İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir
30.04.2021 [08:11]
Prezident İlham Əliyev: Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğalçı Ermənistan 44 günlük müharibədə böyük itkilərə məruz qaldı. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də hərbçilərlə görüşündə düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bildirmişdi. Ötən il dekabrın 10-da Bakının “Azadlıq” meydanında keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb. Açıq səma altında nadir park salınıb.
Xəbər verildiyi kimi, dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündəki çıxışında Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi
Bəhs olunan görüşdə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının bir neçə il bundan əvvəl Bakıda Xəzərin sahilində Onun təşəbbüsü ilə salınan Yeni Bulvarda yaradılmasının təsadüfi olmadığına diqqət çəkib. Qısa müddətdə təxminən 12 kilometr uzunluğa malik ərazinin təmizlənərək burada Yeni Bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, ölkəmizdə xalqa olan qayğını ifadə edirdi. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmiz də Azərbaycanın gücünü, xalqımızın yenilməz iradəsini bütün dünyaya göstərdi.
Son üç onillik ərzində Azərbaycan dövləti və xalqımız Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdəki hakimiyyət boşluğundan sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin iyirimi faizini öz nəzarəti altına keçirməsi faktı ilə heç vaxt barışmadı. Artıq tarixə dönən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması, işğal altındakı torpaqların geri qaytarılması həmişə Azərbaycanın gündəliyinin mərkəzində dayanırdı. Praqmatik siyasətçi olan İlham Əliyev hələ 2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçiləndə ölkənin ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Azərbaycanın ərazi bütövlüyü ötən 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, qarşı tərəfə hər hansı bir güzəşt edilmədi. Halbuki, biz bəhs olunan dövrdə ölkəmizə qarşı təzyiqlərin də, təhdid cəhdlərinin də şahidi olmuşuq. Prezident İlham Əliyev Ona xas olan yüksək diplomatik məharətlə bütün bu kimi cəhdlərin qarşısını almağa və milli maraqlarımızı qətiyyətlə qorumağa nail oldu.
Son 17 ildə Prezident İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qatıldığı bütün mötəbər tədbirlərdə həmişə ölkəmizin ərazi bütövlüyünün bizim üçün prinsipial əhəmiyyət daşıdığını, münaqişənin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini diqqətə çatdırırdı. Müharibənin tərəfdarı olmayan, sülhə böyük önəm verən Azərbaycan üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etdi və daim konstruktivlik göstərdi. Bununla belə, Prezident İlham Əliyev həmişə açıq şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək.
Ötən 17 il ərzində Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq səviyyədə zəruri hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, əksər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etdilər. Yaradılan beynəlxalq hüquqi baza Vətən müharibəsində respublikamızın mövqeyini gücləndirdi. Məlum olduğu kimi, 44 gün ərzində bəzi dairələr, ayrı-ayrı ölkələr Prezident İlham Əliyevdən müharibənin dayandırılmasını istəyirdilər, hətta öz ərazi bütövlüyü uğrunda ədalətli müharibə aparan ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdilər. Ancaq Azərbaycana dost olan dövlətlərin, o cümlədən Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri sayəsində belə cəhdlərin qarşısı alındı.
Əlbəttə, Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən söhbət açarkən son 17 ildə ölkəmizin güclənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini xüsusi qeyd etməliyik. İqtisadiyyatı güclü olmayan ölkə müharibə aparmağa, özünün milli maraqlarını qorumağa qadir deyil. Forpost dövlət olan, iqtisadiyyatı çökən, investisiya cəlbediciliyini itirən işğalçı Ermənistanın 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğraması bunu əyani şəkildə təsdiqlədi. Azərbaycan Vətən müharibəsini öz gücü hesabına apardı və qalib gəldi. Son 17 il ərzində respublikamızın əsas büdcə xərclərini hərbi xərclər təşkil edib. Ayrılan böyük həcmlərdə vəsaitlər hesabına Ordumuzun maddi-texniki bazasını ən müasir silahlarla möhkəmləndirmək mümkün olub. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə müasir silahlar əldə edə bilməzdik. “İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Hərbi Qənimətlər Parkında toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətini nümayiş etdirir
Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı böyük rəmzi məna daşıyan unikal bir məkandır. Bura gələn hər bir müsafir Silahlı Qüvvələrimizin gücünü öz gözləri ilə görəcək. Verilən məlumatlara görə, 44 günlük müharibədə Ermənistanın hərbi birləşmələrində 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir dənə də belə fakt aşkarlanmayıb. Silahlı Qüvvələrimiz hər gün yeni zəfərlərə imza atıb. Xatırladaq ki, Ordumuz 44 günlük müharibədə təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anladı və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bəhs olunan Bəyanatla üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana təhvil verdi. Ümumiyyətlə, Hərbi Qənimətlər Parkında toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətini əyani şəkildə nümayiş etdirir. Bunu xüsusi vurğulayan Prezident İlham Əliyev deyib: “Bu mərasimin burada keçirilməsinin digər səbəbi burada yerləşən Hərbi Qənimətlər Parkıdır. Bu Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada, həmçinin Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da var.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

