Şuşa Qlobal Media Forumu: Azərbaycanın beynəlxalq nüfuzunun növbəti nümayişi
15.07.2026 [10:57]
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Şuşa artıq təkcə Azərbaycanın zəfər simvolu deyil. Bu qədim şəhər qısa müddət ərzində regionun ən mühüm beynəlxalq dialoq məkanlarından birinə çevrilib. Burada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi və iqtisadi sahələrdə deyil, informasiya diplomatiyasında da yeni təşəbbüslərin müəllifidir. Forum çərçivəsində Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri ilə açıq dialoqu isə tədbirin əsas siyasi hadisəsi kimi yadda qaldı. Dövlət başçısının çıxışı ənənəvi nitq formatından fərqlənirdi. O, beynəlxalq jurnalistlərin çoxsaylı suallarını ətraflı cavablandırmaqla həm regional, həm də qlobal proseslərə dair Azərbaycanın mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırdı. Bu format Azərbaycanın açıq siyasi dialoqa üstünlük verdiyini, şəffaflıq və qarşılıqlı etimad prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Ölkə Prezidenti İlham Əliyevin çıxışında diqqət mərkəzində olan əsas mövzulardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar idi. Dövlət başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra regionda tamamilə yeni siyasi vəziyyət yaranıb və bu reallıq artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionun gələcək təhlükəsizlik arxitekturasını da müəyyənləşdirən əsas amilə çevrilib.
Forum zamanı səsləndirilən fikirlərdən aydın oldu ki, Azərbaycan regionda davamlı sülhün əldə olunmasının tərəfdarı olaraq qalır. Bununla yanaşı, Prezident İlham Əliyev sülhün yalnız bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı öhdəliklər əsasında mümkün olduğunu diqqətə çatdırdı. Dövlət başçısının fikrincə, uzunmüddətli sabitliyin təmin olunması üçün beynəlxalq hüququn prinsiplərinə hörmət göstərilməsi və siyasi manipulyasiyalara son qoyulması vacibdir.
Ölkə başçısının Forumdakı çıxışının mühüm hissələrindən biri də qlobal informasiya mühiti ilə bağlı idi. Müasir dövrdə dezinformasiyanın sürətlə yayılması, saxta xəbərlərin ictimai rəyə təsiri və informasiya təhlükəsizliyi məsələləri dünyanın qarşısında duran əsas çağırışlar sırasındadır. Prezident İlham Əliyev qeyd etdi ki, peşəkar jurnalistika həqiqətin qorunmasına xidmət etməli, media isə siyasi sifarişlərin deyil, faktların tərəfdarı olmalıdır. Bu çağırış xüsusilə münaqişə və postmünaqişə dövrünü yaşayan regionlar üçün böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı uğurlara da toxundu. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-un Bakıda keçirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq və beynəlxalq enerji layihələrində aparıcı rol Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Dövlət başçısı vurğuladı ki, bu uğurlar müstəqil xarici siyasətin və milli maraqlara əsaslanan strateji kursun nəticəsidir.
Şuşa Qlobal Media Forumunun məhz Qarabağın mədəniyyət paytaxtında keçirilməsi də xüsusi siyasi və mənəvi məna daşıyır. Vaxtilə dağıntılarla üz-üzə qalan Şuşa bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın aparıcı media nümayəndələrini qəbul edir və Azərbaycanın bərpa-quruculuq siyasətinin canlı nümunəsinə çevrilir. Bu, təkcə şəhərin deyil, bütövlükdə ölkənin inkişaf modelinin nümayişidir.
Forum bir daha sübut etdi ki, informasiya əsrində dövlətlərin gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. İnformasiya siyasəti, beynəlxalq kommunikasiya və həqiqətlərin dünyaya çatdırılması da milli maraqların qorunmasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı məhz bu baxımdan Azərbaycanın strateji baxışını və gələcəyə yönəlmiş siyasi kursunu aydın şəkildə ortaya qoydu.
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, Şuşanın isə qlobal dialoq mərkəzi statusunun daha da möhkəmləndiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə təkcə Azərbaycanın mövqeyinin izahı deyil, həm də dəyişən dünya nizamına dair mühüm siyasi mesajlar toplusu oldu. Şuşadan verilən bu mesajlar göstərdi ki, Azərbaycan regional təşəbbüslərlə kifayətlənməyən, qlobal proseslərə təsir göstərmək iqtidarında olan müasir və güclü dövlətdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47

