/ / Efiopiya ilə həssas qruplara xidmətlər sisteminin inkişafı sahəsində əməkdaşlıq sənədi imzalanıb
Efiopiya ilə həssas qruplara xidmətlər sisteminin inkişafı sahəsində əməkdaşlıq sənədi imzalanıb
19.06.2026 [14:52]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Efiopiya Federativ Demokratik Respublikasının Birinci xanımının Ofisi arasında sosial cəhətdən həssas qruplara aid şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sənədin imzalanması üçün keçirilən onlayn görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycanla Efiopiya arasında münasibətlərinin inkişafını, əməkdaşlığın sosial sahəni də əhatə etməsinin önəmini qeyd edib.
O, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Müəssisədə əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.
Mərkəzin Bakının ev sahibliyi etdiyi COP29, WUF13, habelə müxtəlif ölkələrdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə də inklüziv yaradıcılıq nümunələrini dünyaya nümayiş etdirdiyi qeyd olunub. Ölkəmizin inklüziv yaradıcılıq və inkişaf təcrübəsini bu gün efiopiyalı tərəfdaşlarımızla da bölüşməyə hazır olduğumuz, yeni Anlaşma Memorandumunun bu istiqamətdə önəmli addım olduğu bildirilib.
Efiopiyanın Birinci xanımının Ofisinin direktoru Menbere Gebreal ikitərəfli əlaqələrin inkişafı üçün aparılan işlərdən məmnunluğunu bildirib. O, Ofis tərəfindən həssas qruplarla bağlı görülən işlərə dair məlumat verib. Bu görüşün ikitərəfli əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətini vurğulayıb.
Sonra Hidayət Abdullayev və Menbere Gebreal qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ikitərəfli əməkdaşlığın inkişafı üçün çərçivənin yaradılması məqsədi daşıyan Anlaşma Memorandumunu imzalayıblar.
Sənəddə həssas qrupların yaradıcılıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üçün xidmətlərin inkişafı, xüsusi qayğıya ehtiyac duyan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası məqsədilə proqramların hazırlanması və həyata keçirilməsi, bu kateqoriyaya aid şəxslərlə işləyən müəllim və mütəxəssislər üçün təlim, ixtisasartırma və tədris proqramlarının hazırlanması, həssas qruplar üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş qanunvericilik təşəbbüsləri üzərində işin aparılması və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri əksini tapır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

