IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
15.07.2026 [10:48]
Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrinin bir araya gəldiyi tədbir kimi deyil, həm də Azərbaycanın iqtisadi və siyasi baxışının təqdim olunduğu mühüm platforma kimi yadda qaldı. Forumda səsləndirilən fikirlər bir daha göstərdi ki, bu gün ölkəmiz qlobal proseslərdə yalnız müşahidəçi deyil, regional əməkdaşlığın formalaşmasına töhfə verən dövlətlərdən biridir. Burada müzakirə olunan məsələlər yalnız cari geosiyasi vəziyyətlə məhdudlaşmır, eyni zamanda Azərbaycanın qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin və beynəlxalq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyət daşıyır.
Mən iqtisadçı olaraq forumda diqqətimi daha çox iqtisadi və maliyyə məsələləri cəlb etdi. Çünki istənilən siyasi qərarın arxasında maliyyə dayanıqlılığı, düzgün planlaşdırma və resursların səmərəli idarə olunması dayanır. Son illər həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət maliyyəsinin daha effektiv idarə olunması, vergi inzibatçılığında aparılan yeniliklər və rəqəmsallaşma biznes mühitinə də müsbət təsir göstərib. Maliyyə intizamının gücləndirilməsi və elektron uçot sistemlərinin geniş tətbiqi həm dövlət qurumlarında, həm də özəl sektorda şəffaflığın artmasına mühüm töhfə verir.
Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin artdığı, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan tranzit imkanlarını genişləndirməklə yeni iqtisadi üstünlüklər qazanır. Orta Dəhlizin əhəmiyyətinin artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi və beynəlxalq nəqliyyat layihələrinə verilən önəm gələcək illərdə büdcə gəlirlərinin artmasına da müsbət təsir göstərəcək. Bu, yalnız logistika sahəsinin inkişafı deyil, eyni zamanda yeni investisiyalar, yeni iş yerləri və iqtisadi fəallığın genişlənməsi deməkdir. Tranzit imkanlarının artması ölkəmizin regional ticarət dövriyyəsində rolunu daha da gücləndirir və sahibkarlar üçün yeni bazarlara çıxış imkanları yaradır.
Forumda enerji təhlükəsizliyi ilə bağlı verilən mesajlar da diqqətdən yayınmamalıdır. Uzun illər enerji ixracatçısı kimi tanınan Azərbaycan artıq yaşıl enerji layihələrinə də ciddi sərmayə yatırır. Bu isə gələcəkdə dövlət gəlirlərinin daha dayanıqlı mənbələr hesabına formalaşmasına imkan yarada bilər. Maliyyə baxımından gəlir mənbələrinin şaxələndirilməsi hər zaman risklərin azaldılması baxımından vacib hesab olunur. Xüsusilə alternativ enerji sahəsinə yönəldilən investisiyalar gələcək nəsillər üçün daha davamlı iqtisadi modelin formalaşdırılmasına xidmət edir.
İnvestor üçün ilk növbədə sabitlik vacibdir. Sabit qanunvericilik, şəffaf maliyyə sistemi və proqnozlaşdırılan iqtisadi siyasət ölkəyə olan etimadı artıran əsas amillərdəndir. Son illərdə sahibkarlığın inkişafına göstərilən dəstək, elektron xidmətlərin genişləndirilməsi və maliyyə intizamının gücləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardır. Xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması isə yalnız yeni kapitalın cəlb olunmasına deyil, müasir texnologiyaların ölkəyə gətirilməsinə və istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsinə də müsbət təsir göstərir.
Peşə fəaliyyətim zamanı da görürəm ki, düzgün uçot sistemi, şəffaf hesabatlılıq və maliyyə intizamı yalnız müəssisələr üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün vacib amillərdir. Dövlət səviyyəsində qəbul olunan strateji qərarlar biznes subyektlərinin fəaliyyətinə, investisiya mühitinə və ümumi iqtisadi aktivliyə birbaşa təsir göstərir. Buna görə də iqtisadi siyasətin davamlılığı həm sahibkar, həm investor, həm də maliyyə sahəsində çalışan mütəxəssislər üçün xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə hesabatlılığı standartlarının tətbiqi, rəqəmsal uçot sistemlərinin inkişafı və şəffaflıq prinsiplərinin gücləndirilməsi iqtisadi etimadın formalaşmasında mühüm rol oynayır.
Digər mühüm məqamlardan biri isə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələridir. Həmin bölgələrdə yaradılan yeni infrastruktur, sənaye parkları, kənd təsərrüfatı layihələri və turizm potensialı gələcək illərdə həm regional inkişafı sürətləndirəcək, həm də dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına imkan verəcək. Bu layihələr uzunmüddətli iqtisadi planlaşdırmanın və məqsədyönlü investisiya siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Şuşada keçirilən forum bir daha göstərdi ki, Azərbaycan qarşıdakı illərdə iqtisadi inkişafı yalnız mövcud resurslar hesabına deyil, yeni nəqliyyat marşrutları, beynəlxalq tərəfdaşlıq, rəqəmsal transformasiya və investisiya imkanları üzərində qurmağa çalışır. Müasir dövrdə iqtisadiyyatın rəqabət qabiliyyəti innovasiyaların tətbiqi, rəqəmsallaşma və insan kapitalına qoyulan investisiyalarla birbaşa bağlıdır. Bu baxımdan forumda səsləndirilən mesajlar ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini də özündə əks etdirir.
Hesab edirəm ki, bu cür beynəlxalq platformalarda verilən mesajların iqtisadi tərəfi ən az siyasi tərəfi qədər önəmlidir. Çünki dayanıqlı iqtisadiyyat olmadan nə sosial rifahı artırmaq, nə də uzunmüddətli inkişaf strategiyasını uğurla həyata keçirmək mümkündür. Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi model məhz bu məqsədə xidmət edir və qarşıdakı dövrdə də ölkənin rəqabət qabiliyyətinin əsas dayaqlarından biri olacaq.
IV Şuşa Qlobal Media Forumu göstərdi ki, iqtisadi inkişaf və siyasi sabitlik bir-birini tamamlayan anlayışlardır. Güclü maliyyə sistemi, səmərəli dövlət idarəçiliyi, sağlam investisiya mühiti və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın davamlı inkişafının əsas təminatıdır. İnanıram ki, bu istiqamətdə həyata keçirilən siyasət ölkəmizin regionda iqtisadi lider mövqeyini daha da möhkəmləndirəcək və gələcək nəsillər üçün dayanıqlı inkişafın möhkəm təməlini formalaşdıracaq.
Nigar Abbaszadə
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32

