“İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
06.08.2026 [13:38]
Azərbaycanın tarixi-mədəni irsini beynəlxalq oxucu auditoriyasına tanıdan "IRS-Heritage" jurnalının ingilis dilində 2026-cı ilin ilk nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, hurnalın yeni buraxılışında Azərbaycanın qədim tarixi, memarlıq irsi, musiqi mədəniyyəti, etnoqrafiyası, müasir şəhərsalma təcrübəsi və turizm potensialını əks etdirən maraqlı araşdırmalar yer alıb.
Nəşrin baş redaktoru Musa Marcanlının giriş məqaləsində diqqət bu il 100 illiyi qeyd olunan Birinci Türkologiya Qurultayına yönəldilir. Müəllif Bakıda keçirilən bu mötəbər elmi toplantının Türk dünyasının mədəni və elmi inteqrasiyası baxımından tarixi əhəmiyyətini vurğulayır, onun ideyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edir.
Jurnalın "Keçmişdən gələn" rubrikasında akademik Nizami Cəfərovun Birinci Türkologiya Qurultayının tarixi missiyasına həsr olunmuş məqaləsi dərc edilib.
"Şəxsiyyət" rubrikasında akademik Cəfər Qiyası XII əsr Azərbaycan memarlıq məktəbinin dahi nümayəndəsi Əcəmi Naxçıvaninin zəngin yaradıcılığından bəhs edir.
Nəşrdə ilk dəfə təqdim olunan "Urban Studies" rubrikasında tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Bakının "Qara şəhər"dən "Ağ şəhər"ə çevrilməsi timsalında Azərbaycanın insan mərkəzli və dayanıqlı şəhərsalma modelini təhlil edir. Məqalədə ekoloji transformasiya, müasir urbanistika prinsipləri və Bakıda 2026-cı ildə keçirilmiş Dünya Şəhərsalma Forumu kontekstində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
Jurnalın bu nömrəsində, həmçinin Almaniyadan olan müəllif Daqmar Kuhnun "Şərqlə Qərb arasında – Azərbaycan musiqisi ilə tanışlığım" adlı məqaləsi təqdim edilir.
Yeni nömrədə bununla yanaşı, Azərbaycanın etnoqrafiyası, təsviri incəsənəti, çay mədəniyyəti və qonaqpərvərlik ənənələri, eləcə də Xınalığa aparan turizm marşrutu haqqında materiallar da yer alıb.
Müxtəlif dillərdə nəşr olunan "IRS-Heritage" jurnalı Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm nəşrlərdən biri kimi fəaliyyətini davam etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22

