/ / Sabirabadda "Müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın başlanğıcı" mövzusunda təntənəli tədbir keçirilib
Sabirabadda "Müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın başlanğıcı" mövzusunda təntənəli tədbir keçirilib
12.06.2026 [11:12]
Sabirabad Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın başlanğıcı" mövzusunda təntənəli tədbir keçirilib.
İlk öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılmış abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 15 İyun gününün Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu bildirib. İcra başçısı qeyd edib ki, 1993-cü ildə ölkədə hökm sürən daxili xaos, anarxiya və iqtisadi böhran fonunda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas etdi. Siraqəddin Cabbarov ulu öndərin qətiyyəti sayəsində ölkədə daxili sabitliyin bərqərar olduğunu, ordunun gücləndirildiyini və bugünkü qüdrətli Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın məhz həmin xilaskarlıq missiyasının məntiqi nəticəsi olduğunu xüsusi vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək Milli Qurtuluş Gününün siyasi və tarixi əhəmiyyətinə toxunub. YAP rayon təşkilatının sədri diqqətə çatdırıb ki, ulu öndərin əsasını qoyduğu dövlətçilik ideologiyası və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizin inkişaf lokomotivinə çevrilmişdir. Varis Rüstəmov Heydər Əliyev siyasi kursunun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini, Azərbaycanın regionun ən güclü dövləti statusunu qazandığını və partiya fəallarının hər zaman dövlət maraqlarının qorunmasında öndə getdiklərini ifadə edib.
Rəsmi çıxışlardan sonra rayonun ictimai-siyasi, mədəni və sosial həyatında fəal iştirak edən, öz sahəsində uğurları ilə fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra qonaqların şərəfinə geniş ziyafət verilib və tədbir musiqiçilərin ifasında maraqlı bədii-musiqili hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

