Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir
10.06.2026 [16:07]
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə internet uşaqların və yeniyetmələrin təhsil, ünsiyyət və fərdi inkişaf imkanlarını genişləndirsə də, paralel olaraq yeni təhlükələr də yaradır.
Bu fikri AZƏRTAC-a açıqlamasında kibertəhlükəsizlik eksperti və tədqiqatçı Lamiyə Nəcəfova səsləndirib.
O bildirib ki, son illərdə ölkəmizdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb, dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən maarifləndirmə layihələri həyata keçirilib. Xüsusilə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlar tərəfindən təşkil olunan təlimlər, məktəblərdə keçirilən maarifləndirici tədbirlər, təhlükəsiz internet istifadəsi ilə bağlı sosial kampaniyalar və valideynlər üçün hazırlanan metodik materiallar müsbət nəticələr verməkdədir. Bununla yanaşı, texnologiyaların inkişaf tempi nəzərə alınarsa, görülən işlərin davamlı və sistemli şəkildə genişləndirilməsinə ehtiyac qalmaqdadır.
Ekspert deyib ki, bu gün uşaqların qarşılaşdıqları əsas kibertəhlükələr arasında kibercinayətkarlar tərəfindən şəxsi məlumatların oğurlanması, fişinq hücumları, sosial mühəndislik üsulları, kibertəqib, saxta profillər, zərərli proqram təminatları və onlayn dələduzluq halları xüsusi yer tutur. Süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə “deepfake” videolar, manipulyasiya xarakterli məzmunlar və dezinformasiya riskləri də artmaqdadır.
“Sosial şəbəkələrdə kibertəhlükəsizliyin qorunması üçün ilk növbədə uşaqların rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi vacibdir. Təcrübə göstərir ki, texniki müdafiə vasitələri nə qədər güclü olsa da, istifadəçinin təhlükəsizlik davranışları zəifdirsə, risklər qalmaqda davam edir. Buna görə də uşaqlara erkən yaşlardan etibarən təhlükəsiz parol siyasəti, şəxsi məlumatların qorunması, şübhəli keçidlərə daxil olmamaq, naməlum şəxslərlə ünsiyyətdə ehtiyatlı davranmaq və məxfilik parametrlərinin düzgün tənzimlənməsi öyrədilməlidir”, – deyə o vurğulayıb.
Lamiyə Nəcəfovanın sözlərinə görə, valideynlərin rolu da olduqca əhəmiyyətlidir: “Müasir yanaşma uşaqların internetdən istifadəsinə yalnız nəzarət etməyi deyil, həm də onlarla açıq dialoq qurmağı tələb edir. Valideynlər istifadə olunan platformaları tanımalı, təhlükəsizlik parametrlərini bilməli və uşaqları ilə rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər barədə mütəmadi söhbətlər aparmalıdırlar”.
Ekspert hesab edir ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında təhsil sistemi də mühüm rol oynayır. “Digər mühüm istiqamət təhsil sistemində kibertəhlükəsizlik mövzularının daha geniş şəkildə inteqrasiyasıdır. İnformasiya təhlükəsizliyi, rəqəmsal etika, şəxsi məlumatların qorunması və təhlükəsiz internet davranışları məktəb proqramlarında sistemli şəkildə tədris edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması erkən yaşlardan başladıqda daha effektiv nəticələr əldə olunur”, – deyə o diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 11:25
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36

