvvəlki prezident seçkilərində olduğu kimi, bu dəfə də seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənəcək.
Beləliklə, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Bununla yanaşı, uğurların davam etdirilməsi və ölkənin gələcək inkişafı naminə qarşıya qoyulan məqsədlər, həmçinin, onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər də doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. Yəni, Azərbaycan xalqı növbəti 5 ildə də dövlət başçısı İlham Əliyevi ölkənin Prezidenti görmək istəyir.
“Yeni Azərbaycan”ın Analitik qrupu
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

